Azərbaycanda məsihçiliyin tarixi nə vaxtdandır?


İndiki Azərbaycan ərazisinə, Albaniyaya Məsihçilik, İsa Məsihin həvarilərin dövründə gəlmişdir. İsanın 12 həvarisindən olan Bartalmay və Tadday (Fadey) ilə birgə, müjdə ilə Parfiyalılara, Midiyalılara, Aşurlular, Baktriyalılara, Margianlılara bölüşürdülər. Onlar Yerusalimdəm Hindistana və oradan geri, indiki Azərbaycan ərazisində İsa Məsih haqqında xoş xəbər ilə bölüşürdülər. Bu bizim eranın 70-ci illərində baş verirdi. Xidmətlərində bölündülər, Bartalmay Albaniyada və Tadday indiki İran ərazisində müjdə veridillər. O zaman bu ərazilərdə 25 xalq yaşayırdı. Bartalmayın əli ilə Rəbb böyük möcüzələr edirdi, insanlar iman edirdi, şəfa alırdı. Buda büdpərəst kahinləri qıçıqlandırırdı.


Beləlikdə onları razı salmaq üçün Alban padşahı Astiaq Bartalmayı həbs edib, Albanopol (Urbanopol) şəhərinə indiki Bakıya gətirib, büdpərəst kahinlərin əlinə təslim etdi. Onu çarmıxa çəkdilər, lakin Bartalmay susmadığına görə, Onu çarmıxdan düşürdüb dərsini diri-diri soydular və sonra dilini, əllərini, ayaqlarını doğradılar. Buna görə bu təsvirdə o dərisizdir. Bartalmayın israb çəkdiyi yer Qız qalasının yanıdır, çünki bu qala vaxtı ilə zərdüşların məbədi olmuşdur. 410-cu ildə Bartalmayın canəzəsinin qalıqlarını köçürtdülər. Anma tarixi 24 avqustdur. 1937-ci ilə qədər Bartalmayın israbların xatirəsinə Qız qalasının yanında kiçik məbəd var idi. Bu məbəd 1937-ci ildə sovetlər tərəfindən dağıdılmışdır.
Dərisi soyduğuna görə, bütün təsvirlərdə Həvari Bartalemeyin dərsiz təsvir edilir


Qız qalasının yanında Bartalameyin xatirinə kilsə tikilmmişdir


Qız qalaısnın yanında Bartalameyin xatirinə kilsə olması haqqında nişan var


Həvari Bartalameyin qalıqlarını Salyan kazarmasının yanında rus pravoslav kilsəsində saxlayırlar.


Tadday isə indiki İran ərazisində müjdə ilə paylaşırdı. Onun vasitəsi ilə Rəbb böyük işlər etdi, Tadday çoxlu cəmiyyətlər yaratdı və onun çoxlu şagirdləri var idi. Taddayın dəqiq necə və kimlər tərəfindən öldürülməsi aydın yazılmayıb, lakin tarixdə onun indiki İran ərazisində israblar çəkərək öldürülməsi qeyd edilibdir. Taddayın sadiq şagirdlərindən biri Elişa (Yelisey), Yerusalim Həvarisi Yaqubun xeyir duası ilə Albaniyaya yollandı və indiki Şəki ərazisində müjdə paylamağa başladı. Onun vasitəsi ilə qafqazda ilk inşa edilmiş sayılan Kiş məbədini tikdi. Onun sadiqliyi və möhkəm imanı vasitəsi ilə şimal bölgələrdə müjdə uğurla yayılırdı. Elişa daha şimala tərəf yollandı və Çölü (Dərbəndə) qədər gəldi.
Helmez ərazisində şagirdi ilə birgə büdpərəstlər tərəfindən öldürülərək quyuya atıldı.İllər keçdikdən sonra Aldan məsihi padşahı Vaçaqan III-cü Tərəfindən cənazasi götürülərək Albaniyaya gətirildi və Kiş ərazisində dəfn edildi. Kişdə Elişanın kilsəsi, bu kilsə şərqin kilsələrin Anası kimi qəbul edilir.

Qəbələdə, Nic kəndində tikilən Elişanın kilsəsi Müjdə Albaniyada yayılırdı və əhalinin əksəriyyəti İsa Məsihə iman etmişdir. 313-cü ildə Urnair Padşahı məsihçiliyi dövlət dini kimi qəbul edilməsinə fərman verdi . Bu vaxtdan Albaniyada yeni tarix başladı və bu tarix məsihçiliklə bağlı idi. Mədəniyyətin inkişafı,dövlətçiliyin inkişafı, maarifləşdirilmə ocaqlarınaçılması, dua evlərin və məbədlərin tikilməsi. Akademik Bünyatov qeyd edir ki, məsihçi padşahlar Urnair, Vaçe II və Vaçaqan III məsihçiliyin yayılması üçün çox zəhmət çəkmişdilər.
438-457-ci illərdə məsihçilik qarşıdurma ilə üzləşdi. Bu qarşıdurmanı Persiya padşahı Yezdiger II yaratdı, müharibə ilə yürüşə başlayaraq. O istəyirdi ki, Albaniyanı zərduşluqa qaytarsın, lakin Alban xalqları birləşərək , güclü müqavimət ilə raqstlaşdı, əsas itki ni AVARAY döyüşündə verdi, ondan sonra Albanlar kimə istəyirlərsə qoy ibadət etsinlər :dedi..
487-cü ildə Alban padşahı Vaçaqan III Xeyirxah olur. Onun dövründə məsihçilik vüsat alır. Qəbələ məsihçiliyin paytaxtı idi. 552-ci ildə Məsihçiliyin mərkəzi Bərdə idi. 1-ci Alban Məsihçi baş kahini Abbas olur.

Alban dövlətinin sonuncu Məsihçi padşahı Cavanşır 638-670-ci illərdə padşahlıq edirdi. Albaniyanın inişafı, məsihciliyin yayılması nın yeni dövrü başladı.
В VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətin yaradılması ilə Alban kilsəsi müstəqiliyini aldı.
В X-XI əsrlərə qədər nüfuzunu saxlamışdır, bunu XVIII əsrə qədər etdi. 1836-cı ildə Rus tsar höküməti tərəfindən Alban kilsəsi ləvğ edildi, bütün əmlakı və tarixi sənədlər ermənistana verildi.
XIX əsrin əvvəlindən Azərbaycana Rusiyadan protestantların köçürütməsi başladı.
Bakıda birinci praqvoslav kilsəsi 1815 –cı ildə tikildi.
В 1834-cü ildə ilk köçürülənlər Şamaxının Altı-agac kəndinə, 1838 –ci ildə Lənkarana, 1842-cı ildə Boris-Rus qəsəbəsi, 1844-cü ildə Slavyanka qəsəbəsi, 1868-ci ildə ancaq Bakı ərazisində 21 protestant qəsəbəsi var idi və orada 13 000 adam yaşayırdı.


Bakıda birinçi katolok kilsə XIX əsrin 50-ci illərində, katolik hərbici dustaqların köçürültməsi ilə fəaliyyət başladı. 1882-ci ildə müstəqilliyini alır, 1895-ci ildə bakirə Məryama həsr olunan məbəd tikilir,1909-1912-cı illərdə bakirə Məryamın adına yeni kilsə binası tikilir, hansı ki, Bakını gözəl binalarından biri hesab edilmişdir və sovet vaxtında sökülür. 1999-cu ildə Bakıda katolik icması fəaliyyətini bərpa edir. 1819-ci ildən Azərbaycana 209 alman ailəsi yaşayırdı. Lüteran məbədi 1870-ci ildə fəaliyyətinə başladı. 1899-cu ildə Bakıda Kirxa məbədi tikildi. İndiki Xanlarda (Elenenford) bu tarixdən də öncə kirxa binası tikilmişdir.

1844-cü ildə batist kilsəsi fəaliyyətini başlad
ı1894-cü ildə adventistlər fəaliyyətini başladılar.
1914-cü ildə əllincilər fəaliyyətini başladılar.
1937-ci ildə lyuteran kilsəsinin xidmətçiləri başqa xidmətçilər ilə birgə həbs edilib, sürgün edilib bəziləri isə güllələndi. 1994-cü ildə Məsihin müjdəsi yenidən yayılmağa başladı.

Mənbə: İdris Məmmədov