Rəbb Allah bizim dözüm mənbəyimizdir

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü biz insanlar üçün hər vəziyyətdə və hər zaman həyatı dərk etməyə,Rəbbin iradəsini bilməyə faydalıdır. Məhz buna görə də Müqəddəs Kitaba müraciət edib araşdırırıq ki,Rəbb Allahın bizə verdiyi təlim və nəsihət ilə yaşayaq və Onun ürəyinə görə insanlar olaq. Biz Müqəddəs Kitabda İbrahim,Musa, Davud haqqında oxuyuruq və onların həyat nümunəsi bir çoxları üçün nümunədir. Çünki onlar həyatları boyu Rəbb Allahın iradəsinə görə hərəkət edən insanlar oldular və Onun sözünü vacib,əvəzedilməz hesab etdilər. Sən də Rəbb Allahın sözünü hər şeydən üstün tut.
Romalılara 15:5-6:”Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki,hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz.”
Bir çox tərcümələrdə yazılıb ki,dözümün və ürəkləndirmənin mənbəyi olan Rəbdir. Müqəddəs Kitab açıqlayır ki,bizim həyat boyu dözümümüzün və ürəkləndirmənin mənbəyi Var Olan Rəbb Allahdır. O,səni Öz sözü vasitəsi ilə ürəkləndirir və ruhlandırır ki, zəif insan deyil,mətin və davamlı iman qəhrəmanı olasan. Rəbb Allahın sözü deyir ki,Rəbb gerçək dözüm mənbəyidir. Əlbəttə ki,həyatımızda müəyyən çətinliklər, xoşagəlməz hallar olacaq. Səni ruhdan salmağa,utandırmağa,məyus etməyə çalışacaqlar. Dözüm sənə məhz belə çətinliklərdə lazımlı olacaq. Susayanda su içmək və ya acıyanda yemək yemək normal hal olduğu kimi,üzləşdiyin problemlərdə deyingən,ruhdan düşən,şikayət edən insan olmaq yox,Rəbb Allaha yaxınlaşmaq da təbiidir. İman qəhrəmanları siyahısında olan Davud Peyğəmbər Zəbur 62:1-2-də belə deyilir:
“Susan qəlbim yalnız Allahı gözləyir,
Ondadır qurtuluşum.
Yalnız Odur qayam,qurtuluşum,
O mənim qalamdır,mən əsla sarsılmaram.” Rəbb Allahın ürəyinə görə yaşayan Davud bu sözləri deyir. Sənə qarşı həqarət edən insanlar qarşısında nə edirsən? Yenilirsən? Rəbb sənə deyir:”Mən sənə ürək-dirək verənəm.” Davud Peyğəmbər də eyni cür insan idi. Ona qarşı olan,təqib edən,özü ilə ordu yığıb onu öldürmək niyyətində olan Şaul kimi güclü şəxs var idi. Davud isə bütün bunların qarşısında yalnız Rəbbi qurtuluş bilib Onu gözləyirdi. Güvən Rəbb Allahına. Rəbdə qal ki,O,səni müdafiə etsin. Məyus olub ruhdan düşmək sənə fayda verməyəcək. Sənin Rəbb Allahın sənə deyir ki,Onunla olaq və O bizə sarsıntı verməz. Bu fikirdə həmfikir olmalıyıq və Rəbb Allaha bu cür yaxınlaşmalıyıq. Var Olan Rəbb Allah bizim dözüm mənbəyimizdir, qorxmayacağıq, çünki Külli-İxtiyar bizimlədir. Bu həyat tərzi və yanaşma bizi Öz izzətinə çağıran Ata Allaha alqış etmək və izzətləndirmək üçündür. Mətanətli və səbrli ol,yenilmə və sarsılma. Tənha və ya tək deyilsən,üzləşdiyin problemlərdə yalnız deyilsən,hər problemdə və çətinlikdə Rəbb səninlədir. Rəbbi səslə. Rəbb Allahın ürəyinə və sözə görə hərəkət et,Onun tərbiyəsinə görə insan ol.
Romalılara məktub 15:7-9:”Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin.” Bir-birinizə olan münasibətiniz rəqabət,döyüş deyil,bir-birinizə dəstək vermək və ruhlandırmaq olsun. Qoy səndən başqasına yalnız xoş niyyət,sevgi,mərhəmət keçsin. Həvari Paul bu fəsildə bildirir ki,o Rəbb Allahın vədinə sadiq olduğunu göstərmək üçün Yəhudilərin xidmətçisi olub. Rəbb Öz vədinə sadiqdir. Rəbb sənə yanında olduğunu deyirsə,O sadiqdir. Rəbb Allaha bağlan və Onun ürəyinə görə insan ol. Qoy sənin niyyətində Rəbb Allahın xoş iradəsi aşkar edilsin.
Romalılara məktub 15:9:”Necə ki yazılıb:
«Buna görə millətlər arasında
Sənə şükür edəcəyəm,
İsminə tərənnüm söyləyəcəyəm».” Qoy bu düşüncə ilə ömrümüz boyunca yaşayaq. Var Olan Külli-İxtiyar bizim dözüm mənbəyimizdir. Çətinliklə qarşılaşdıqda Rəbbə sarılacağam. Çünki O,bizim qayamız və qurtuluşumuzdur. Buna görə də dostlarım,qohumlarım,Rəbb Allahın cəmiyyəti arasında Rəbbə şükür edəcəyəm və isminə tərənnüm söyləyəcəyəm. Bu, Rəbb Allahın ürəyinə görə olan həyat tərzidir və Rəbb səndən bunu gözləyir. Ona güvən və etibar et. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri

Ümid mənbəyi olan Rəbb Allahdır

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyərdim ki,Davud Peyğəmbərin Zəburundan 5-ci fəsil 3-cü ayəsinə baxaq:”Ya Rəbb,səhər erkən səsimi eşidirsən,
Səhər erkən Sənə dua edib cavab gözləyirəm.” Rəbbə pənah gətirənlər isə qoy sevinsinlər, daim Rəbbi mədh etsinlər. Çünki onları qoruyan Rəbb Allahdır. Rəbb salehə xeyir-dua verir,lütfü ilə sipər kimi onları hifz edir.
Rəbbə aid olan insanın – hər birimizin həyat tərzi belədir. Sübh erkəndən Rəbb Allahın qarşısına gəlib Onun kəlamı haqqında düşünmək,bütün xahişləri Ona bildirib Ona şükür etmək bizim həyat tərzimizdir. Rəbbə pənah gətirənlər sevinsinlər,çünki Rəbb Allaha aiddirlər. Ona güvəncimiz olduğuna görə,Ona arxalandığımıza görə güvəncimiz var,çünki Rəbb bizimlədir və bizi qoruyur. Rəbbin xeyir-duası bizə bitməyəndir,tükənməzdir. Bu sabah qoy bizdə belə başlasın,Onun sözünü eşitdikdə sevincdən cuşa gələk. “Var Olan Rəbb Allah mənim Atamdır. Mən buna görə sevinirəm,çünki mən ümidsiz deyiləm. Mənim əminliyim öz gücümə deyil,məni çağırıb bağışlayan Allahadır. Buna görə sevinməyə dəyər.” – sizdə də belə olsun. Külli-İxtiyar bizimlədir.
Rom 15:13: Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.” Allahın sözü deyir ki, ümid mənbəyi olan Rəbdir. Qoy sənin sabahını,arzularını,istəklərini ilk eşidən O olsun. Bütün ricalarını Onun qarşısına gətir, çünki Rəbb gerçək mənbədir. Ümid – imandır, etibardır, güvənməkdir. Ümid arzu edilən bir şeyin həyata keçəcəyinə inanmaqdır və bu imandan doğan daxili fərəhdir. Bu,sənin ümidindir. Ümid ancaq arzu etmək deyil, güvəncdir,Var Olana olan imandır,fərəh etməkdir. Ona görə də Rəbb Allahın sözü deyir ki,sən ümid mənbəyinə yaxınlaşdıqda Rəbb səni hər cür şadlıq və sevinclə doldursun. Bu mənbədən çəkinmə, Rəbdən çəkinmə. Çünki sənin həyatına hər cür şadlıq gətirən Odur. Rəbb Allahın sözü deyir ki,bu ümid mənbəyində qalsan, könlün açıq olacaq,məmnuniyyətlə Rəbbin qarşısında alacağın hər bir xeyir-duanı dəyərləndirib Rəbbə alqış edəsən, sevinəsən. Rəbb sənə sülh verəndir,Onun sülhü barışıqdır,dinclikdir,əmin-amanlıqdır. Bu ümid mənbəyində qaldığına görə Rəbb sənə Öz sülhünü və barışığını verir. Əmin-amanlığı sənin həyatına verən Var Olan Rəbb Allahdır. O bunu edir ki,Müqəddəs Ruhun qüdrəti ilə dolub daşasan. Müqəddəs Ruhdan gələn qüdrət səndə olsun ki,sən düşdüyün çətin vəziyyətdə aciz, zəif insan olmayasan,qüvvətli insan olasan. Rəbb səni güclü insan edir ki, əyilməyəsən,dözümlü olasan,salehlərin yolu ilə mətinliklə yolunu davam edəsən. Bu ümid ancaq sənin üçün olmayacaq,ailə üzvlərin,qohumların,dostların,ölkən dolub-daşan ümidindən faydalansın,hamı üçün yetərli olacaq. Sübh erkən səsini Rəbbə ucalt,Rəbb Allahı çağır. İman et,güvən arxayın ol. Fərəh etdiyin ümid haqqında danış. Ailənə,qohumlarına,dostlarına danış, qoy onlar sənin fərəh etdiyin Rəbb haqqında bilsinlər. Sənin sevinc,sülh mənbəyini onlar da tanısınlar.
Romalılara məktub 15:14:” Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiniz və bir-birinizə nəsihət verməyə qadirsiniz.” Ümid mənbəyində olduğuna və Müqəddəs Ruhun qüdrəti ilə dolub-daşdığına görə Rəbb deyir ki,bizim barəmizdə hər cür yaxşılıqla dolu olduğumuza əmindir. Yəni, sənin həyatında olan münasibətlərində, davranışlarında ancaq yaxşılıq keçir. Pislik etmirsən,başqalarına zərər vurmursan,xələl yetirmirsən,incitmirsən. Çünki sən ümid mənbəyi olan Rəbb Allahdasan,orada sevincə və şadlığa maliksən. Ona görə də səndən ancaq yaxşılıq,fayda,xeyir-dua gəlir. Hər cür biliklə kamilik,çünki Rəbb bizə Müqəddəs Kitab verib ki,kamil olaq. Kamil olaq ki,nə edəcəyimizi,necə edəcəyimizi,nə üçün edəcəyimizi bilək,başqasına kömək edib nəsihət verə bilək. Başqasına nəsihət vermək onlara xidmət etməkdir,qayğı göstərməkdir,aldığın sevinc və biliklə bölüşməkdir ki,onlar da Rəbb Allahda olsunlar. Qoy bu günümüz bu sözlərlə başlasın. Rəbbin bizə verdiyi xeyir-dua haqqında düşün,fərəhlən,bayram et,rəqs et. Ona güvən və etibar et. Güvəndiyin Rəbb haqqında danış,çünki Onun sənə verəcəyi təminat yalnız sənin üçün deyil,ətrafında olan insanlar üçün yetərlidir. Rəbb Allahın sənə verdiyi bu xeyir-duanı hər kəslə paylaş. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri

Allahın sözü güclüdür və müsbət dəyişiklik gətirəndir

Sabahınız xeyir olsun əzizlərim.Bugün yenə də Rəbb Allahın sözü ilə qarşınıza gəlirəm.Bu bizim günümüzün başlaması üçün gündəlik Allahdan gələn sözdür və Rəbb Allah bizi təmin etmək istəyir.Rəbb Allah istəyir ki,onun sözü bizim həyatımızda güclü təsirə malik olsun.Rəbb Allah bu sözü bunun üçün verib.Rəbb Allah öz sözünü dedi və olmayandan görünən şeylər yaratdı.Rəbb Allahın sözü həyat verəndir.Allahın sözü qüdrətə və dəyişikliklərə malik olmayan bir sözdür.Çünki o söz Rəbb Allahın sözüdür.Allahın sözü böyük dəyişikliklər gətirən bir sözdür.Rəbb Allah bir dəfə söz dedi və biz indi kainatı,təbiəti,dənizləri görəbilirik.Biz təbiətin gözəlliklərini görəbilirik.Təbiətdə fəsillərin dəyişilməsini görürük.Biz 24 saatın keçdiyini görürük.Günümüzün gecəni əvəz etdiyini,gündüzün istiliyini,gecənin ulduzlarıyla bəzənilmiş zənginliyini görürük.Bunu edən Rəbb Allahın sözüdür.Rəbb Allah dedi və insan yaşayan can oldu.Rəbb Allahın sözü müqəddəs kitabda yazılıb və o istəyir ki,gündəlik olaraq biz onun sözünü oxuyaq.Biz kəlama baxdıqda görürük kimdi bu Allah,necədir bu Allah və görmək olur ki Rəbb Allah mümkünsüzlüyün Allahıdır.Yəni sənin həyatında nə mümkün deyilsə,Rəbb Allah üçün mümkündür.Məsih İsa lukanın müjdəsində belə dedi:”İnsan üçün qeyri mümkün olan Rəbb Allah üçün mümkündür.”
Bir gənc yaxınlaşıb soruşur ki,”insan necə xilas olabilər?,insan necə günahlarından azad olabilər?,insan necə Rəbb Allahın padşahlığını irs olaraq alabilər?”Məsih İsa dedi:”Bu insan üçün mümkün deyil.Amma Rəbb Allah üçün mümkündür.”Sənin üçün mümkün olmayan bir şey o demək deyil ki,bu sənin Rəbb Allahın üçün də mümkün olmasın.Sənin həyatında alınmayan nəsə o dəmək deyil ki sənin Allahın üçün də alınmayacaq.Sənin həyatının uğursuzluğu o demək deyil ki,sənin Rəbb Allahının uğursuzluğudur.Sənin həyatında üzləşdiyin problemlər,çətinliklər,qarşı durmalar.Hansı ki səndə ruh məyusluğu yaradır.Hansı ki sən yadına saldıqda həvəsdən düşürsən.Qolların düşür amma sənin Rəbb Allahının qolları düşmür.Bugün sənin ailəndə olan məsələ,xoşa gəlməz vəziyyət belkə övladlarınla,valideynlərinlə bəlkə bacı,qardaşınla olan münasibət səni məyus edir və fikirləşirsən ki,bu düzəlməyəcək,alınmayacaq.Bu sadecə sənin üçün alınmayacaq.Sənin Rəbb Allahın üçün isə mümkün olmayan bir şey yoxdur.Eşidirsiz?Bunu Rəbb Allah bizim üçün deyir.Çünki Rəbb Allah üçün mümkün olmayan bir şey yoxdur.
Luka 1:37 yadınıza gəlir?Cəbrail mələk Məryəm ilə danışır və onum qohumu Yelizabetanın hamilə qaldığını ona bölüştüğündə Məryəm üçün bu gözlənilməziydi.Axı yaşlı qadın necə hamilə olabilər?Bu necə mümkündür?Biz insanların öz düşüncə tərzimiz nəyin ki,özümüzü məhtudlaştırır Allahın bizim həyatımızda fəaliyyətlərini də məhtudlaştırır.Biz fikirləşirik ki,”əgər bu mənim üçün mümkün deyilsə alınmayacaq”Bəs bu təbiət üçündə mümkün deyil?Bəs təbiəti yaradan kimdir?Bu fiziki olaraq mümkün deyil.Bəs fizika qanununu yaradan kimdir?Biz fikirləşirik ki,”bu necə olabilər?”Çünki təbiət belə gedir.Bəs bu həyat axınını yaradan kimdir?Onun üzərində duran kimdir?Allahdır.Sənin ibadət etdiyin Rəbb Allahdır.Sənin ata deyə çağırdığın Rəbb Allah hər şeyin üstündə durandır və həmin o Rəbb Allahın sənə deyir:”Mənin üçün mümkün olmayan bir şey yoxdur.”Mümkünsüzlük Rəbb Allahı.Onun qarşısına gəldikdə zəifliklərim,qorxularım,həyatm da alınmayan işləri Rəbb Allaha de.Dağılmış münasibətlər,dağılmış ailələr,dağılmış ümidlər,həvəssizlikləri belə onun qarşısına gətir.Çünki sənin Rəbb Allahın üçün mümkün olmayan şey yoxdur.
Planlar qur.Məksədlər qur.Hədəflərini qoy və onlara can at ki,sənin Allahın sənin buna nail olman üçün kömək etsin.Ya Rəbb sənə həmd olsun.Qoy bugün günümüzün başlanğıcı belə başlasın:”Mən bu Rəbb Allaha inanıram və güvənirəm.Mənim ibadətim və mənim həsirim hər şeyə gücü çatıp,həyat verən Rəbb Allahtır”
Yadınıza gəlir Mark 9:23: “İsa ona dedi: «“Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!»”Eşidirsiz?Öz danışıq nitqinizdən “bacarırsansa”sözünü çıxardın.Öz söz ehtiyatınıza:”mən iman ettim,mənim üçün hər şey mümkündür”cümləsini əlavə edin.Bunu Rəbb Allah öz sözü ilə təmin edir ki,məhz bu sözə inanaraq iman qəhramanları olaq və bizdən öncə yaşayan iman qəhramanları məhz bunda öz şəhadətlərini tapdılar.Mümkün olmayan şeyləri “edəbilərəm mi?”demədilər.Onlar ibadət etdikləri Rəbb Allaha baxaraq mümkün olmayan şeyləri mümkün etdilər.Hətta yazılıb ki,”ölmüş qadınlar öz ərlərini diri kimi geri aldılar.”Nədir sənin imanın?Nə qədərdir sənin imanın?Mümkünsüzlük Rəbb Allahına daha da güvən.Onun üçün mümkün olmayan bir şey yoxdur.Qoy ibadətimiz ona belə başlasın.
Mümkünsüzlük olan Rəbb Allaha yaxınlaşanda birinci hissə əminlikdir,gerçəklikdir.Rəbb Allahla canlı təmasdır.Amma Rəbb Allah bizi öz sözüylə təhciz edib Vundurkin kimi möcüzələr yaradan deyil,Rəbb Allahın bizdə olan ənamını məqsəd yönlü istifadə etmək üçün yönəltmək istəyir.Buna görə mən sizinlə Efes 4:1-6: “Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz. Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün. Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın. Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, Rəbb bir, iman bir, vəftiz bir, hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.”Paul deyir:”Aldığınız çağırışa görə həyat sürün.”Eşidirsən?Rəbb Allah bunu sənə verdikdə deyir ki,”mən sənin üçün hər şey edən Rəbb Allaham.Mənim məhəbbətim tükənməzdir.Mən sənin övladım deyib çağırdığım halda sadecə söz deyil,bunda bu sözdə hərəkət var.Bütün güç və bütün məndə olan şeyləri sənə verdim.Mən sənə verdiğim bu çağırışa laiq həyat yaşa.”Nədir ona laiq həyat?İkinci ayə buna cəvab verir.Laiq həyat budur tamamilə itayətkar,həlim,səbirli olub bir-bizimizə məhəbbətlə dözün.Maraqlı sözlərlə başlayır “tamamilə itayətkar”.İtayət etmək,tabe olmaq,qəbul etmək.Bilirsiz,Rəbb Allahın sözü itayətkarlıq haqqında danışanda ancaq orduda olan əsgərlərin əlini başına atıb bütün əmirləri yerinə yetirməsi kimi ,nə əmir olursa olsun yerinə yetirir.İtayətkər olmaq Rəbb Allahın sözünə görə başqasını özündən üstün tutmaqdır.Başqasının məsləhətinə,təliminə tabe olmaqdır.Başqasının xidmətini öz həyatında qəbul etməkdir.İcazə vermək ki,başqası sənin həyatında fəal olabilsin.Bu Məsihçilikdə itayətkarlıqdır.Məhs bu sözə görə bir-birinuzə məhəbbətlə dözün.İtayətli olmaq başqasının xidmətini qəbul etməkdir.Bilirsiz,bu ayələr Rəbb Allahın cəmiyətinin içinə salır və Rəbb Allahın icmasında olmaq üçün təmin edir.Heç vaxt tənhalanma.Heç vaxt imanlı cəmiyyətindən ayrı durma.Özünü sal imanlılar cəmiyyətinə və imanlılar cəmiyyətində ol ki,orda tamamilə itayətkar və halim olasan.Həlim-dikbaş olmayan,sakit ruha malik olandır.Üsyankar,deyingən,özündən razı,lovğalı,özünü düşünən,hamıdan ağıllı hamıdan bilikli sayan deyil,həlim ruhda gəzəndir.Sevincli ruhda gəzəndir.Məhəbbət ruhunda gəzəndir.Rəbb Allahın Kəlamı deyir ki,”bizim Rəbb Allahımız həlimdir”Sənin ibadət etdiyin Rəbb Allah həlimdir.Sən necəsən?Davakar,üsyankar,sözünü deyən,qoldan quvvətli,gücünü göstərən,əzəmətini görsədən,yoxsa Rəbb Allahın kimi həlimlik ruhunda gəzən.Sənə xidmət eləyən insanlara itayətini göstirənsən.İtayətli ol kilsənə.İtayətli ol ağsaqqalara,imanlılara onların xidmətini qəbul et.Onların arasında olduğun üçün sevin.Özünə onların arasında pay götür və o payda qal.Bu sənin Rəbb Allahının sənə görə iradəsidir.Səni təmin edən Öz sözünü verən,səni güclü şəxs edən Rəbb Allah səni öz cəmiyətinə salır.Orda deyir ki,bir-birinizə məhəbbətlə dözün.Sizin bir-birinizi qəbul etməyiniz,bərabər qalmağınız sizin məhəbbətinizdir.Rəbb Allahın aramızda olan məhəbbəti bizi bir-birimizə yaxın edir.Burda deyir:”Ruhun birliyini sülh bağı ilə qorumaya çalış.”Sülh yerləri axtar demir.Deyir ki,sən olduğun yerdə sülhü yarat və qur.Sən barışıq,sülh başqasının nüfusunu qoruyan,başqası əvəzinə danışan,başqasının utanmasına qoymayan ol.Sülh bağı ilə cəmiyyəti qoru.Qoyma ki,iblis hansısa bir insana nifal salmağa,inciklik yaratmağa imkan yaratsın.Bilirsin bəzən,imanlılar başqaları haqqında danışırlar.Xususi olaraq xidmətçilər haqqında danışırlar.Qoyma sənin yanında danışmağa.Qoyma sənin ürəyinə pis toxumlar əkilsin.Kimsə sənin yanına gəlirsə və bu müjdəyə uyğun olmayan münasibətlərlə başqasına danışırsa denen ki,”Bu Rəbb Allahımın ürəyinə görə deyil.Geri çəkil məndən.”Qoy sülh bağı sən tərəfindən qorunsun.Ruhun birliyini sülh bağı ilə qorumaya çalış.Əlindən gələni et.4,5,6ayələr”Qoy bu bizim himnimiz olsun.”Qoy bu bizim bu həftə üçün əzbərimiz olsun.Əzbərlə bu sözləri və qoy bu sənin himnin olsun.Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir,ruh bir,Rəbb bir,iman bir,hamımızın Rəbb Allahı və atası birdir.O hamı ilə üzərində,hamı ilə və hamıdadır.Qoy bu sənin himnin olsun.İmanlılara baxdıqda bu himni yadına sal.O məndədir və Ondadır.Mənə verdiyi vədlər onlarında vədləridir.Mənim ibadət etdiyim Rəbb Allah onlarında Rəbb Allahıdır.Ona görə mən onları qorumaya çalışacam.Mən müdafiyə edəcəm imanlılar cəmiyyətini.Mən dizlərimi yerə atıb onlar üçün dua edəcəm.Çünki bədən birdir.Ruh birdir.Rəbb birdir.İman birdir.Hamımızın Rəbb Allahı birdir.Gəlin bu sözləri əzbərləyək.Gəlin bu sözləri bir-birimizə baxanda yadımıza salaq.Qoy bu sözlər bizim himnimiz olsun.O,hamı üzərində və hamıdadır.Rəbb sizə xeyir-dua versin.

Müəllif: İdris Azəri

İsa Məsihin surətinə yaxınlaşaq

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın iradəsi bizim yer üzündə yaşadığımız ömür boyu Onun xoş iradəsini görmək,həyatdan kam almaq və əbədi həyatı verməkdir. Çünki Rəbb Allah Müqəddəs Kitab vasitəsi ilə bizə bu təminatı verdi. Müqəddəs Kitabın səhifələrində Rəbbin xoş niyyətini,bizə olan iradəsini,xasiyyətini görürük və bilirik ki, bunların hamısı bizim həyatımıza fayda üçündür,xeyir-dua gətirmək üçündür. Müqəddəs Kitab bizə verilib ki,bizə bu həyatı yaşamaq və həyatdan kam almaq üçün təmin etsin. Rəbb Allahın sözü təminatdır. Rəbb Allaha yaxınlaşan hər birimiz də Onun iradəsinə və sözünə görə uyğunlaşıb yaşamalıyıq
Romalılara məktub 8:28-29:”Biz bilirik ki,hər şey birlikdə Allahı sevənlərin,Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O,çoxlu qardaş arasında ilk doğulan olsun;”. Biz Müqəddəs Kitab vasitəsi ilə bunları öyrəndik,O,Öz iradəsini Müqəddəs Kitab vasitəsi ilə aşkar etdi. Rəbb Allahın iradəsini,xoş arzusunu Müqəddəs Kitabda oxuya bilərsən. Hər bir çətinlikdə,sıxıntıda Müqəddəs Kitab vasitəsi ilə Rəbbin niyyətinə bələd ola bilərsən. Ona görə də yazılıb ki,biz hər şeyin bizim xeyrimizə işlədiyini bilirik. Çünki Rəbb Allahın iradəsi bizə yaşadığımız həyatdan kam almağımız, Rəblə yaşayaq,Ona güvənək və həyatdan zövq alaq. Biz bəzən hər hansı məsələdə özümüzü itiririk və fikirləşirik ki,niyə belə oldu və ya niyə baş verdi? Bu sualları düşünürük və özümüz cavablamağa çalışırıq. Müqəddəs Kitab sənin bütün suallarına cavab verəndir. Bütün hadisələr Rəbbi sevənlərin xeyrinədir. Bütün varlığınla,ürəyinlə,gücünlə səni Öz Oğlunun surətində olmağa çalışanı sev. Sənin sevgin ancaq sözlərlə kifayətlənməsin, Rəbbə göstərdiyin güvəndə sənə bəlli olsun. Həyatda indi təqiblərlə,təhqirlərlə, dedi-qodu,xəstəlik ilə üzləşsən də,Rəbb Allahı sev və bil ki,sənin həyatında olanlar Rəbbin nəzarətindədir. İndi olduğun vəziyyətdə düşün ki,Rəbb Allahı nə qədər sevirsən? Ancaq sənə hədiyyə verəndə yoxsa çətinlikdə üzləşəndə belə Rəbbi sevirsən? Rəbb deyir ki,bu sözlər Onu sevənlər üçündür. Olduğun hər bir yerdə Onu sev. Sağlam və xəstə olanda Onu sev. Hər vəziyyətdə Rəbbin hüzuruna gəlməyə heçnə və heç kim əngəl törətməsin. Rəbb Allahın qarşısına gəl və Onun hüzurunda ol. Sənin həyatında nə baş verirsə,sənin xeyrinədir. Çünki Rəbb Allah səni məqsədyönlü şəkildə idarə edir. Rəbbin iradəsi və məqsədi insanların Öz Oğlunun surətində olmaqdır.
Romalılara məktub 8:30:”Əvvəlcədən təyin etdiyi adamları da çağırdı;çağırdığı adamları da saleh saydı;saleh saydığı adamları da izzətləndirdi.” Bu,Rəbb Allahın sənə olan münasibətidir. Rəbb səni hələ sən dünyaya gəlməmişdən öncə seçdi, istədi ki,Rəbbin Oğlunun surətinə uyğunlaşmaq üçün təyin etdi. Uyğunlaşmaq – verilən nümunəyə uyğun hala gəlmək,bənzəmək,eyni hala gəlməkdir. Rəbb istəyir ki,Müqəddəs Kitab vasitəsi ilə biz Məsihin xasiyyətini,davranışını, münasibətini öyrənək və Ona uyğun yaşayaq. Ona görə də Rəbb bizi çağırdı, saleh saydı və izzətləndirdi ki,tamamilə həyatında üzləşdiyin hər bir vəziyyət sənin xeyrinə olsun,səni güclü,əmin,imanlı,Rəbb Allaha güvənən və Onun məhəbbəti ilə dolan insanlar olaq. İsa necə idisə,Ona uyğunlaş,özünü Ona bənzət. Ona yaxınlaşan hər kəs Ondan xeyir-dua,şəfa alırdı.
Romalılara məktub 8:31-32:”Bəs bunlar barədə nə deyə bilərik?Əgər Allah bizimlədirsə,kim bizə qarşı dura bilər? O Öz Oğlunu belə,əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi? Əgər Rəbb Allahın bizə bu cür münasibəti və yanaşması varsa,hələ biz dünyaya gəlməmişdən əvvəl bizi çağırıb və seçibsə, bunlara əlavə daha nə ola bilər ki,üzləşdiyin çətinliklərdən,problemlərdən qorxmayasan. Əgər Rəbb Öz Oğlunu əsirgəməyib qurban verdisə,sənin canını xilas etmək,qorumaq, izzətləndirmək,xeyir-dua vermək üçün səni seçdisə, bundan əlavə nə deyək? Əgər Rəbb Allah bunları səndən əsirgəmədisə, səncə sənin gündəlik ehtiyaclarını verməyəcək? Kim sənə qarşı dura bilər? Sənə qarşı deyilən heç bir haqsız söz,ittiham öz yerini tutmayacaqdır,çünki sən özünü İsa Məsihə uyğunlaşdırıb Müqəddəs Yazılara uyğun yaşayırsan. Bu cür yaşa. Rəbb səni bu həyata çağırdı,bu həyat möcüzəli həyatdır,bu həyatın dadı Rəbbin səninlə olmasıdır. Bu həyatın dadını çıxar. Hər vəziyyətdə Rəbb səninlədir, yanındadır. Sən də möhkəm sədaqətlə Rəbbə bağlan,Məsihin surətinə uyğunlaşan tərzdə yaşa. Bu,Rəbb Allahın sənin üçün olan iradəsi və məqsədidir. Ailəndə, dostlarının arasında,cəmiyyətdə Onun kimi olmağa çalış. Qoy Rəbb hər birinizə xeyir-dua versin. Bu düşüncə ilə gününüzə başlayın,bütün ömrünüz boyu bu fikirlə yaşayasınız. Unutmayın ki,Rəbbin sözü deyir:”Əgər Allah bizimlədirsə,kim bizə qarşı dura bilər?” O Öz Oğlunu belə əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf edəcəkdir.

Müəllif: İdris Azəri

Başlanğıc və Son Rəbdir

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,sübh tezdən Rəbb Allahın sözü üzərində malik olduğumuz düşüncə tərzi bizi gün boyu müşayiət etsin. Rəbb Allahın sözü güclü və təsirlidir,Rəbb istəyir ki,Onun sözü sənin həyatında aşkar edilsin. Bu sözü yaşatmaqla və icra etməklə sənin həyatında öz izzətini göstərəcəkdir.
Vəhy 1:8:”Var olan,Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir:«Alfa və Omeqa Mənəm!».” Başlanğıc və Son Rəbdir. Müqəddəs Kitabda Rəbb Allah deyir ki, Var olan,hər zaman Var olmuş və dünyanın sonunda Gəlməli olan Külli-İxtiyar Mənəm və hər şeyin başlanğıcı və sonuyam. Həyatında hər hansı yenilik – yeni ailə,yeni iş,yeni münasibət varsa,buna Rəblə başla. Yenilikdə Rəbbi çağırıb Onunla birgə addımlayırsansa,Külli-İxtiyar olan Mən səninlə olacağam. Hər bir vəziyyətdə Rəbbi çağır və səslə,Onunla birgə addımla ki,Rəbb Allah hər zaman səninlə olsun. Sənin həyatında tükənməyin,yorulmağın, əldən düşməyin sənin həyatında son deyil, son Rəbdir. Buna görə də Rəbbə güvən və iman et. İnsanların və ya şəxsən sənin öz haqqında yorulduğunu düşünmən son deyil,vergüldür. Çünki nöqtəni qoyan Külli-İxtiyardır. Rəbb Allah isə nöqtəni qoymur,O deyir ki,davamlı olaq. Rəbb Allahın münasibəti Onu çağıran hər bir kəs üçün, Oğlu Məsih İsaya iman edən bir şəxs üçün hər zaman xeyirlidir,faydalıdır. Buna laqeyd olmayaq,həvəslə Rəbbin sözünü yaşadan insanlar olaq.
1 Saloniklilərə məktub 1:2:”Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik. Həvari Paul imanlılara məktub yazaraq deyir ki,siz yanımızda olmasanız da,biz sizin haqqınızda sizə görə Rəbbə şükür edərək danışırıq. Paul imanlıları yada saldıqda Allaha onlar üçün minnətdarlığını bildirirdi,onları xeyir-dualandırmağa həvəsli idi,çünki onları sevirdilər. İmanlılar birlikdə görüşüb bacı-qardaşlarını yada saldıqda Külli-İxtiyara onlara görə şükür edirlər,minnətdar olurlar. Bu münasibət çox gözəldir,gəlin bu münasibətdə yaşayaq,bu münasibəti icra edək.
1 Saloniklilərə məktub 1:3:”Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq.” Müqəddəs Kitab deyir ki,imanından yaranan əməllərin daim Rəbb Allah qarşısında yada salınır. Əməl – hərəkət,faaliyyətdir. İmanını icra etmək imanına riayət etməkdir. İman sadəcə daxildə İsa Məsihin Rəbb Allahın Oğlu olmasına inanmaqla kifayətlənmir. Daxilindəki iman əməl ilə bəhrə verməsini səndən gözləyir. Ona görə də imanını davranışında,münasibətlərində, hərəkətlərində aşkar et. Qoy sənin Rəbb Allaha pənah gətirməyin zahir alsın,bu zahir Rəbbin gözündən yayınmır,daim yada salınır. Çünki Rəbb Öz balalarından imanlarının zahir edilməsini istəyir. Rəbb Allahın sözü deyir ki,məhəbbətdən doğan zəhmətiniz daim Allahın qarşısında yada salınır. Rəbb səni sevdi və bu məhəbbəti Müqəddəs Ruh vasitəsi ilə ürəyinə doldurdu. Qoy sənin məhəbbətin də səylə çalmağınla aşkar edilsin. Əsl məhəbbət zəhmət tələb edir. Rəbb Allah ürəyini Öz sevgisi ilə doldurduğu hər kəsdən istəyir ki, bu məhəbbət zəhmətlə,çalışmaqla,səylə aşkar edilsin. Məhəbbət ancaq sözlərlə ifadə edilmir,bu,kifayətlənmir. Məhəbbət zəhmət,çalışqanlıq tələb edir. Məhəbbət göstərdiyin hər insan buna qarşılıq verməyəcək,həvəsdən düşmə,sevməyə davam et. Çünki Rəbb Allahın məhəbbəti hər gün sənin ürəyinə Müqəddəs Ruh vasitəsi ilə gəlir. Həvəsli ol. Rəbb Allahın kəlamı deyir ki,İsa Məsihə bağladığınız ümid dözüm hasil edir. Bu,Rəbbin yadından çıxmır. Dözümlü olmaq mətanətli olmaq, yenilməmək,sarsılmamaq,dəyanətli olmaq deməkdir. Ümid sadəcə hər şeyin yaxşı olmasını arzulamaq demək deyil,Rəbb Allahın verdiyi vədlərinə,həyat kəlamlarına güvənərək davamlı qalmaqdır,Onun sözündə möhkəm olmaqdır. Bu,hər dəfə Rəbbin yadına salınır və Rəbb üçün dəyərlidir. Sən Rəbb Allahın balası olaraq sadəcə tamaşaçı deyilsən,Onun ürəyinə görə hərəkət edirsən. İman qəhrəmanlarının həyatında da imandan yaranan əməlləri,məhəbbətdən doğan zəhmətləri və Rəbbə bağladıqları ümidin verdiyi dözüm onları nüfuzlu etdi. Bu keyfiyyətlər onları iman qəhrəmanları etdi, adları Rəbbin sevimli balaları sırasına salındı. Sən də belə et.
1 Saloniklilərə məktub 1:4:”Ey Allahın sevimlisi olan qardaşlar,bilirik ki,O sizi seçib.” Rəbb sizi sevir. Qoy bu düşüncə gün boyu sizdə olsun. Bu haqda düşünün.
Gəlin bərabər bunun üçün dua edək:”Rəbb Allah, Sən hər şeyin Başlanğıcı və hər şeyin Yekunusan. Səninlə hər şey başlayır və Səndə hər şey yekunlaşır. Əgər sən bitirməsən,heçnə bitməz. Hər bir başlanğıcı Səninlə başlamaq arzusundayam. Bu sabahı Sənin sözünlə açdığım kimi hər bir yenilikdə Səni çağıracağam. Səninlə bərabər yeni işə,münasibətə, xidmətə başlamaq üçün addımlayacağam. Rəbb Allah,minnətdaram ki,Sən mənim həyatıma Öz məhəbbətinlə gəldin və hər gün Sənin məhəbbətin Müqəddəs Ruh vasitəsi ilə qəlbimə tökülür. Dua edirəm ki,qoy Sənin sözünün icraçısı olum,imandan əməllərim yaransın. Sənin mənim ürəyimə tökdüyün məhəbbətdən zəhmət doğsun. Sənə bağladığım ümid ancaq yaxşı şeyləri arzulamaqla bitməsin,qoy dözümlü və mətanətli olmağı hasil etsin. Çünki bunlar daim Sənin yadına salınır,mənim üçünsə xeyirlidir. Bugünümə xeyir-dua ver. Ölkəmə xeyir-dua ver,bugünümü Sənin övladın kimi yaşamağım üçün mənə xeyir-dua ver.”

Müəllif: İdris Azəri

Xilaskar olan İsa Məsihi həvəslə gözləyirik

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,Rəbb Allahın sözü üzərində bərabar düşünək,düşünlərimiz Rəbbin sözü ilə dolsun və Müqəddəs Kitabda Rəbbin arzu və niyyətini öz həyatımıza daxil olsun və düşümlərimizin, ürəyimizin dəyişilməsinə səbəb olsun. Biz düşüncələrimizdə Rəbbin sözünü hər gün yaşatsaq,bu,münasibətlərimizdə, davranışımızda,ağzımızdan çıxan sözlərdə öz əksini tapacaq. Biz Rəbb Allahla hər gün vaxt keçirib Onun sözü ilə ürəklərimizi doldursaq,bu,bizim insanlara qarşı olan istəklərimizə,niyyətimizə öz təsirini edəcək. Rəbb səndən Onun balası kimi yaşamağını, Onun övladı kimi ömür sürməsini gözləyir.
Filiplilərə məktub 3:20-21:”Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik.” Rəbb Allahın sözü deyir ki,biz Məsih İsaya iman edənlər ancaq burdakı həyatla kifayətlənmirik,bizim arzumuz və istəyimiz Məsihin təkrar gəlişini gözləməkdir. Sən Məsihin təkrar gəlişini gözləyirsən? Rəbbin sözü deyir ki,biz Məsihin gəlişini gözləməyə həvəsliyik,çünki O gəldikdə Ona iman edənləri Özü ilə bərabər Padşahlığına aparacaq. Bir çox insanın istədiyi və nail olmaq istədikləri yerə – Cənnətə aparmaq üçün Məsih gələcək. Müqəddəs Kitabda İsa Öz şagirdlərinə,Ona iman edən hər bir kəsə başa salır ki,həmin gün mütləq baş verəcək və Məsih yenidən Yer üzünə gələcək. Ancaq Onun gəlməyinə səbəb Ona güvənib və iman edib,bütün arzu,niyyəti, düşüncələri ilə Ona bağlı olanları Özü ilə birgə aparmaqdır. Şimşək çaxanda bütün göy üzündə göründüyü kimi Bəşər Oğlunun zühurunu da bütün dünya görəcək. O zaman Bəşər Oğlunun əlaməti görünəcək və göy üzündə Onun ehtişamı və qüdrəti əks olunacaq. Yazılıb ki,O,mələklərini şeypur səsi ilə göndərəcək,mələklər də göylərin bir ucundan digər ucuna qədər seçdiklərini toplayacaq. Məsih zühur olanda mələklərinin göndərəcək ki,Onun seçdiklərini,Onun adına iman gətirənləri və Onun həyat tərzinə uyğun yaşayanları Özü ilə bərabər Öz Padşahlığına aparmaqdır. Həvəslə bunu gözlə və arzula. Bugün Məsih gəlsə,Onunla bərabər getmək üçün hazır ol. Ancaq buradakı yaşayışınla kifayətlənmə, çünki Rəbb Allah sənə əbədiyyəti verir. Əbədiyyətə malik olan,bu mirası Rəbdən alan insan kimi düşün və yaşa. Rəbb səni Öz Padşahlığına seçdi,seçilmiş insan kimi bugününü yaşa. Bu düşüncə tərzi sənin həyatına böyük dəyişikliklər gətirəcək. Bu sözləri mənimsə. Rəbb Allah sənə əbədi həyat üçün çağırış verib və səni seçib. Rəbb Allah səni Öz dərgahında gözləyir, bugününü Rəbbin seçilmişi və əbədi həyata malik olan kimi yaşa. Həvəslə Məsihin gəlişini göstər,bu haqda başqa insanlara da danış. O,bütün xalqlardan,millətlərdən, tayfalardan Ona iman edən insanları Özü ilə bərabər aparacaq. Bu tərzlə yaşa.
Filiplilərə məktub 3:21:”O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.” Bunu Məsih sənin üçün edəcək,çünki sən Onun sözü ilə yaşayırsan,hər zaman istifadə edirsən. Bunun vasitəsi ilə sən dəyişilirsən. Rəbb Allahın qüdrətinin sənin həyatına təsir etməsini istəyirsən? Məsihi təqlid et,Onun təlimində yaşa,İncili hər gün oxu və orada yazılanları münasibətlərində,ailəndə tətbiq et. Məsih kimi yaşa,çünki bir gün Məsih Öz seçdiklərini götürmək üçün gələcək. Bu, mütləq baş verəcək. İsa deyir:”Yer və Göy keçib gedəcək,amma Mənim sözlərim qalacaq,əsla keçib getməyəcək.” Nə olursa olsun,İsa böyük ehtişam və qüdrət ilə gələcək.
Filiplilərə məktub 4:1:”Beləliklə,ey həsrətini çəkdiyim sevimli qardaşlarım, sevincim və başımın tacı,Rəbdə olaraq bu cür dönməz durun,ey sevimlilər!” Rəbbə aid olduğuna və seçilmiş olduğuna görə bu cür dönməz dur, çünki sən Onun sevimlisisən. Hazırlıq işlərini gör,Məsih gəlir. Münasibətlərində, düşüncələrində,davranışlarında Məsihin gələcəyini bilən insan kimi yaşa. Buradakı yaşayışın Səmavi yaşayışla müqayisə edilə bilməz. Əbədi həyat üçün seçilmiş insan kimi hərəkət et və yaşa. Məsih gəlir ki,sənin bədənini dəyişib Öz izzəti halına gətirsin. Rəbdə olduğuna görə bu cür düşün,ey sevimli. Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri

08.08.2020

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,bugün sizə çatdırdığım Rəbb Allahın sözü sizin həyatınıza Rəbbin gücünü,qüdrətini gətirsin. Rəbbin sözünün mahiyyəti sizin üçün açılsın,gündəlik həyatda hər bir vəziyyətdə və münasibətdə bu sözünün icraçısı olasınız. Rəbbin sözü nə deyirsə və məsləhət verirsə,eyni cür hərəkət edəsiniz. Çünki Rəbb Allahın sözü Ona iman edən hər kəs üçün faydalıdır,şəfa verəndir,azad edəndir,genişliyə çıxarandır.
Filiplilərə məktub 4:4-7: “Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin! Rəbb Allahın sözü bizə deyir ki,sevin. Çünki sən Məsihə iman edən və pənah gətirən şəxssən. Rəbbin sözü deyir ki,biz sevinc haqqında daha çox düşünək və sevinək. Nəyə görə sevinək? Günahların bağışlandığına görə sevin. Məsih İsaya iman etdiyin üçün malik olduğun əbədi həyata görə sevin. Hər gün sənin həyatında Rəbb Allah olduğuna görə sevin. Sevin ki, aciz və zəif deyilsən. Rəbb Allah səni təmin edəndir ki,sən bu həyatda nə etdiyini,necə etdiyini və nə üçün etdiyini biləsən. Bunlara görə sevin. Qoy sənin həyatın bayrama, şənliyə çevrilsin. Rəbb sizinlədir,Külli-İxtiyar sizə dəstək olur. Rəbb Allahın övladı olduğuna görə sevin. Rəbb Allahın sözü deyir ki,sən Rəbbin qarşısına gəldikdə bu cür düşüncəyə malik ol və sənin bu düşüncən həyatına sevinc gətirir. Həyəcanı, qayğını,qorxunu həyatından ataraq,”Allah mənimlədir” düşüncəsi ilə silahlanaraq bu həyat qarşısında aciz deyil,bacarıqlı,hər vəziyyətdə çıxış yolunu bilən,Rəbbə arxalanaraq Onun sevgisi ilə yaşayan insan olasan.
Filiplilərə məktub 4:5:”Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır.” Mülayim – həlim, xoşniyyətli,mehriban deməkdir. Rəbb deyir ki,bu tərzdə yaşa. Ətrafımızda mülayim olmayan çoxlu insanlar var. Bunun səbəbi isə onların qayğıları,narahatlıqlarıdır ki, onların kobud davranışına səbəb olur. Onlar istəyirlər,amma əldə edə bilmirlər. İnsanlar həyatda mülayimliklərini itirirlər,çünki onlar Rəbbə malik deyillər. Onlar Rəbb Allaha malik olmadıqlarına görə,Onda olan rahatlığa və dincliyə malik olmadıqlarına görə kobud,kəskin olurlar. Rəbbin sözü sənə deyir ki,O,yaxındır. Qoy sənin mülayimliyin daxilində olmasın, bütün həyatında aşkar edilsin. Sənin həlim ürəkli olmağın insanlar arasında görünsün. Xoşniyyətli ol. İnsanlara münasibətdə, davranışda mülayim ol. Qoy sənin insanlar haqqında danışdığın və dediyin sözlərdə mülayimliyin görünsün. İnsanlar haqqında danışanda sülh gətirən,mehriban sözlər de. Sən Rəbb Allaha yaxınlaşan,özünü Məsihə yaxınlaşan insan kimi davran. Həlim ürəkli gəzdiyin qoy bəlli olsun.
Filiplilərə məktub 4:6:”Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.” Rəbb deyir ki,heç nəyin narahatlığını çəkmə. Bugünün,sabahın, 10 il sonranın qayğısına qalma. Sənin narahatlığında nə varsa,dualarında ümidlə,şükür edə-edə Rəbbə bildir. Hər bir insan bu həyatda qayğı göstərir. Qayğı həyatın rifahı üçün edilən fəaliyyətdir. İnsan öz həyatının müsbət dəyişiklikləri haqqında,təmin olunması haqqında düşünür. Qayğı insanlarda fikir çəkmək, narahat olmaqlarına səbəb olur. Bu cür fikirlər insanda dərdə çevrilir. İnsanlar baş vermiş hadisələri gördükdə öz hallarına yanırlar. Hazırda internetdə faciələr haqqında çoxlu xəbərlər yayılır. İnsanlar qorxub özləri üçün narahat olurlar,”necə olacaq? Nə baş verəcəkdir?” deyə düşünürlər. Bütün qayğılarını dua ilə, yalvarış ilə,şükür ilə Rəbbə bildir. Sənin həyatında olan qayğı dərd,qüssə,qəm gətirəndir. Qayğıda bilməməzlik qorxusu var ki,bu da insanı narahat edir. Yerin və Göyün sahibi olan Rəbb Allah deyir ki, özünü qüssəyə bürümə,azad ol. Bütün qayğı yükünü Rəbbin ixtiyarına ver,çünki O, qayğı çəkəndir. Rəbbin qarşısına gəl və şükürlə öz qayğılarını bildir,çünki dünən sənin qayğına qalan Rəbb Allah sabah da səni təmin edəcək.
Filiplilərə məktub 4:7:”Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.” Bu yol ilə Rəbb sənin ürək niyyətini Məsih İsada qoruyur,saxlayır və inkişaf etdirir. Sənə ağırlıq,əziyyət verən hər bir problem üçün dua et. Bütün ehtiyaclarını,yükünü Rəbbə ver. Qoy sənin duan qəmli olmasın, çünki Rəbb Allah sənə yaxındır. Şükür edə-edə,şən və xoş ürəklə Rəbbə ehtiyaclarını bildir,çünki səni təmin edən,qayğına qalan,gündəlik ailənə azuqə gətirən Odur. Rəbb yaxındır. Bütün qayğı yükümüzü,bizi narahat edən məsələləri Ona verdikdə, bizim düşüncələrimizi qoruyur,çünki bu zaman biz Rəbbə etibar edirik. Rəbb Allaha ehtiyaclarımızı bildirmək Ona etibar etdiyimizin göstəricisidir.
Duanı bitirdikdən sonra ayağa qalx və de:” Mənim qayğıma qaldığına görə Sənə minnətdaram.” Qoy Rəbb Allahın bu sözü sənin həyatında öz yerini tutsun. Onda Rəbbin ağlagəlməz sülhü,dincliyi,əminliyi sənin ürəyini,düşüncələrini Məsih İsada qoruyacaqdır. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri

Hər zaman Rəbbə şükür edən olaq

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,bu səhər eşitdiyiniz ayələr gün boyu sizə müşayiət etsin. Bütün günü bu ayələr haqqında düşünərək Rəbb Allahı seyr etməyə çalışasınız.
Zəbur 34:1:”Hər zaman Rəbbə alqış edəcəyəm,
Ona daim mənim dilim həmd edəcək.
Rəblə könlüm fəxr edir.” Necə də gözəl sözlərdir! Hər zaman dedikdə Davud Peyğəmbər həyatının bütün hadisələrini əhatə edir. Günəşli və ya yağmurlu sabah, xoş və ya məyus olduğun gün, özünü gümrah hiss etdiyin və ya xəstə olduğun gün – hər zaman,hər vəziyyətdə Rəbbə alqış edir. Alqış etmək – tərifləmək, bəyənmək,sevinmək,xoş arzularını bildirməkdir. Hər zaman Rəbbə alqış et və Ona aid edildiyinə görə sevin. Rəbb Allahın gözəlliyini seyr et,camalını təsvir etməyə çalış. Nə olursa olsun,hər vəziyyətdə Rəbb səninlədir. Bu,gerçəklikdir. Bu düşüncə səni güclü edir,silahlandırır. Ona görə də Davud deyir ki,hər zaman Rəbbə alqış et. Sevincini Rəbbə səsləndir. Qoy sənin sevincin daxilində olmasın,musiqi ilə,rəqs ilə tərifini səsləndir. Daim Rəbbə həmdini bildir. Çünki Rəbb yaxşıdır. O,Yerin və Göyün Yaradanıdır,səni çağırandır,Öz hüzuruna dəvət edəndir və təmin edəndir. Ona görə də könlün Rəbb Allah ilə fəxr etsin,dilin daim Ona alqış söyləsin. Sevin,cuşa gəl, iftixarla dol. Açılan sabahda Rəbbin qarşısına gəlib Ona alqış etmək çox yaxşıdır. Hər anını,hər vəziyyətini Rəbb Allahın qarşısında bu cür yaşa. Çünki bu, sənin üçün yaxşıdır. Bu,sənin düşüncələrini və niyyətini qoruyacaq,daima Rəbbin hüzurunda olmağına kömək edəcək. Sənin könlün hər vəziyyətdə Rəbb Allahı səsləndirməyə vərdiş alacaq. Kədərlə və ya məyusluqla yox,sevinc ilə Ona alqış et. Hər hansı düşdüyün vəziyyət sənin xoşuna gəlməsə də,bil ki,qurtuluşun uzaq deyil, Xilaskarın səni unutmayıb. Rəbbin şəfası sənin üçün tükənməyib və bərəkəti sənin üçün bitməyib. O,davamlı sənə xeyir-dua verərək sevinəndir.
Zəbur 34:2-4:”Ey məzlumlar,eşidib sevinin!
Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq,
Rəbbin ismini birgə ucaldaq.
Rəbbə üz tutdum,
O mənə cavab verdi,
O hər bir dəhşətdən məni xilas etdi.” Məzlum insan – çətinlikdə olan,əziyyət çəkən, təqibə və ya təhqirə məruz qalan insandır. Davud deyir ki,belə insan eşidib sevinsin,Rəbbin adını müqəddəs tutsun. Çünki sən məzlumların yolunu seçdin və fəqirlərin yolu ilə getdin. Çünki sən indi düşdüyün vəziyyətdə Rəbbin üzünü axtarırsan. Hansı çətinliyin,problemin varsa, Rəbbi ucalt,alqış et,həmd et və Onu çağıraq. Bugün kiminsə təqibinə və ya təhqirinə məruz qalan,cavab verməmək üçün ağzını yuman,qisas almamaq üçün sakit olan,əziyyət çəkən insana Davud əsrlərdən keçən sözləri ilə deyir:”Məyus olma,ruhdan düşmə,səsini Rəbbi həmd etmək üçün ucalt, fəxr et Onunla,Rəbb Allaha aid olduğuna görə sevin,könlün Onunla fərəhlənsin.” Davud bu cür yaşadı və bizə də eyni sözü deyir. Rəbbə üz tut,O, cavab verəcək və hər dəhşətdən səni xilas edəcək. Çünki Davud özü Rəbbə üz tutdu və Rəbb Allah Davudu xilas etdi.
Zəbur 34:5-8:”Rəbbə baxan nur saçar,
Üzü qızarmaz.
Mən məzlum,Rəbbi çağırdım,
O məni eşitdi,
Bütün əzablarımdan məni xilas etdi.
Rəbdən qorxanları Onun mələyi müdafiə edər,
Onlara zəfər verər.
Dadın,görün Rəbb nə qədər şirindir,
Nə bəxtiyardır Ona pənah gətirənlər!” Rəbbə bu gözəl sözlərə görə həmd olsun! Davud özü də məzlum idi,təhqirə və təqibə məruz qalmışdı,çətinlikdə və əziyyətdə idi. Davud Rəbbin üzünü,Onun camalını axtardı, Rəbii tərənnüm edərək Ona alqış etdi. Çünki Rəbb Allahı çağıran,Onun üzünü axtarının üzü qızarmaz,pərt olmaz, əziyyətdə yaşayan insanı Rəbb qurtarar. Davud səni onunla birlikdə bu yolu getməyə çağırır. Əgər sən məzlumların yolu ilə getsən,Rəbbin mələkləri səni müdafiə edəcək,sən çağıracaqsan və hər bir bəladan Rəbb Allah səni qurtaracaq. Sən də Rəbbi alqış et,Onun ürəyinə görə hərəkət et,çünki Rəbb yaxşıdır. Davud Peyğəmbərin nümunəsinə görə yaşa,məzlumların yolu ilə get. Çətinlikdə,əziyyətdə,qisas almayanda Rəbbin mələkləri sənin ətrafında toplaşacaq,sənin üzün qızarmayacaq, çünki sən salehlərin yolunu seçdin,Rəbb Allahın adı ilə fəxr edənlərin yolu ilə getdin. Rəbb bu cür insanlara zəfər verir. Hər vəziyyətdə sənin çıxış yolun Rəbb Allahın ürəyinə görə hərəkət etməkdir. Hər an sənin çıxış yolun budur. Hər hansı çətinliklə üzləşsən də,Rəbbə həmd et,tərənnüm et. Bil ki,Rəbb yanındadır və Onun mələkləri sənin ətrafında toplaşır. Çünki sən salehlərin yolu ilə getdin,Rəbbin balalarının yolu ilə getdin. O zaman dadırsan və Rəbbin nə qədər şirin olduğunu görürsən. Bəxtiyarlıq üzərinə gəlir,çünki sən Rəbbin adına həmd edib Ona pənah gətirdin.
Qoy Rəbb hər birinizə xeyir-dua versin. Bu cür düşünün və yaşayın. Rəbbin yaxşılığını seyr edərək Ona alqışınızı səsləndirin.

Müəllif: İdris Azəri

Müqəddəs Yazılar bizim üçün təlimatdır

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü bizə gündəlik çörək kimi lazımdır. Əgər 3 gündən artıq yemək yeməsən,sən taqətdən düşərsən,çünki sən bədəninə lazım olan maddələri qəbul etməyəcəksən və xəstəliyə düşə bilərsən. Ona görə də hər gün bizə insan olaraq su içmək,yemək yemək lazımdır ki,bizim bədənimiz taqətli,güclü, davamlı olsun. Rəbb Allahın sözü sənin üçün gündəlik çörəkdir. Səni taqətli, dözümlü,müdrik insan kimi təmin etsin ki, sən həyatdan kam alıb xoş günlər görəsən.
2 Timoteyə məktub 3:16: “Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır.” Bizə deyilir ki,Müqəddəs Yazılar Rəbb Allahdan ilham alınmışdır. Burada yazılanlar insan idrakı,atalar sözləri deyil,
Rəbdən birbaşa ilham almış sözdür. Özlərini Rəbb Allaha həsr etmiş iman qəhrəmanları Müqəddəs Kitabı yazıblar. Bizə İncil ondan ötrü verilib ki,Rəbb Allahın xoş iradəsini anlayıb təmin edilmiş insanlar olaq. Rəbb Allahın məqsədi budur. Rəbb Özü bizə sözlərini nazil edib ki,bu həyat üçün təchiz edilmiş insanlar olaq. Rəbb Allah istəyir ki,Ona aid edilən insanlar Müqəddəs Kitab vasitəsi ilə öyrəndikləri bacarıqları yaxşı işlər üçün istifadə etsinlər. Yaxşı iş – insanlara sevinc,xoşbəxtlik gətirən,sevindirən,sülh yaradan,həqiqəti çatdıran işlərdir. Rəbb bundan ötrü sənə Öz sözünü verir və deyir ki,Onun Yazıları bizim üçün təlimatdır. Bu yazılar həqiqəti öyrənmək üçün faydalıdır. Müqəddəs Kitab vasitəsi ilə biz Rəbb Allahın kim olduğunu anlaya bilərik. Müqəddəs Kitab vasitəsi ilə Rəbb Allahın niyyətini görürük ki,Allah məhəbbətdir. Rəbbin istəyi və arzusu bizim üçün yaxşıdır. Rəbb bizdən öncə yaşayan insanların həyatını Müqəddəs Kitaba şəhadət olaraq yazıb ki,Musa Peyğəmbər, Sara,Davud,Süleyman və digərləri də bizim kimi insan idi. Onların Müqəddəs Kitaba düşməyinə səbəb isə onların Rəbb Allaha olan etibarı və sevgiləri idi. Rəbb Allahın sözü İbrahim,Daniel,Süleyman və digər Peyğəmbərlərə nazil olduğu kimi,bugün sənə də eyni təlimatı verərək,həqiqət yolunu getmək üçün səni öyrədir. Rəbb Allahın kəlamına müraciət et. Rəbb Allahın sözü məzəmmət üçün sənə faydalıdır. Rəbb günahı Müqəddəs Kitab vasitəsi ilə ifşa edir və bizlərə göstərmək istiyir ki, günahlı həyat yaşamaq sənə yalnız gözyaşı,ayrılıq,dağıntı gətirir. Rəbb Allahın kəlamı sənə günahlı tərzdən əl çəkib salehlərin yolu ilə getməyi öyrədir. Günaha üz çevir və Rəbb Allah yolu ilə get. Çünki günahın axırı ölümdür. Rəbb Allah isə istəmir ki,sevə-sevə yaratdığı bəndələr ölsün. O istəyir ki,biz həyatdan kam alaraq xoş günlər görək və İsa Məsihin vəd etdiyi əbədi həyata qovuşaq. Rəbbə iman et, güvən,arxalan. Rəbb sənə Müqəddəs Kitabı verdi ki,sənin həyat nümunən olsun, günahın necə zərər gətirdiyini anlayasan. Rəbb Allahın sözü islah edir,düzəliş edir və kömək edir ki,sən Rəbbin yolu ilə gedən insan olasan. İsa Məsihin məhəbbətindən, mərhəmətindən,səxavətindən, rəhmindən nümunə götürərək yaşa və əlindən gələni et ki,Rəbb Allahın sözü sənin həyatında işləsin. Bu,Rəbb Allahın iradəsidir. Ona görə də Rəbb Allah Öz kəlamını verib ki, salehlərin tərbiyəsini alaq və saleh kimi yaşayaq. Doğru seçimlər etmək üçün Rəbb bizə Öz kəlamını verdi. Rəbbin kəlamı sənə verilib ki,sən bu həyat üçün aciz deyil, qabiliyyətli olasan,Allahdan təlimat alıb Onun yolu ilə gedəsən. Bu,Allahın sözünün mahiyyəti və qüvvəsidir. Rəbbin sözünü hər gün qəbul et.
2 Tim 3:15:”Müqəddəs Yazıları uşaqlıqdan bilirsən. Onlar Məsih İsaya olan iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir.” Budur Rəbb Allahın sözü. Onun sözü sənin üçün təchizatdır. Rəbb Allahın kəlamı sənə İsa Məsih vasitəsi ilə xilas gətirməyə qadirdir, təsirlidir. Çünki Rəbb Allah Öz kəlamı vasitəsi ilə dünyanı yaratdı. Görünən və görünməyən hər bir şey Rəbbin vasitəsi ilə yarandı və bu söz qüdrətlidir,həyat verəndir. Hər gün Rəbb Allahın sözündə qalaq və yaşayaq. Adları Müqəddəs Kitaba düşmüş Peyğəmbərlər kimi yaşayaq. Bugün bizim vaxtımızdır,bugün Rəbb Allahın sözünü yaşadaq. Rəbbin sözü hər bir kəs üçün faydalıdır. Qoy Rəbb hər birinizə xeyir-dua versin. Bugünü dua və minnətdarıqla başlayaq. Bizə verdiyi təlimat üçün, salehlərin yolu ilə getmək üçün Ona minnətdar olaq. Satın alınan insanlar kimi Rəbb Allahın övladları kimi yaşayaq. Rəbb sizinlədir.

Müəllif: İdris Azəri

Rəbb Allahın əmrlərində qalaq

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm.
Zəbur 112:1:”Rəbbə həmd edin!” Qoy bu açılan sabah sizin üçün həmd,alqış və şükürlə başlasın. Rəbbin qarşısına minnətdarlıqla,izzətlə gəl. Çünki Var Olan Rəbb Allah sənə əbədi həyat verib. Yaşadığına görə sonuncu dəfə nə zaman minnətdar olmusan? Rəbb Allahın sənin həyatında verdiyi hər bir nemətə görə, ailənə,dostlarına,sadiq və etibarlı insanlara görə minnətdar olmusan? Qoy sənin sabahın belə başlasın. Çünki Rəbb Allah yaxşıdır və buna görə də sənə olan niyyəti yaxşıdır. O,səni möhkəmləndirən və qüvvət verəndir,bu həyatı yaşayıb kam almaq üçün sənə istiqamət verəndir. Rəbbin sözü səni hikmətli edir.
Zəbur 112:1:”Nə bəxtiyardır Rəbdən qorxan, Əmrlərindən zövq alan insan!” Nə bəxtiyardır o insan ki,ürəyində Allah qorxusu var. Müqəddəs Kitabda yazılıb ki,Allah qorxusu insanların qorxusu ilə eyni deyil. İnsanlar cəzadan,ölümdən qorxurlar, Allah qorxusu pisliyə,lovğalığa,təkəbbürə nifrət etmək,ikrah etməkdir. Hiylə ilə danışmağı,təkəbbürü ikrah edərək Rəbb Allahın yolu ilə gedən insan bəxtiyardır. Rəbbin əmrlərindən zövq alan,Onun sözlərini qəbul edən insan bəxtiyardır. Rəbbin əmrlərini eşidən insan sevinir,çünki bilir ki,Rəbb Allahın əmrləri səni azad etmək üçündür. Rəbb Allahın verdiyi əmrləri sənin üçün şəfa,bol bərəkətdir. Rəbb Allahın sözünü oxumaqdan,İncilin səhifələrini vərəqləməkdən zövq al. Qoy dilin Müqəddəs Kitabdan aldığın nəsihə görə alqış etsin. Müqəddəs Kitabda olan həyat nümunələrinə görə şükür et,çünki Rəbb bu yolla səni hifz edəcək, haqsızlıqdan qoruyacaq. Heç kim sənə pislik edə bilməyəcək,çünki sən salehlərin yolu ilə gedirsən,hər bir təkəbbürü,lovğalığı, günahı ikrah edirsən. Pisliyi atıb Rəbb Allahdan möhkəm tutan insan bəxtiyardır. Tamamilə Rəbb Alaha özünü həsr edərək Onun əmrlərində qal,Rəbbin sözünün icraçısı ol. Davud Peyğəmbər Rəbbin əmrlərinə,Onun sözlərinə bağlanan insanlar haqqında belə deyirdi:
Zəbur 112:2-4:”Nəsli yer üzündə güclü olacaq,
Əməlisalehlərin övladları xeyir-dua alacaq.
Evindən bolluq və sərvət əskilməz,
Salehliyi əbədi qalar.
Zülmətdə belə,əməlisaleh insanlar üçün,
Lütfkar,rəhmli və saleh adamlar üçün nur doğar.”
Əgər bugün sən öz həyatından hər cür qanunsuzluğu,pisliyi,hiyləni kənara atıb Rəbb Allahın sözünü sevinclə qəbul edirsənsə,bu,sənin üçün həyatdır. Sənin nəslin yer üzündə güclü,şaxəli olacaq,sənin nəslin Rəbb Allahdan daima xeyir-dua alacaq. Çünki sən salehlərin yolu ilə getdin, sən Rəbbin sözünü ailənə,nəslinə gətirdin, Rəbb Allahın əmrlərini elan edib Onun yolu ilə gedən,Onun ürəyinə görə insansan. Rəbbin sözü deyir ki,yalnız sən deyil,sənin övladların da xeyir-dua alacaq. Çünki sən Rəbb Allahın əmrlərindən zövq alırsan, əlindən gələni edirsən ki,nəslində və şəhərində Rəbb Allahın əmrlərini yaşatmaq üçün əlindən gələni edirsən. Rəbbin sözlərindən zövq al,özünü tamamilə Ona bağla. Əgər bunu etsən,salehliyin əbədi qalacaq,ruzi-bərəkətin daimi olacaq. Bunu istəmirsənmi? Zülmət olsa da,bəla gəlsə də,nə olursa olsun,əməlisaleh insanlar üçün hər gün nur doğar,Rəbb bizi aydınlığa çıxaracaq. Çünki sən salehlərin yolu ilə getdin. Rəbbin əmri bizə öyrədir ki,lütfkar, rəhmli,daimi sevən insan olasan. Həmin doğan nur Rəbbin Özüdür. Müqəddəs Kitaba düşmüş Peyğəmbərlərin həyatına bax,nədir onları ucaldan və onlara bərəkət verən? Rəbb Allahın əmrlərindən zövq almaqlarıdır.
Zəbur 112:5-7:”Səxavətlə borc verən,
İşlərini ədalətlə görən yaxşı insandır.
Belə adam əsla sarsılmaz,
Saleh insan əbədi olaraq yadda qalacaq.
Pis xəbərdən qorxmaz,
Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir.”
Nə qədər çox Rəbbə güvənirsənsə,o qədər çox sarsılmaz olarsan. Hər gün pis xəbərlər – qəzalar,müharibələr,daşqınlar,zəlzələlər vəs. internetdə yayılır. İnsanlar buna görə təlaş içində olurlar. Davud Peyğəmbər isə Rəbb Allahın sözünü sənə çatdırır və deyir ki,pis xəbərdən qorxmarsan,çünki sənin ürəyin möhkəmdir. Rəbbə güvən,etibar et,bütün düşüncənlə və varlığınla Ona bağlan və Rəbbin sözünə görə şadlan.
Gəlin dua edək:”Ya Rəbb,bugün üçün,yeni açılan sabah üçün sənə minnətdarıq və şükür edirik. Sənin lütfkar kürsünün yanına gəlirik və üzümüzü sənə tuturuq. Yerin və Göyün Yaradanına alqış olsun. Sənə minnətdarıq ki,bizə davamlı xeyir-dua və şəfa verirsən. Ölkəmizə,şəhərimizə görə sənə minnətdarıq. Azərbaycana görə sənə şükür edirik. Xalqımızın sevgisi,səxavəti üçün sənə alqış olsun. Ya Rəbb,sənin qarşına gəlirik və hər cür pisliyi,lovğalığı, haqsızlığı kənara atırıq və rədd edirik. Özümüzü tamamilə Sənə və əmrlərinə həsr edirik,Sənin nəsihətini qəbul edib yaşayırıq. Sənin xeyir-duanı ömür boyu almaq üçün hər gün Sənin əmrlərindəyik və bundan zövq alırıq. Sənə güvənirik,ona görə də ürəyimiz möhkəmdir və pis xəbərdən qorxmuruq. Bütün işlərimizi Sənə etibar edirik və Səndən zövq alaraq edirik.” Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri