Kişi Sözü

25.Ey ərlər, Məsih imanlılar  sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. 26 Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin 27və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın. 28Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər.

İNCİL, Həvari Yəhyanın 1-ci məktubu 2-ci fəsil 13-14

Ey atalar, sizə yazıram, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazıram, çünki şər olana qalib gəlmisiniz.  Ey uşaqlar, sizə yazdım, çünki Atanı tanıyırsınız. Ey atalar, sizə yazdım, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazdım, çünki güclüsünüz, Allahın kəlamı sizdə qalır, şər olana da qalib gəlmisiniz.