Cəmiyyət nədir?

Yəqin ki, məsihçilərin dua etdikləri binanı adamların ‘kilsə’ adlandırdıqlarını siz də eşitmisiniz. Lakin ‘kilsə’ sözü binanın özünə yox, orada toplaşan insanlara aid olur və bu da Allahın Cəmiyyəti adlanır. ‘Cəmiyyət’ sözü Məsihə iman edənlərin yerli qrupunu göstərir, eləcə də, yerdə yaşayan və Məsihlə birlikdə artıq göylərdə olan imanlılar üçün işlədilir.

Qədim zamanlarda Allah İsrail övladlarını Özü üçün xüsusi ‘xalq’ olaraq seçdi. O onlara Öz qanunlarını Musa vasitəsilə verdi. O, həmçinin, Fələstin torpağını xüsusi mülk olaraq onlara verdi və onları öyrətmək üçün peyğəmbərlər göndərdi ki, Gələcək olan Məsih haqqında onlara danışsınlar. Təyin olunan vaxtda İsa Məsih İsrailə gələndə bir çox adamlar Ona iman etdilər, lakin əksəriyyəti ona iman etməkdən boyun qaçırdılar. Allah Məsihə iman edənlərdən Özü üçün ‘Məsihçi Cəmiyyəti’ adlanan yeni xalq seçdi. Əvvəlcə Allahın seçdiyi xalq yalnız israillilər idi, lakin yer üzündə hər bir irqdən olan və Məsihə iman edən həm kişi, həm də qadınlar indi Allahın yeni Xalqıdır. İsrail xalqına mənsubiyyətin təsdiqi Allahın İbrahim və onun kişi cinsindən olan nəslinə sünnət və ehkamlardan ibarət idi. Cəmiyyət üçün su ilə vəftiz olunma var ki, bu da Allahın yeni xalqına mənsubiyyəti bildirir, artıq sünnət heç bir məna kəsb etmir. Məsih buyurduğu kimi, tövbə edib Ona iman edənlər suda vəftiz olunmaqla Onunla əhd-peymana girirlər və Allahın canlı Cəmiyyətinin üzvləri olurlar. Vəftiz olma özü heç kəsi xilas etmir, çünki insan yalnız Məsihə itaət etməklə və sonadək Ona sadiq qalmaqla xilas olur. Vəftiz olma günahlardan təmizlənmə və Məsihdə yeni həyatın başlanmasının rəmzidir. Bəzi cəmiyyətlərdə vəftiz olunan adamın başına su çiləmək və ya su səpmək adəti vardır, digər məbədlərdə isə vəftiz olunan adam bol su olan yerdə (dəniz, çay və ya göl) suya tam batırılıb çıxarılır. İnsan yalnız bir dəfə vəftiz olunur.

Әhdi-Cədiddə Cəmiyyət ‘Məsihin Bədəni’ adlanır. Məsih Bədənin Başı, Onunla bir olan Onun Bədəni isə irqindən, dilindən və dərisinin rəngindən asılı olmayaraq Cəmiyyətin və ya Bədənin üzvləridir.

Beləliklə, məbəd də Məsih kimi birdir. Məbəd də Müqəddəs Allaha məxsus olduğu üçün müqəddəsdir. Lakin bugünkü dünyamızda məbədlərin (cəmiyyətlərin) vəziyyətinə baxdıqda görürük ki, o bölünmüşdür və bəzən də onlarda şər yaşayır. Nə üçün? Hər şeydən əvvəl ona görə ki, məbəddə olan adamların çoxu yuxarıdan – Müqəddəs Ruhdan doğulmamışlar və buna görə də həqiqətdə yerimirlər və əsl məsihçi deyildirlər. İncil deyir: ‘Kidmə Məsihin Ruhu yox isə, o adam Məsihə aid deyildir’ (Rom. 8:9). Beləliklə, məbədin bütün üzvləri xəstəxanaya müalicəyə gəlmiş xəstələrə bənzəyirlər. Onlar özlərini Böyük Təbib İsa Məsihin əlinə verirlər. O da onları tədricən sağaldır və onların günah xəstəliyini müalicə edir. Beləliklə, bu dünyada olan nə qədər məsihçi varsa, heç biri günahın təsirindən tam azad deyildirlər. Məsihçilərlə başqaları arasında olan fərq ondan ibarətdir ki, əsl məsihçilər Allahın göstərdiyi Təbibə tabe olurlar, Onun dərmanını qəbul edir və Onun göstərişlərinə əməl edilər. Başqaları isə bunu etmirlər.

Әsl itaətkarlar bir Məsihdə olsalar da, bildiyin kimi, məsihçilərin çoxlu müxtəlif təriqətləri var. İki ən böyük qrup budur: katoliklər və protestantlar. Bu iki qrupun daxilində isə çoxsaylı şaxələr mövcuddur. Lakin məsihçilərin hamısının eyni bir Müqəddəs Kitabı vardır. Onların hamısı İsa Məsihin Allahın Oğlu olmasına, Onun çarmıxda ölməsi və dirilməsinə və yalnız Onun Xilaskar və Rəbb olmasına inanırlar. Onların bəzi məsələlərdə ayrılmasına baxmayaraq, əsl məsihçilər iman və məhəbbətdə bir olmağı arzulayırlar.

Cəmiyyətin məqsədi nədir? İlk növbədə, iman və məhəbbətdə inkişaf etməyə və bir-birilə ünsiyyətdə olmağa imanlıya imkan verməkdir. Hər bir günahdan tövbə etmiş adam Məsihin əmrini yerinə yetirməli, vəftiz olmalı, onlar Onun Cəmiyyətinin üzvü olmalıdırlar. İnsan bədəninin hər bir üzvünün digər üzvlərə necə ehtiyacı varsa, hər bir məsihçi də başqa məsihçilərə elə ehtiyac duyur və imanlılardan heç kəs özünü cəmiyyətdə digər imanlılarla ünsiyyətdən ayıra bilməz.

Məsih Onun Müjdəsinin dünyada yayılması üçün məsuliyyəti cəmiyyətin üzərinə qoydu. İsa Məsih insan kimi yer üzərində olanda, O, insanlara Allah Kəlamın deyirdi. O, xəstələrə şəfa, yaslılara təsəlli verir, günahkarları xilas edirdi. Göylərə qalxmamışdan əvvəl Məsih Öz ardıcıllarına buyurdu ki, xilasın Xoş Xəbərini dünyanın bütün adamlarına yaysınlar. Bütün ölkələrdə məsihçilərin hamısının təxirəsalınmaz vəzifəsi budur: Məsih haqqında Müjdəni bütün insanlara çatdırmaq və Onun İsminə iman etməyə çağırmaq. Məsihçilər də İsa Məsihin İsmilə şəfa, təlim verməklə, acları yedizdirib, çılpaqları geyindirməklə və günahın əsarətində olanlara Məsihin məhəbbətini nümayiş etdirməklə Onun uca İsmini izzətləndirməlidirlər. Məsih Öz həyatını insanlara xidmət etməkdə keçirmişdir. Onun Cəmiyyətinin üzvləri Ondan ibrət götürməlidirlər.

Hər bir qoyun sürüsünə çoban lazım olduğu üçün, imanlılar qrupunun hər birinə rəhbər lazımdır. Onlar öyrədəcək, rəhbərlik edəcək, lazım olduqda, yolunu azanları nəzarət altına alacaqdır. Hələ başlanğıcda Allah belə adamları Öz Cəmiyyətində Öz övladlarına qayğı göstərmək üçün təyin etmişdir. İsa Onun Müjdəsini bütün dünyaya yaymaq və Onun cəmiyyətini təsis etmək üçün on iki həvari seçdi. Sonra əhdi-Cəddidə gördüyümüz kimi, Allah bəzilərini çoban və müəllim, bəzilərini müjdəçi, digərlərini də yardımçı, Cəmiyyət nəzarətçisi və ağsaqqal təyin etdi. İsa Məsihin Cəmiyyətində indi də bu xidmətlər yerinə yetirilir.

Müqəddəs Kəlam dəyişib yaxud dəyişməyib?

Müqəddəs Kəlam(İncil, Tövrat, Peyğəmbərlər və Zəbur kitabları) dəyişib yaxud dəyişməyib?

Müqəddəs Kəlam mətninin ən müfəssəl şəkildə dövrümüzədək qorunub saxlandığına dəlalət edən iki əsas sübut mövcuddur- elmi və dini.

1. Elmi sübutlar: erkən dövrlərə aid külli miqdarda əlyazmaların mövcudluğu.
Mətnlərin üzünün köcürüldüyü materialların kövrəkliyi ucbatından heç bir original əlyazma əlbəttə ki, dövrümüzədək gəlib cata bilməzdi. Buna görə də indi malik olduğumuz qədim dövrlərə aid bütün ədəbiyyat nümunələri, yalnız səlnaməcilərin əməyi sayəsində qorunub saxlana bilmişdir. İmanlılar da öz növbəsində bütün əsrlər boyu Müqəddəs Kəlamın mətninin qorunmasına öz töhfələrini vermişlər.

İncilin aşkar edilmiş olan ən qədim hissələri ikinci yüzilliyin əvvəlinə təsadüf edir. İncilin papirus kağızı (qamışdan düzəldilmiş kağız növü) üzərində yazılmış bir çox hissələri isə ikinci- üçüncü əsrlərə təsadüf etdiyi məlum olmuşdur. İncilin ən erkən dövrə təsadüf edən tam əlyazmaları heyvan dərisindən düzəldilmiş materialın, perqamentin üzərinə yazılmışdır. Onlar eramızın dördüncü əsrinə aiddirlər. Bu qədimi əlyazmalardan original mətnlərin dəqiqləşdirilməsi məqsədilə istifadə olunur.

İncil əlyazmalarının digər qədimi mənbələrlə müqayisəvi analizini aparmaq bu baxımdan faydalı olardı. Hal-hazırda İncilin təqribən 5300 qədim yunan əlyazması mövcuddur. Bundan başqa biz 10000-dən artıq latın Vulqat (Müqəddəs Kəlamın qədim tərcüməsi) və efiop, slavyan, erməni, suriya, ərəb, soqdi və fars dilləri də daxil olmaqla, digər dillərdən olan 9300-dən artıq əlyazmanı da onun üzərinə əlavə edə bilərik. Ümumilikdə buradan belə nəticəyə gəlmək olur ki, müxtəlif dillərdə yazılmış və müxtəlif coğrafi regionlarda qorunub saxlanmış 24000-dən artıq qədim əlyazma mövcuddur. Onu da əlavə etmək lazımdır ki, praktiki olaraq bütün İncili İsa Məsihin erkən davamcılarının zəhmətinin bəhrəsi olan qorunub saxlanmış 36000 sitat əsasında bərpa etmək mümkündür.
İncil mətnlərini təqribən eyni dövrdə yaşamış qədim yunan müəlliflərinin işləri ilə müqayisə edin:

Eramızdan əvvəl 59 və 50-ci illər arasında yazılmış olan Sezarın «Qal müharibələri», siyahıların böyük qismində qorunsa da onlardan, yalnız 9 və ya 10 dənəsi kifayət qədər yüksək keyfiyyət səviyyəsi ilə seçilir və onlar arasında ən qədim olanı Sezarın ölümündən 900 il sonra yazılmışdır. «Roma tarixi»nə aid Liviyin (b.e.ə 59- b. E 17-ci illəri aralığında) yazmış olduğü 142 kitabdan, müxtəlif mənbələrdən olan 20 siyahıda bizim dövrümüzədək gəlib çatmış yalnız 35 kitab məlumdur. Onu da qeyd etmək lazımdır ki, onlar arasında ən qədim olanı (III-VI əsrlərə aid kitablardan parcalarla birgə) IV əsrə aiddir. Tasitin (təqribən b.e 100-cü ili) yazmış olduğu «Tarix» kitabından 14 kitabdan, yalnız dörd yarımı qorunub saxlanmışdır; onun «Annal»ından 16 kitabdan 10-u tam, 2-si isə qismən saxlanmışdır. Tasitin iki böyuk tarixi əməyinin nəticəsi olan qorunub saxlanmış bu fraqmentlərin bütün mətnləri tamlığı ilə biri IX əsrə, digəri isə XI əsrə aid olan iki siyahıya əsaslanır.

Müasir dövrümüzdə bir çox insanlar İncilin ən mötəbər mənbəyinin tapıldığını iddia edirlər. Bu mənbənin adı «Barnaba Müjdəsi» adlanan bir əlyazmadır. IV əsrə aid olan və «Barnaba Müjdəsi» adlandırılan mövcud yeganə əlyazma italyan dilində yazılmışdır. Mümkün olan bütün faktlar (məsələn, bu «İncil»in XIII əsrdə Dantu tərəfindən yazılmış «İlahi Komediya»ya əsaslanması) sübut edir ki, əslində bu sənəd-saxtadır və İncildə adı çəkilən Bar-Nabba (Barnaba) ilə heç bir əlaqəsi yoxdur.

Həmçinin Tövratın, Peyğəmbərlər Kitabı və Zəbur əlyazmalarının həqiqiliyini sübut edən tutarlı faktlar mövcuddur. VI-X əsrlərdə bu kitabların üzünü köçürmüş Massoretlər mətnlə böyuk ehtiramla davranırdılar: «..massoretlər ümumi mətnşünaslıq sahəsinə aid olmayan bir sıra hesablamalar aparmışlar. Onlar hər bir kitabın şerini, sözünü və hərfini nömrələyirdilər. Və hansı söz və hərfin hər bir kitabın ortasında yerləşdiyini hesablayırdılar. Onlar əlifbanın bütün sözlərini və ya müəyyən qism hərfləri və s. əhatə edən şerləri nömrələyirdilər. Cəsarətlə bu işi əhəmiyyətsiz hesab etsək də, o mətnin ötürülməsi sahəsində ehtiyatlı yanaşmanı təmin etmişdir. Qanunun heç bir nöqtəsinin, xəttinin və hərfinin fraqmentlərinin yoxa cıxmaması və ya itməməsi həqiqətən də maraqdandırırdı.».

Ölü Dənizin mağaralarında aşkar edilmiş bükülü kağızlarda Müqəddəs Yazıların hələ Məsihin gəlişindən öncəki dövrlərdə yazıya alınmış mətn əlyazmaları var. Bunlar sübut edir ki, müasir dövrümüzdə mövcud olan mətnin əla vəziyyətdə saxlanmışdır.

2. Ruhani sübutlar: Qüdrət Sahibi bəşəriyyətə acıqlamış olduğu Kəlamın itməsi və ya təhrif olunmasına imkan verməzdi.

Üc əsas monoteistik dinlərin mətnlərində (Yəhudilik, Məsihçilik, İslam) Qüdrət Sahibinin sözünün təhrif olunmayacağı təsdiq edilir:

Yəhudiliyin təsdiqi Peyğəmbərlər Kitabında, Yəşaya 40:8 ayədə olan məzmura əsaslanır: «Ot quruyar, cicək solar, amma Allahımızın sözü əbədi qalar».

Məsihçiliyin təsdiqi İncilə, Matta 5:18 ayəyə əsaslanır: «Çünki siz? doğrusunu deyirəm: Göy və yer kecib getmədən, hər şey icra olmadan, Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə yox olmayacaqdır».

Müsəlmanlığın təsdiqi Quranın 6:115-ci ayəsindəki Surəyə əsaslanır: Ucalardan Uca Allahın həqiqi və ədalətli Sözü yerinə yetdi. Onun sözünü hec kim dəyişə bilməz. O, hər şeyi eşidən və görəndir!» (Osmanovun tərcüməsi).
Həmçinin 10:64 (65); 6:34 ayələrə baxın.

Müqəddəs Kəlamın dəyişdirilməsi mümkün deyil.

Təəssüflər olsun ki, yuxarıda qeyd edilmiş sübutlardan bixəbər olan insanlar Müqəddəs Kəlamın məqsədli şəkildə təhrif olunduğunu iddia edirlər. Dünyada saysız-hesabsız əlyazmanın kecmişdə və indi də mövcud olduğunu xatırlasaq, bu cür kütləvi dəyişikliyin qeyri-mümkünlüyü acıq-aşkar görünür. Qədim dövrlərdə o zaman mövcud olan külli miqdar orijinal əlyazmaların və onların köcürmələrinin və həmcinin müxtəlif dillərə edilmiş tərcümələrinin, habelə böyük bir regionun ərazisində İsa Məsihin davamcıları tərəfindən digər kitablardan gətirilmiş sitatların təhrif edilməsi praktiki baxımdan qeyri-mümkün idi.

Kəlamın mətninin guya təhrif olunması iddialarının əsasında hec bir sübut dayanmır. Həm bunun əksini iqrar edənlər və həm də bizlər İsa Məsihin bu sözlərini xatırlamalıyıq: «Mən sizə deyirəm: İnsanlar söyləyəcəkləri hər boş söz ücün qiyamət günündə hesab verəcəklər». (İncil; Matta 12:36).

İsa Məsih

Әziz dostum! Әminəm ki, indi siz mənə çoxlarını maraqlandıran bir sual verəcəksiniz. İndicə tarixindən danışdığım O böyük Adam kimdir? Bu dünyada bu ən əhəmiyyətli sualdır. Bu suala cavab verən çox cildlər yazılmışdır. Bu barədə qısa danışmaq çətin də olsa, İsa Məsihin Kimliyi haqqında müəyyən söz deməyə çalışacağam. İndi bu barədə yazanda, yeganə etirablı mənbəyə – Allah Kəlamına əsaslanacağam.

İncillərin dördündə də İsa Məsihin tərcümeyi-halından görünür ki, O, həqiqətən insan olmuşdur. Onun bəşəri atası olmasa da, O Öz anası Məryəmdən və İsrailin hökmdarı Davud peyğəmbərin nəslindən idi. O həm fiziki cəhətdən, həm də ruhən digər oğlanlar kimi böyümüşdür. O, yemək yeyib, yatırdı. O, dülgər işləyirdi. O, yorğun olurdu. İnsanların ömür boyu keçirtdikləri sevinc, ağrı və kədər Ona tanış idi. Ona görə də bizim bütün bəşəri hiss və həyəcanlarımızı O duya bilir və onlara şərik olurdu (İbr. 2:18; 4:15). İnsan olduğu üçün, evlənə və övlad sahibi ola bilərdi, lakin O bunu etmədi. Şübhəsiz, Onun qərarı Allahın iradəsini yerinə yetirmək idi.

Həqiqi insan olmasına baxmayaraq, İsa bəzi cəhətlərinə görə digərlərindən tamamilə fərqlənirdi. İndicə dediyim kimi, bütün insanlar, hətta peyğəmbərlər və qədim dövrlərin övliyaları (müqəddəsləri) da bəzən Allaha itaət etməmiş və nəticədə günaha batmışlar. İsa isə bütün ömrü boyu Allahın müqəddəs iradəsinə zidd heç nə etməmiş, heç nə deməmiş, heç nə fikirləşməmişdir. O, yeganə günahsız insandır (1Peter 2:22; 1Yəhya 3:5). Yalnız O, günah işlətməmişdir. Onun istək və tələbi Allahın iradəsi ilə üst-üstə düşürdü. O, Yer üzündə nə vaxtsa yaşamış yeganə kamil insandır.

Məsihin əməllərini görənlər Onun gücünə heyran qalırdılar. Bir dəfə O, anadangəlmə korun gözlərini açdı. Başqa bir vaxt O, şagirdləri ilə kiçik bir qayıqda Qalileya dənizində olarkən onların qayığını batırmaq təhlükəsi qarşısında qoyan tufan qopdu. Bu zaman O, küləyə və dalğaya əmr etdi və dəniz sakitləşdi. Artıq dörd gün əvvəl ölmüş Lazar adlı birisini qəbirdən səsləyəndə həmin ölü dirildi, qalxdı və getdi. Bütün bunlardan ən qəribəsi bu idi ki, Öz ölümünün üçüncü günündə diriləcəyini və şagirdləri ilə görüşəcəyini O əvvəlcədən onlara söyləmişdi. Belə də oldu. Bunu daha kim edə bilərdi? İnsanlardan kim ölümdən dirilib? Heç kim! Buradan görünür ki, həqiqi insan olmuş İsa digər böyük adamlardan daha böyük idi. Bəs onda O kim idi?

Әvvəlcədən göstərdiyimiz kimi, İsa Özünə Allahın Oğlu deyirdi. Təkcə sinedrion qarşısında mühakimə olunanda yox, bu məhkəmədən çox-çox əvvəl O belə bir yüksək bəyanat vermişdir. O, həmişə Allaha Öz Atası kimi istinad edirdi. Bir dəfə O dedi: ‘Mən və Ata birik’ (Yəhya 10:30). Küfr danışdığı üçün düşmənləri Onu daşa basmaq istədilər. Ancaq biz bilirik ki, İsanın dilində yalan və hiylə tapılmadı. Onun dediklərinin hamısı doğru idi. Biz unutmamalıyıq ki, əgər kimsə İsanın Allahın Oğlu olmadığını söylərsə, o, İsanı yalançı etmiş olur. Әgər O, yalançıdırsa, onda Ona bir kimsə inanmayacaq. Lakin İsa Özünü Allahın Oğlu elan etməklə, əslində, Allahın Ona dediyini təkrarlamışdı. İsa vəftiz olub sudan çıxanda göylərdən bir səs gəldi: ‘Sən mənim sevimli Oğlumsan! Səndən çox məmnunam’ (Mark 1:11). Həvarilərin İsa barəsində yazdıqları kitabların hamısında dəfələrlə bəyan edilir ki, İsa Allahın Oğludur, bütün dünya məsihçiləri də bunun doğruluğuna inandılar. Әldəttə, yəqin ki, başa düşürsünüz, ‘Allah Oğlu’ termini cismani mənada deyil, ruhani mənadadır. Aydındır ki, Allah evlənməmişdir, lakin Oğlu olmuşdur. Bu isə insan düşüncəsi ilə tamamilə qeyri-mumkun və ağlasığmazdır. İncildə isə İsa Allahın Kəlamı adlandırılır. Halbuki, Allah Oğlu Onun Allaha yaxınlığını və Allahla eyniliyini ifadə edir. ‘Allah Kəlamı’ adı bizə deyir ki, Allah insanlarla İsa Məsih vasitəsilə danışır. Ona görə də yazılmışdır: ‘Әzəldən Kəlam mövcuddur; Kəlam Allahda olub və Kəlam Allah olub. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda olub, həyat isə insanların nuru olub.’ Kəlam bəşər olub lütf və həqiqətlə dolu olaraq aramızda sakin oldu; biz də Onun izzətini, Atanın Vahid Oğlunun izzətini gördük’ (Yəhya 1:4; 14).

Bu o deməkdir ki, peyğəmbərlər və onların kitabları ilə Özünü açan Allah, nəhayət ki, Özünü kamil bir İnsanda göstərdi. Bu adam peyğəmbərdən bir qədər böyük olub, doğrudan da Allahla birdir. İncildəki bu ayə bizə deyir ki, bu Adam Allahın Kəlamıdır və həqiqətən də Allahla birdir və hər şeyi O yaratdı. Allahın ölməz Sözü qısa vaxtda qız Məryəmin bətnində insan görkəmi aldı və İsa Məsih oldu. Beləliklə, görürük ki, O, iki təbiətə malik idi – Onda həm İlahilik, həm də İnsanlıq xüsusiyyətləri var idi. İsa Məsih-İnsan və Allahdır.
İsaya iman edən ilk yəhudi həvariləri hesab edirdilər ki, Allah təkdir. Belə ki, onlar Allahın bir olduğuna inanırdılar. Lakin İsa ilə iki ildən artıq bir müddətdə bir yerdə olandan sonra belə fikrə gəlmişlər ki, onların müəllimi Allahla bir olmuşdur. Peter dedi: ‘Sən, Diri Allahın Oğlu Məsihsən’ (Matta 16:16). Toma da Məsihin ölülərdən dirilməsindən sonra qışqırdı: ‘Rəbbim və Allahım!’ (Yəhya 20:8) Hər iki vəziyyətdə İsa həvarilərin Ona inanmalarına görə onları tərifləmişdi, Tomaya isə dedi: ‘Məni gördüyün üçün iman etdin, görmədən iman edənlər bəxtiyardırlar’ (Yəhya 20:24-29). Әgər biz Onun Allahın Oğlu olmasına inanırıqsa, bu bəxtiyarlıq bu gün bizimdir.

İndi mən bilirəm ki, siz nə soruşmaq istəyirsiniz: ‘Әgər Allah birdirsə, İsa Məsihin Allahın Oğlu olması və onunla bir olması necə mümkün ola bilər?’ Bu, doğrudan da ağlımızın dərk edə bilmədiyi sirrdir, buna görə də bizim üçün anlaşılmazdır. Axı Allahın xasiyyəti və təbiətindəki xüsusiyyətini Allahın Özündən başqa kim tam göstərə bilər?! Lakin biz yadda saxlamalıyıq ki, Allah qadirdir və Onun üçün mümkün olmayan heç bir şey yoxdur, bu isə Onun iradəsinə zidd deyildir. Halbuki, biz Allahın yaratdığı təbiəti görürük. Bu təbiət, tamamlanmış olmasa da, böyük gerçəkliyi əks etdirir. Göydə günəşə bax, o necə də nəhəngdir, hərarətlidir; əgər o yerə yaxınlaşsaydı, biz hamımız məhv olardıq. Günəş öz nurunu göndərir və onunla bizim dünyanı işıqlandırır və isidir. Böyük Allah da beləcə Öz Nurunu – Onunla olan Nurunu dünyamıza göndərir ki, bizə həyat versin. Allah bu nuru Öz Kəlamı və Öz Oğlu adlandırır. İsa Məsih belə Nur oldu və Özü haqqında dedi: ‘Mən dünyanın Nuruyam, Mənim ardımca gələn qaranlıqda yeriməyəcək və onda həyat nuru olacaq’ (Yəhya 8:12). Günəş nurunu görəndə günəşi andığımız kimi, İsa Məsihə baxanda da Allahı görürük. İsa bir dəfə dedi: ‘Məni görən, Atanı görmüş olur’ (Yəhya 14:9). Ona görə də biz məsihçilər inanırıq ki, Oğlu İsa Məsihdə Allah Özü bizə yaxınlaşmışdır.

Dostum! Qadir Allahın belə yolla yer üzündə yaşayan günahkar insanları xilas etmək üçün gəlməsi sizə təəccüblü gəlmirmi? Lakin yadda saxlayın ki, Allah böyükdür. O, əbədi məhəbbətdir. Məsihdə bizim dünyamıza gəlişi ilə O Özü İlahi məhəbbətini bizə tamamilə açdı. Yəqin ki, siz xeyirxah padşah haqqında eşitmisiniz. O öz padşahlığının adamlarını elə sevirdi ki, tez-tez padşah libasını yoxsul libası ilə dəyişib, evləri gəzərmiş, hamı ilə söhbət edib onlara kömək edərmiş. Bəlkə də müqayisə uğursuzdur. Lakin Ata ilə bir olan Allahın Oğlu Öz səmavi şöhrətindən əl çəkərək yerə endi və insan kimi kasıb yaşadı ki, insanlara Allahın məhəbbətini izhar etsin və onları Allaha çatdırsın. Necə də heyrətamiz məhəbbət olmuşdur!

Siz peyğəmbərlərə və mələklərə inanırsınızmı?

Dostum! İndi də məsihçilərin peyğəmbərlərə inamı barəsindəki sualınıza cavab vermək istəyirəm. Bəli, məsihçilər inanırlar ki, Allah Onun Kəlamını insanlara demək üçün peyğəmbərləri göndərmişdir. İnsanlar öz günahları ucbatından Allahın səsini eşitmək istəməmiş, bəlkə də öz mənəvi karlıqlarına görə bunu bacarmamışlar. Lakin tövbə etmiş kişi və qadınları Allah bağışlamışdır. Allah onlarla danışmış və onlara tapşırmışdır ki, Onun müjdəsini başqa insanlara da aparsınlar. Beləliklə, onlar Allahın peyğəmbərləri olmuşlar.

Biz peyğəmbərlər haqqında Müqəddəs Kitabdan öyrənirik. Burada Allah tərəfindən seçilmiş və Onun müjdəçiləri olan adamların tərcümeyi-halları, yazıları və sözləri vardır.

Müqəddəs Kitabda xatırlanan bəzi peyğəmbərlər bunlardırlar: İbrahim, Musanın qardaşı Harun, Musanın bacısı Məryəm, Natan, Şəmuel, Davud, İlyas, Elişa, Yeşaya, Yeremya, Yəhya, Yoel, Daniel və İsa Məsihin gəlişindən əvvəl gəlmiş Vəftizçi Yəhya. Allahın dostu və iman gətirənlərin atası sayılan İbrahimi Allah bir çox xalqların atası seçmişdir. Qoca vaxtında arvadı Saradan İbrahimin İshaq adında oğlu olmuşdur. İbrahim Allaha həddindən artıq iman etdiyinə görə oğlu İshaqı Ona qurban verməyə hazır idi. Lakin Allah İshaqın əvəzinə qurbanlıq üçün qoç verdi (Yaradılış 22:1-19). Sonra Allah İbrahimə vəd etdi ki, İshaqın nəsli dünyaya nicat və xoşbəxtlik gətirəcəkdir. Bu vəd İsa Məsihdə yerinə yetirildi. Məsihdən sonra Yəhya, Peter, Pavel kimi həvarilər gəldilər ki, onlar da Allahın kəlamını insanlara deyir və onları İsa Məsihə itaət etməyə öyrədirdilər. Biz inanırıq ki, onlar da Allahın peyğəmbərləri olmuşlar. Geniş mənada isə Allahın Kəlamını yayan hər kəs peyğəmbər adlandırıla bilər.

Məsihçilərin peyğəmbərlərə olan münasibəti başqa məzhəbdən olanların münasibətlərindən fərqləndiyi üçün mən bir neçə mühüm həqiqəti qeyd etmək istərdim:

a) peyğəmbərlərin sayı məlum deyildir, onların əksəriyyətinin adını biz bilmirik;
b) tanıdığımız bütün peyğəmbərlər Allahın dostu İbrahimin və onun oğlu İshaqın nəslindəndir;
c) Allah peyğəmbərləri 2000 il ərzində göndərmişdir;
ç) peyğəmbərlər əsasən İsrail xalqı üçün göndərilmişlər. Allah onu xüsusi xalq olaraq seçmişdir ki, həqiqətini dünyanın bütün xalqlarına bu xalq vasitəsilə bildirsin.
d) peyğəmbərlər cəmiyyətin bütün təbəqələrinə mənsub olduqlarından onların bəziləri varlı, bəziləri isə yoxsul olmuşlar. Onların arasında alim, savadsız, qoca, cavan və s. olmuşdur.
e) peyğəmbərlər heç də günahsız olmamışlar. Lakin Allaha itaət etdiklərindən onların günahları bağışlanmışdır.
ə) İlyas və Vəftizçi Yəhya kimi bəzi peyğəmbərlər kitab yazmamışlar. Musa, Davud, Yeşaya, Yəhya, Pavel kimi peyğəmbərlər isə gələcək nəsillər üçün Allahın Sözlərini yazmışlar.
f) Allahın Sözləri peyğəmbərlərə müxtəlif üsullarla gəlib çatmışdı. Bəziləri Allahın səsini eşitmiş, bəziləri mələklərdən xəbər tutmuş, bəziləri xəyallar və röyalar görmüş, bəzilərinə isə bunu ağıl və ürəkləri demişdir. Onlar da insanlara deyirdilər: ‘Rəbb belə buyurur.’
g) bəzi peyğəmbərlərə möcüzə yaratmaq gücü verilmişdir. Bu da onların sözlərinin həqiqiliyini sübut edir. Bunlar Musa, Elişa, Peter kimi peyğəmbərlərdir. Vəftizçi Yəhya kimi peyğəmbərlər isə heç bir möcüzə göstərməmişlər.

İsa Məsihə qədər gəlmiş peyğəmbərlər insanlara Allahın kamilliyini, onlardan nə tələb etməsini, Allaha itaət etmədikləri təqdirdə Onun qəzəbinə gələcəklərini bildirirdilər. Peyğəmbərlər, həmçinin, insanları inandırırdılar ki, əgər onlar öz günahlarından əl çəkib Allaha pənah gətirsələr, Allah onları bağışlayacaq və onlara xeyir-dua verəcəkdir. Yeganə qanunverici peyğəmbər olan Musa vasitəsilə Allah İsrail xalqı üçün çoxlu qanunlar vermişdir. Ondan sonra gələn peyğəmbərlər isə insanları bu qanunlara riayət etməyə inandırmışdılar. Lakin insanlar günahkar olduqları üçün Allahın bu müqəddəs Qanununa tam əməl edə bilmirdilər. Deməli, Qanun onları xilas edə bilməmiş, lakin onların günahkarlığını güzgü kimi göstərmiş və insanlar üçün Xilaskarın zəruriliyini anlamağa onları məcbur etmişdir.

Peyğəmbərlərin etdiklərinin ən əhəmiyyətlisi insanların ehtiyac duyduqları, Allahın göndərəcəyi Xilaskarı insanlara xəbər vermək idi. Mən İsa Məsih haqqında söz açanda qədim peyğəmbərlərin kitablarında tapılmış bir neçə ecazkar vədi sizə xatırladacağam.

Allah insanlardan fərqli olaraq, mələkləri də yaratmışdı. Bu barədə Müqəddəs Kitabda çoxlu məlumatlar vardır. Onlar Allahın xidmətçi mələkləridirlər. Allah Öz iradəsini peyğəmbərlərə və digər iman sahiblərinə bildirmək üçün çox vaxt onları göndərmişdir. Mələklər insan qiyafəsində İbrahim, Musa və başqalarının yanına gəlmişlər. Müqəddəs Kitabda mələklərdən yalnız ikisinin – Cəbrayıl və Mikayıl mələyinin adı verilmişdir. Məryəmə İsa adında Oğlu olacağı barəsindəki xəbəri Cəbrayıl mələk gətirmişdi.

Müqəddəs Kitabda deyilir ki, Allaha itaət edən müqəddəs mələklərdən başqa, Ona sitayiş etməyən və Ona düşmən kəsilən başqa ruhani məxluqlar da vardır. Onlar iblis və onun mələkləridir. Məsihçilərin əksəriyyəti belə hesab edirlər ki, Allah şeytanı çox gözəl yaratmışdır. Lakin o qürrələnmiş, dikbaşlıq edərək Allaha itaət etməkdən boyun qaçırmışdır. Nəticədə iblis və onun ardınca gedənlər göylərdəki müqəddəs yüksəklikdən yerə atılmışlar. İndi onlar Allahın yerdəki əməyini də alt-üst etməyə, dağıtmağa çalışırlar. Adəm və Həvvanı da elə həmən şeytan yoldan çıxarmışdır və onlar Edem bağından qovulmuşlar. Həmən şeytan bu günə kimi insanları Allahdan döndərməyə səy göstərir. O, hətta İsa Məsihi də Allaha itaət etməkdən çəkindirməyə çalışmış, lakin bu cəhdi baş tutmamışdır (Matta 4:1-11). İblisin gücü böyükdür, lakin Allaha bərabər deyildir, iblis Allahın nəzarəti altındadır. Məsihçilər nə iblisdən, nə də onun insanlara, onların bədən və canlarına ziyan vuran şər ruhlardan qorxmamalıdırlar. Çünki iblisə qarşı durmaq və ona qalib gəlmək üçün İsa Məsih bizə qüvvə verir. Allah tezliklə insanları azdıran iblisi yer üzündən cəhənnəm oduna atacaqdır (Vəhy 20:10).

Әgər Allahın arvadı yoxdursa, Allah necə Oğluna malik ola bilər?

(Ruhani) Allahın Oğlu (Seçilmiş Padşah)’ termininin açıqlaması və tərcüməsi

İncildə ‘Allahın Oğlu’ söz birləşməsi İsaya dair daha çox istifadə olunur. Təəssüf ki, hərfi tərcüməyə görə idiomatik ifadə səhv başa düşülürdü. Bu titulun nə kəsb etdiyini anlamaq üçün, Yaxın Şərqin qədim əhalisinin onun istifadəsinə nə məna verdiklərini bilmək lazımdır.

Qədim dünyanın bir çox mədəniyyətlərində padşahları Tanrının və ya Allahın oğulları adlandırırdılar. Məsələn, Roma imperatorunu1və Misir fironunu2belə adlandırırdılar. Buna bənzər halları Mərkəzi Asiyada yaşayan qədim türk,3monqol,4 skif-sak5qəbilələri arasında, hun6və çinlilərdə7də müşahidə etmək olar. ‘Allahın Oğlu’ titulunu anlamaq üçün bu faktordan açar kimi istifadə edək və qədim İsraildəki vəziyyətə qayıdaq.

Qədim israillilər hesab edirdilər ki, ’bədi – onların Padşahlarıdır (bax: Peyğəmbərlər kitabı, Yeşaya 44:6). Padşah isə Yerusəlimdə onun vəkili olmaq üçün ’bədi tərəfindən seçilmişdir. Padşah ilə ’bədi arasındakı əlaqələri təsvir etmək üçün belə metaforalar işlədilirdi: ‘Allahın Oğlu’ (bax: Zəbur 2:7) və ya ‘ilk oğul’ (Zəbur 89:27) kimi kəlmələr padşaha münasibətdə, ‘Ata’ kəlməsi isə Allaha münasibətdə (Peyğəmbərlər kitabı, 2 Padşahlar 7:14) istifadə olunurdu. Bu onu göstərirdi ki, padşahın hakimiyyəti Allahdandır və padşah Onun qarşısında məsuliyyət daşıyır.

Yeni padşahın taxta çıxma mərasimi oğlun dünyaya gəlməsi ilə müqayisə olunurdu. Biz bunu Zəbur 2:6-7-də görürük:
‘Mən padşahımı Müqəddəs dağım
Sionda əyləşdirmişəm.’
Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi:
‘Sən Mənim oğlumsan, bu gün sənə Ata oldum.’8

’bədi hakimiyyəti olan, Xilaskar-Hökmdar, Məsih haqqında peyğəmbərlik

İsraildə monarxiya qurulduqdan sonra Davudun taxtında oturacaq Saleh Padşah və Xilaskar haqqında çoxlu peyğəmbərliklər var idi. Buna dair tipik misalları – Peyğəmbərlər kitabındakı iki peyğəmbərliyi göstərmək olar:
Yeremya 23:5-6
‘Budur, Davud üçün saleh bir Pöhrə çıxaracağım günlər gəlir.
Bu Padşah müdrikliklə padşahlıq edəcək,
Ölkədə ədalətli və saleh işlər görəcək’ Rəbb belə bəyan edir.
Onun dövründə Yəhuda xilas olacaq,
İsrail əmin-amanlıqda yaşayacaq.
Onu ‘Rəbb salehliyimizdir’ çağıracaqlar.’

və Yeşaya 9:6,7

‘Çünki bizim üçün körpə doğuldu,
bizə oğul verildi,
Hakimiyyət onun çiyinləri üzərində olacaq,
Onun adı Ecazkar, Məsləhətçi, Qüdrətli Allah,
’bədi Ata, ’min-amanlıq Hökmdarı olacaq.
Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq,
O, Davudun taxtı və səltənəti üzərində hökm sürəcək,
O, hakimiyyətini ədalətlə və salehliklə indidən əbədi olaraq quracaq.
Ordular Rəbbinin qeyrəti bunu edəcək.’

‘Allahın Oğlu’ – Məsih, Xilaskar-Hökmdar titulu

Babil əsirliyindən sonra İsrailin taxtında bir daha Davud nəslindən heç kim hökmdarlıq etmədi. Və xalq çoxdan gözlədikləri Xilaskar-Hökmdarı bu titullarla adlandırmağa başladı: ‘Məsih’,9 ‘Davud oğlu’, ‘İnsan surətində gəlmiş’10 və ‘Allahın Oğlu.’ Onlar Xilaskar-Hökmdarın peyğəmbərliyə görə əbədi saleh hakimiyyəti bərqərar edəcəyinə inanırdılar. Bu səbəbdən I əsrdəki insanlar İsanı ‘Allahın Oğlu’ adlandırmaqla, Onun həqiqətən də gözlənilən Məsih11olduğunu iddia edirdilər.

‘Baş kahin Ona dedi:
‘Səni and verdirirəm yaşayan Allaha, bizə de görək, Allahın Oğlu Məsih Sənsənmi?’
İsa da ona dedi: ‘Sənin dediyin kimidir…’ (bax. İncil, Matta 26:63-64)

‘Natanel Ona cavab verdi:
‘Rabbi, Sən Allahın Oğlusan, Sən İsrailin Hökmdarısan!’

‘Allahın Oğlu’ ifadəsinin digər aspektləri

Aydındır ki, istər İsanın Özü, istərsə də İncilin müəllifləri ‘Allahın Oğlu’ ifadəsinə yeni mənalar vermişdilər. Onlar İsanın Allah ilə sıx münasibətlərindən danışanda, bu münasibətləri ata ilə oğlun sıx münasibətlərinə bənzədirdilər (bax. İncil, Yəhya 3:16-18, 35; 5:19-20; Rom. 8:32). ‘Allahın Oğlu’ titulu oğlun xasiyyətinin atasının xasiyyətinin əksi olduğu kimi, İsa Məsihin təbiətinin və xasiyyətinin, Allahın xasiyyətinin və əsl təbiətinin əksi olduğu ideyasını verir. Bundan başqa İsa, Allahı Öz Atası adlandıranda (bundan belə bir nəticə çıxır ki, O Özü elə ‘Allahın Oğludur’) hansısa bir mənada Özünün Allah ilə bərabər olduğunu deyir (bax. İncil, Yəhya 5:18). Həmçinin bir çox şərhçilər bu müqayisədə Onun ilahiliyini onda görürlər ki, Onun ana bətninə düşməsi də Allahın Müqəddəs Ruhu vasitəsilə olmuşdur (bax. İncil, Luka 1:35).

Beləliklə, Müqəddəs Kitab bizə ‘Allahın Oğlu’ ifadəsinin müxtəlif, bir-birini tamamlayan mənalarını verir.

Bunu yadda saxlamaq vacibdir ki, İsa Özü – Allahın əzəldən mövcud olan Kəlamıdır – O, Allahın Özüdür və bu dünyaya insan bədənində gəlmişdir (bax. İncil, Yəhya 1:1-3, 13, 14; 3:13). Və O bizə dediyi kimi: ‘İbrahim olmazdan əvvəl Mən Varam’ (İncil, Yəhya 8:58).

‘Allahın Oğlu’ ifadəsinin tərcüməsi

Bizim bölgədə aparılmış testlər onu göstərmişdir ki, ‘Allahın Oğlu’ ifadəsinin hərfi tərcüməsinin iki əsas problemi vardır:

Birincisi, əksər insanlar bu cümləni səhvən başa düşüb iddia edirlər ki, Allah Məryəmi Özünə arvad kimi aldı və İsa bu münasibətlərin nəticəsində dünyaya gəldi. Allahın arvadı olmasına dair ideya küfrdür və İncilin təliminə ziddir (bax. Matta 1:18-25 və Luka 1:30-35).

İkincisi, əksər oxucular bu ifadənin əsas mənasının Müqəddəs Kitabın bir çox yerlərində İsanın Seçilmiş Hökmdar və Məsih olduğunu görmürlər.

Bu problemlərlə üzləşmiş tərcüməçilər qrupu, hər bir kontekstdə ayrıca həll qəbul edilməsi qərarına gəldilər. Beləliklə, ‘Allahın Oğlu’ ifadəsi ilə rastlaşdıqları zaman mətni iki əsas qrupa böldülər.

1. ’sas məna: İsa – Allah tərəfindən Onun xalqına hökmdarlıq etmək üçün seçilmiş gözlənilən Məsih – Hökmdardır. Bu kontekstdə ‘Allahın Oğlu’ ifadəsi Seçilmiş Hökmdar ifadəsi kimi tərcümə olunur. VI əlavədə izah olunduğu kimi, kursivlə qeyd edilmiş və mötərizəyə alınmış sözlər, orijinalda yoxdur.

2. O yerdə ki, ata ilə oğlun sıx əlaqələrinə bənzəyən, Allah ilə İsanın sıx əlaqələrindən söhbət açılır, bu ifadə ‘ruhani Allahın Oğlu’ kimi tərcümə olunur. ‘Allahın Oğlu ifadəsini səhv anlamamaq üçün ruhani sözü izahedici kəlmə kimi verilir. Lakin bu belə anlaşılmamalıdır ki, İsanın fiziki bədəni yox idi. İncildə (1Yəhya 4:2), Onun fiziki bədəninin olduğu aydın şəkildə göstərilir.

‘Ruhani’ izahedici sözü istisna hallarda yazılmır. Bu kitabın o yerlərində edilir ki, harada ki, Uca Atanın fədakar sevgisindən danışılır ki, O, Öz Oğlunu insanlığın xilası üçün ölümə qurban verdi. Bu yerlərdə ‘ruhani’ sözü oxucunun fikrini Allah tərəfindən verilən qurbanın dəyərindən yayındırardı. Ona görə də orada izahat qeydlərlə verilmişdir.

Davamlı təkrardan yayınmaq üçün, mötərizəyə alınmış və kursivlə seçilmiş bu izahedici əlavələr hər abzasda ancaq bir dəfə verilir.

Qeydlər
1.Fossum J., «Son of God», in The Anchor Bible Dictionary, ed. Freedman D., (New York: Doubleday, 1992), vol. 6, p. 133.
2.De Vaux R., «The Person of the King», in Ancient Israel: Its Life and Institutions, transl. by McHugh J., (Grand Rapids: Eerdmans and Livonia: Dove Booksellers, 1997), p. 103. Hoffmeier J. K., «Son of God: from Pharaoh to Israel’s Kings to Jesus», Bible Review, 1997, 13(3):44-49.
3.Roux J. P., «L’origine celeste de la souverainete dans les inscriptions paleo-Turques de Mongolie et de Siberie», in The Sacral Kingship: Contributions to the Central Theme of the VIIIth International Congress for the History of Religions (Rome, April 1955), (Leiden: E.J. Brill, 1959), pp. 231-241.
4.Luvsandanzan, Altın Şejire: Şınxıs хаn kağanatının, köne türki-monqol Taypalarının tarixi, (Almatı: Öner, 1998), S. 47, 65.
5.Jürtbaev Т., Dulığa, (Almatı, Jalın, 1994, S. 39. Harmatta J., «Religions of the Kushan Empire», in History of Civilizations of Central Asia: Volume II, The Development of Sedentary and Nomadic Civilizations: 700 Bc to Ad 250, ed. Harmatta J., (UNESCO Publishing, 1996), p. 327.
6.Ishjamts N., «Nomads in Eastern Central Asia», in History of Civilizations of Central Asia: Volume II: The Development of Sedentary and Nomadic Civilizations: 700 Bc to Ad 250, ed. Harmatta J., (UNESCO Publishing, 1996 ), p. 158.
7.McGovern W. M., The Early Empires of Central Asia: a Study of the Scythians and the Huns and the Part They Played in World History, with Special Reference to the Chinese Sources, (Chapel Hill: University of North Carolina Press, 1965), p. 107.
8.Bu tərcümədə ayənin hərfi tərcüməsi verilmişdir: ‘İndi Sən Mənim Oğlumsan – Mənim tərəfimdən seçilmiş Hökmdar. Bu gündən sonra Sənin Atan olacağam.’ Qeyddə də hərfi tərcümə verilmişdir.
9.Мəsih (ərəb.) – ‘Pomazannik’ (rus.), ‘Maşiax’ (yəh.), ‘Xristos’ (yunan.).
10.İnsan surətində gəlmiş – hərfi tərc: ‘İnsan Oğlu’ – bu Məsihə Daniel peyğəmbərin verdiyi tituldur (bax. Daniel peyğəmbərin kitabı, Daniel 7:13-14). Bax. Həmçinin dördüncü əlavəyə.
11.’rəb sözü olan ‘Məsih’, yəhudi sözü olan ‘Maşiax’, rus dilində isə ‘Pomazannik’ kimi tərcümə olunan bu söz Mərkəzi Asiyaya Quran vasitəsilə keçib. Quranda, hər dəfə İsa barədə danışarkən on bir dəfə bu söz çəkilir. Bu onu göstərir ki, başqa terminologiyadan istifadə etməsinə baxmayaraq, Quran özü də İsanın vəd olunmuş Xilaskar və Seçilmiş Hökmdar olduğunu təsdiq edir, hansı ki, yəhudilər onu ‘Allahın Oğlu’ adlandırırdılar.

Abort böyük bir günahdırmı?

Abort əfv edilə bilər, əgər…
‘…Әgər günahlarımızı etiraf ediriksə, sadiq və adil olan Allah günahlarımızı bağışlayıb, bizi hər yamanlıqdan təmizləyəcəkdir’ (İncil, 1Yəhya 1:9, Məsihin həvarisi).

Hər il bütün dünyada milyonlarla abort edilir. Təsəvvür edin ki, siz abort olunmuş qadınsınız və ola bilər ki, bu ilk abort deyil. Mən düşünürəm ki, siz inanırdınız ki, əgər abort etdinizsə, bununla hər şey bitəcək. Lakin bir gün siz aşkar edirsiniz ki, depressiya və günahkarlıq hissi sizi bürüyür. Gecə-gündüz sizə naməlum olan hisslər, emosiyalar sizi təqib edir. Heç bir zaman öz övladınızı görə bilməyəcəyiniz fikrindən əmələ gələn ağrı, sizin üçün dözülməz olur. Bundan da betəri odur ki, Uca Tanrının sizə bu günahı heç bir zaman əfv etməyəcəyindən əminsiniz.

İcazə verin sizə, özünü yuxarıda təsvir olunan kimi hiss edən bir gənc qadın və onunla sonra nə baş verdiyi haqqında danışım.

Gülya (bu onun uydurulmuş adıdır) artıq neçə gün nə yeyirdi, nə də ki yatırdı. Mən heç bir zaman onun kimi ruhdan düşmüş insan görməmişdim. Bir dəfə mən konfransda çıxış etməliydim. Gülyanın dostları onu mənim yanıma gətirdilər, çünki ona görə narahat idilər və onlara elə gəlirdi ki, heç bir şey ona depressiya halından çıxmağa kömək etməyəcək.

Mən onunla təklikdə qalanda, ondan soruşdum: ‘Səni belə bədbəxt edən nədir?’
O, uzun müddət ərzində susurdu və nəhayət, cavab verən zaman onun səsi çox sakit idi.
Mən onu güc-bəla ilə eşidirdim. O, baxışlarını məndən gizlədərək dedi: ‘Mən bağışlanmaz bir günah etmişəm.’
-Bu nə günahdır? Yenə növbəti bir sükut çökdü -Mən abort etdirmişəm.

‘Abort – böyük günahdır,’ – deyə mən ona cavab verdim. – ‘Amma bilirsən Gülya, Məryəmin oğlu İsa peyğəmbər , bizləri günahların cəzasından azad etmək üçün gəlmişdir. O, bizlərə əfv vermək və bizi günahın köləliyindən azad etmək üçün, Qurban bayramındakı quzu kimi öz qanını tökmüşdür. Bununla Uca Tanrı öz məhəbbətini göstərdi və bizə bildirdi ki, etdiyimiz bütün başqa günahlar kimi abortu da bağışlayar. Amma bir şərtlə ki, biz etdiyimiz əmələ görə səmimi olaraq peşmançılıq hissi keçirək və Uca Tanrıdan bağışlanma istəyək. Əgər biz inamla İsanın bizim üçün etdiyini qəbul etsək, onda Uca Tanrı bizi iztirab verən hər bir şeydən azad edəcək.’

Mənim şəxsi hadisəm

Məndə bunu inamla söyləmək üçün səbəb var idi. Mən öz şəxsi təcrübəmdən bilirəm ki, Uca Tanrı, hətta abort kimi qorxulu günahı da əfv edə bilər. Bu mənim həyatımda belə baş vermişdi.

Evliliyimdən heç 3 il keçməmişdi ki, mən üçüncü dəfə hamilə olduğumu müəyyən etdim. Mənim həyat yoldaşım növbəti dəfə hamilə olduğumu biləndə heç də valeh olmamışdı.
Və o, mənə abort etdirməyi təklif edəndə, onu razı salmaq üçün, bu təklifə razılıq verdim. Baxmayaraq ki, abortlar bizim ölkədə qadağan edilmişdir, kimsə bizə ‘kömək’ edə biləcək həkimin adını verdi. Gecə biz gizli olaraq həkimin yanına gəldik və o, məni abort etdi. Düşündüm ki, bununla hər şey bitdi, fəqət yanılmışdım.

Abort etdirmək qərarını, ağlımla qəbul etmişdim, amma mən qəlbimi nəzərə almamışdım. Mən həqiqi imanlı olmasam da bilirdim ki, abort pis şeydir və bunun nəticəsi olaraq utanc hissi duyur və özümü natəmiz hiss edirdim. Bəli, mən özüm abort etdirməyə razılıq vermişdim, lakin hardasa qəlbimin dərinliklərində ağrı və peşmançılıq hissləri əmələ gəlmişdi. Həmçinin mən hiss edirdim ki, əgər həyat yoldaşım məni həqiqətən sevsəydi, onda heç vaxt mənə, iyrənc və təhlükəli olan bir şeydən keçməyə imkan verməzdi. Mənim abort etdirməyim barədə kimsə ilə müzakirə etməyim çox utancverici idi. Buna görə də bu uzun illər mənim utancverici sirrim olaraq qalırdı.

İmanlı olanda…

Mən Uca Tanrının bizi sevdiyinə, bizim günahlarımızdan ötrü İsa Məsihi ölümə göndərdiyinə inandığım vaxt və bütün qəlbimlə Tanrıya müraciət edən zaman, özümü xoşbəxt hiss etməyə başladım. Mən sadəcə öz xilasımdan və İsa ilə yeni münasibətlərimdən böyük həzz alırdım. Buna baxmayaraq, arabir mən dəhşətli vicdan əzabı çəkirdim. Düşmənim iblis nə vaxtsa etdiyim əmələ gülərək, mənə günahkarlıq və mühakimə hissləri gətirirdi. Bizim ölkəmizdə abortun qanuniləşdirilməsinə dair təbliğat başlayanda, mən nə isə etmək istəyirdim ki, bunu dayandırım, lakin hələ də öz təcrübəmdən danışmağı eyib sayırdım. İman etdiyim vaxtdan bir neçə il sonra, Uca Tanrı məni o vəziyyətə gətirdi ki, mən aborta baxıb, belə deyim: ‘Bəli, bu qətldir. Bəli, mən buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm.’

Müqəddəs Kəlamda belə deyilir: ‘Nə qədər şərq qərbdən uzaqdırsa, asiliklərimizi bizdən o qədər uzaqlaşdırıb’ (Zəbur 103:12). Həmən yerdə deyilir: ‘Mənəm öz xatirimə görə asiliyini silən, bəli, Mən günahlarını da yada salmaram’ (Yeşaya 43:25). Baxmayaraq ki, nəzəri olaraq bilirdim ki, Uca Tanrı məni əfv edib, yenə də sonuncu dəfə əfv istədim. Bundan sonra qəti olaraq inandım ki, O, mənim günahlarımı əfv edib. O vaxtdan sonra mən, aldığım bağışlanma ilə yaşayıram.

Әlavə olaraq

Әfv edildiyimə baxmayaraq, mən heç vaxt təsəvvür edə bilmirdim ki, övladım hardadır. İndi isə bilirəm ki, övladım göylərdədir və mən ora İsa ilə görüşməyə gedəndə, onu görəcəyəm. Bu düşüncə mənim varlığıma dərindən toxundu.

Və nəhayət azadlıq

Hekayəmi bitirəndən sonra, Gülya mənə baxaraq: ‘Sən abort etdirmisən? – Bəs necə ola bilər ki, sən belə xoşbəxt görünürsən? – deyə məndən təəccüblə soruşdu.
‘Bəli, mən xoşbəxtəm, – deyə cavab verdim. – Ona görə xoşbəxtəm ki, Uca Tanrı məni əfv etdi.’
‘Mən inanmıram ki, O məni əfv edəcək,’ – deyə Gülya inadkarlıq edirdi.
‘Uca Tanrı insanların kimliyinə baxmaz,’ – mən ona xatırlatdım . ‘Mənim üçün etdiyi hər şeyi, O sənin üçün də edəcək. Əgər sən öz günahını etiraf etsən, tövbə etsən, onda Müqəddəs Kitab vəd etdiyi kimi, İsa səni əfv edəcək və təmizləyəcəkdir.’
İlk dəfə idi ki, mən onun üzündə ümid işığının parıltısını gördüm. ‘Sən düşünürsən ki, O məni əfv edə biləcək?’ – deyə o, ağladı.

İsa nəinki onu əfv edə bilərdi, O Gülyanı əfv etdi də. Gülya Onu öz Xilaskarı və Hökmdarı olaraq qəbul edən zaman, vicdan əzabından qurtardı.

Ertəsi gün, Gülya səhər yeməyinə gələn zaman, dostları sadəcə olaraq onu tanımadılar. O, gözəl idi. Bütün ağırlıq getmişdi və biz onunla birgə Tanrıya minnətdarlıq hissi duyaraq sevinirdik. İsa onu kədərdən qurtarmışdı.

Müqəddəs Kitabda ən sevdiyim yerlərdən biri budur: ‘Bilirik ki, Allah, Onu sevənlərlə, Onun muradına görə dəvət olunanlarla bərabər hər vəziyyətdə yaxşılıq üçün fəaldır…’ (İncil , Məsihin həvarisi Pavelin Romalılara məktubu 8:28). Bəli, Uca Tanrı abort kimi qorxunc günahı da əfv edə və şəri xeyirlə əvəz edə bilər.

Gülya ilə bu görüşümüzdən sonra, mənə bir çox abort etdirmiş qadınlarla ünsiyyətdə olmaq nəsib olub və mən onların hamısına özümün necə əfv edildiyimi və onların da əfv oluna biləcəklərini danışırdım.

Hər dəfə mən, onların çoxlarının əfv edildikləri zaman vicdan əzabından və qəlb ağrısından azad olduqlarını görəndə sevinclə dolurdum.

Sizin üçün qurtuluş və azadlıq

Siz də belə bir əfv alıb, vicdan əzabından qurtula bilərsiniz. Uca Tanrı sizə abort günahını, digər günahlar kimi əfv edə bilər.

İcazə verin sizə bir şeyi xatırladım. Biz müəyyən bir günahımıza baxanda və inananda ki, Uca Tanrı bu günahımızı bağışlamaz, bu hərəkət ilə biz iddia edirik ki, İsanın ölümü əbəs yerə idi.

İsa Məsih öz qanını bizim vicdan əzabından, günahdan və utancverici hisslərdən azad olmağımız üçün töküb, hətta bu vicdan əzabı və utancverici hiss abort olsa belə.

Әgər siz Uca Tanrıdan əfv olunmaq və bundan sonra gələn azadlığı əldə etmək istəyirsinizsə, onda belə etməlisiniz:
1. Abortun günah olduğunu qəbul edin və Uca Tanrıdan sizi əfv etməsini və haqsızlıqdan təmizləməsini xahiş edin (1Yəhya 1:9). Siz bu və ya buna oxşar duanı edə bilərsiniz: ‘Ey, Uca Tanrı! Mən günahlar içində Sənin qarşında durmuşam. Mən, mənə əzab verən yükümü, günahımı Sənin ayaqların altına gətirib, bu günahı qətl kimi qəbul edirəm, mən abort edən zaman öz övladımı qətlə yetirdim. Elə indi yalvarıram Sənə, xahiş edirəm əfv et məni, əfv et mənim bu günahımı, bu qətl faktını. Məni təmizlə və saleh et. Elə et ki, həyatım Səni sevindirsin. Sənə minnətdaram ki, İsa Məsihi göndərmisən ki, qurban gedərək bizdən ötrü qanını töküb və ona görə minnətdaram ki, mən bundan xəbərdar olmuşam. Çox sağ ol mənim Hökmdarım. Mən sənin əfvini qəbul edirəm, Səndən bu əfv ilə bu gün və həmişə yaşamaq üçün güc istəyirəm. Amin.’

2. İsanın əfvini qəbul edəndən sonra özünüzü əfv edin.

3. Әgər kimsə sizin abort etmək qərarınıza təsir edibsə, onda onu da əfv edin.

4. Tanrının Müqəddəs Kitabdakı vədin

Məsihçilərin Allah qarşısında borcları və adətləri hansılardır?

Məsihçilərin xidməti digər məzhəblərin ardıcıllarının xidmətindən köklü olaraq fərqlənir. Xilası almaq və ya qazanmaq mümkün deyil. Əgər biz Məsihə iman ediriksə, Onun böyük mərhəməti sayəsində xilas bizə müftə verilir. Ona görə, biz xilası qazanmaq üçün yox, Onun bizə bəxş etdiyi xilasa görə öz məhəbbət və minnətdarlığımızı bildirməkdən ötrü Ona xidmət edirik.

Dua
İsa Öz ardıcıllarına hər gün müəyyən vaxtda arami və ya yunan dilində üzlərini şərqə və ya qərbə tutaraq təkrarlamalı olacaqları duanı vermədi, bunun əvəzində O onları da, övladlar istədikləri vaxt və istədikləri yerdə, öz atalarının yanına gəldikləri kimi, onları Onun yanına gəlməyə və Onunla öz ana dillərində danışmağa vadar etmişdir. İbadətin forması vacib deyildir, lakin əsas budur ki, onlar Allaha səmimiyyətlə, ağıl və ürəkləri ilə ibadət etsinlər (Matta 6:5-10, Yəhya 4:23, 24). Məsihçilər digər imanlılarla öz dua evlərində, Rəbbin dərgahında toplanıb, xahiş və niyazlarla, şükranlarla dua edirlər. Müqəddəs Kitabdan Allahın Kəlamlarının oxunması və onların araşdırılması məsihçilər arasında bir adət şəklini almışdır. Onlar dualarında çoxlu bəxşiş üçün Allaha təşəkkür edir, özlərinin hələ də kamil olmadıqlarını etiraf edir, əfv olunmalarını diləyir, xəstələrin şəfası və iman etməyənlərin xilas olunması üçün dua edirlər. Məsihçilər, eləcə də, öz rəhbərləri və bütün dünya üçün dua edirlər. İsa dedi ki, biz daim dua etməliyik (Luka 18:1). İsa Məsih həftənin ilk günü, yəni bazar günü dirildiyi üçün məsihçilər həmən günü müqəddəs sayır və həmən günü dünyanın bütün məsihçiləri öz yerli dua evlərində toplantı keçirir və Rəbbə öz şükran qurbanlarını təqdim edirlər. Məbəd ibadəti zamanı Müqəddəs Kitabdan ayələr oxunur, ilahilər səslənir. Məbəddə Allahın xalqına rəhbər seçilmiş şəxs moizə oxuyur. ’gər siz məsihçi ibadəti mərasimində iştirak etmək istəsəniz, öz məsihçi dostunuzla onun dua evinə (cəmiyyətə) gedə bilərsiniz.

Oruc
İsa Məsih Öz ardıcılları üçün xüsusi oruc günləri və vaxtları təyin etməmişdir. Lakin O onlara demişdir: ‘Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqla gəzməyin; ona görə ki, onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tuturlar. Onlar mükafatlarını aldılar. Ta ki, insanlara yox, gizlində olan Atana oruclu görünəsən; və gizlini görən Atan sənə açıqcasına əvəzini verəcəkdir’ (Matta 6:16-18). Bəzi məsihçilər İsanın çarmıxa çəkildiyi gün olduğu üçün cümə günündə yemək qəbul etməkdən çəkinirlər. Başqaları Böyük Oruc dövründə, yəni İsa Məsihin Dirilməsi günü olan Pasxaya qədər qırx gün ərzində müəyyən yeməkdən imtina edirlər. Müqəddəs Kitab bu adətləri müəyyənləşdirməmişdi, lakin o bizə sözümüzdə və işimizdə hər cür pislikdən çəkinməyi vəsiyyət etmişdir. Mən burada bir qədər də əlavə edim, İsanın təlimində deyilir ki, hər şeyi yemək olar. İsa dedi: ‘İnsana çöldən girən heç bir şey onu murdar edə bilməz? Çünki ürəyinə deyil, qarnına girir və oradan çölə çıxır. Beləliklə, İsa, bütün yeməklərin təmiz olduğunu bəyan etdi. Və sonra dedi: ‘İnsandan çıxan şey insanı murdar edir. Çünki, bəd düşüncələr, zinakarlıq, cinsi əxlaqsızlıq, qatillik, oğurluq, tamahkarlıq, pislik, hiylə, şəhvət, pis göz, küfr, qürur və ağılsızlıq insanların ürəyindən, içindən çıxar. Bütün bu pis işlər daxildən çıxır və insanı murdar edir’ (Mark 7:18-23).

Sədəqə
Məsihçilərin öz gəlir və pullarının Allah işinə, yaxud da yoxsullara veriləcək hissəsini İsa Məsih müəyyənləşdirməmişdi. O öyrətmişdi ki, biz Allaha məxsusuq, çox və azlığından asılı olmayaraq, pulumuzdan Allah buyuran kimi istifadə etməliyik. Məsihçilər Allahın onlara etibar etdiyini verməklə, Allaha öz minnətdarlıqlarını ifadə edirlər. Biz cəmiyyətin rəhbərlərinə və cəmiyyət işinə kömək etmək, yoxsullara və xəstələrə yardım etmək, eşitməyənlərə Məsihin xoş Müjdəsini çatdırmaq üçün könüllü ianə verməliyik. Məsih dedi ki, Allah səxavətlə verəni sevir və məsihçilərin çoxu öz gəlirlərinin onda bir hissəsini Allaha verirlər. ’lbəttə, insanların tərifini qazanmaq üçün yox! (Matta 6:1-4)

Ziyarət
İsa Məsih Öz ardıcıllarına müqəddəs yerləri ziyarət etməyi vəsiyyət etməmişdir. Allah hər yerdədir, ona görə də hər kəs Ona istənilən yerdə dua edə bilər. Bəzi məsihçilər Fələstinə getməyi və İsanın yaşadığı torpağa baxmağı sevirlər. Lakin ora getməklə, qəbri ziyarət etməklə Məsihin bədəninə ehtiram göstərmək qeyir-mümkündür, çünki o qəbir boşdur. İsa Məsih sağdır, O yaşayır!

Bayramlar
İsa Öz ardıcıllarına müəyyən günləri qeyd etməyi vəsiyyət etməmişdir. Lakin məsihçilər adətən, üç mühüm bayramı qeyd edirlər. Milad günü – İsa Məsihin doğulduğu günün bayram edilməsidir. Məsihçilərin əksəriyyəti bu bayaramı dekabr ayının 25-də, bəziləri isə yanvar ayının 6-da qeyd edirlər. Məsihin dəqiq doğulma tarixi məlum deyildir. İkinci bayram Pasxadır. Bu zaman məsihçilər Məsihin ölümdən dirilməsinə sevinirlər. Pasxanın günü ildən-ilə dəyişir, lakin o həmişə ya mart, ya da aprel ayında olur. Daha sonra Üçvahidliyin (Üç üqnum) bayramıdır. Biz o günü Məsihin dirilməsindən 7 həftə sonra Onun Öz şagirdlərinə Müqəddəs Ruhu verməsi günü kimi yada salırıq. Məsihçi bayramları bunlardır. Yeni il, yəni hər il yanvar ayının birində qeyd olunan bayram isə məsihçi yox, adi vətəndaş bayramıdır.

Dini ayin və mərasimlər
Cəmiyyət mərasiminə artıq yuxarıda təsvir etdiyim su vəftizi və Rəbbin Süfrəsi mərasimi daxildir ki, bu, Allahla Yeni ’hdə girmək və Onun ardıcılı olmaq deməkdir (6-cı bölməyə bax). İsa Məsih çarmıxa çəkilməmişdən əvvəlki gecə Öz həvarilərinə çörək verib demişdir: ‘Bu mənim Bədənimdir.’ O, bir kasa şərab da götürüb demişdir: ‘Bu mənim Qanımdır.’ Çörək və şərab Onun Bədəninin və Qanının rəmzi idi. O Öz ardıcıllarına Ondan bir xatirə kimi bu mərasimə əməl etməyi vəsiyyət etmişdir. Bütün dünyanın əksər məbədlərində bu vəsiyyətə riayət olunur. Hər bir məsihçi onların uğrunda Məsihin ölümünü xatırlayaraq, bu mərasimdə iştirak edir ki, daxilində bol həyat olsun. Məsihçilər bu müqəddəs mərasimdən çox böyük mənəvi xeyir-dua alırlar.

Nikah
İsa Məsihin vəsiyyətinə uyğun olaraq, nikaha daxil olan kişi və qadın bir-birini sevməli və sona qədər bir-birinə sədaqətli olmalıdırlar. İsa dedi: ‘Allahın birləşdirdiyini insan ayırmamalıdır’ (Matta 5:31-32; Mark 10:2-12). Buna görə də, xəyanət istisna olmaqla, boşanma qadağandır. Pavel yazır ki, ərlə arvad arasındakı məhəbbət Məsihlə Onun xalqı arasındakı məhəbbət kimi olmalıdır (Efes. 5:21-33).

Müqəddəs Ruh kimdir?

Yəqin xatırlayırsınız ki, İsanın Yəhya tərəfindən vəftiz olmasından danışanda mən onu yada salmışdım. O vaxt Müqəddəs Ruh göyərçin şəklində İsanın üstünə enmişdi. Həmçinin, Öz ölümü ərəfəsində şagirdlərinə vəd etdi ki, ‘Təsəlliverici’ adlandırdığı Müqəddəs Ruhu onlara göndərəcək. Onun göyə qalxmasından sonra O Öz həvarilərinə və şagirdlərinə xidmət zamanı güc verəcək və rəhbərlik edəcəkdir. Göyə qalxmasından on gün sonra Rəbbin vəd etdiyi Müqəddəs Ruh yerə enmiş və otaqda toplaşıb dua edən 120 nəfərin üzərinə nazil olmuşdu. Ondan sonra onlar Məsih haqqındakı Müjdəni insanlara çatdırmaq üçün göydən güc və qüdrət aldılar və yüzlərlə adam İsa Məsihə iman etdi. Bəs Müqəddəs Ruh kimdir? Bəziləri elə güman edirlər ki, Müqəddəs Ruh ya Cəbrayıl mələkdir, ya da hansısa peyğəmbərdir. Başqaları güman edirlər ki, Müqəddəs Ruh, sadəcə olaraq Müqəddəs ilham olmuşdur. Lakin Müqəddəs Kitabdan görürük ki, Müqəddəs Ruh ilahi xilqət deyil, Allahın Ruhudur və Allahla birdir. Müqəddəs Ruhun gödüyü işlərə diqqət yetirəndə, bu aydın olur.

Bir dəfə Nakdimon adlı alimə İsa dedi ki, Allah Səltənətinə daxil olmaq üçün o, yuxarıdan doğulmalıdır. Nakdimon təəccüblə qoca adamın ikinci dəfə necə doğula biləcəyini soruşduqda İsa cavab verdi ki, yenidən doğulma Ruhun işidir. Görünür ki, insanlara ruhani həyatı yalnız Allah verər və onları yeni varlığa çevirə bilər. İnsanlar günah içində yaşayanda iblisin övladları olurlar. Lakin Allah Öz Müqəddəs Ruhu vasitəsilə onları dəyişdirə bilər və onlar yenidən doğulduqda Allahın övladları olurlar.

Müqəddəs Ruh, eləcə də, Allahın Müqəddəs Kitablarının müəllifidir. Çünki məhz O, Әhdi-Әtiqin Davud və Yusif kimi peyğəmbərlərini öyrətmiş və ilhamlandırmışdır. Müqəddəs Ruh Әhdi-Cədidin Matta, Mark, Luka, Yəhya, Pavel və başqa Kəlam barəsində yazan həvarilərinə də beləcə ilham vermişdir. İncildə deyildiyi kimi: ‘Peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın Müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar’ (2Peter 1:21). Allahın Ruhu Müqəddəs Yazıların kitablarını yazanlara necə yol göstərirdisə, o kitabları oxuyanların da əsl rəhbəri yalnız Müqəddəs Ruhdur. İsa dedi: ‘Mənim adımla Atanın göndərəcəyi Təsəlliverici, Müqəddəs Ruh sizə hər şeyi öyrədəcək və sizə söylədiyim hər şeyi sizə xatırladacaqdır’ (Yəhya 14:26).

Әlbəttə, O, çarmıxa çəkiləcəyini, sonra isə yerdən ayrılıb göyə qayıdacağını şagirdlərinə deyəndə İsanın ardıcılları çox məyus oldular. Lakin onlara rəhbərlik edib möhkəmlətmək üçün İsa Öz Ruhunu göndərəcəyini vəd etməklə onlara təsəlli verdi və dedi ki, O Öz Ruhu ilə həmişə onlarla olacaq. İsa Məsihin göyə qalxmasından on gün sonra Müqəddəs Ruh Onun ardıcıllarının üzərinə endi və onları dəyişdirdi. O vaxtdan bu günə qədər Müqəddəs Ruh Məsihin sədaqətli ardıcıllarında yaşayır və O, İsanın vəd etdiyi kimi, həmişə onlarda olacaqdır.

Xatırlatmaq əhəmiyyətlidir ki, yalnız Allahın Ruhu günahkarların kor gözlərini aça bilər və İsa Məsihin kimliyini bilmək üçün onlara kömək edə bilər. İncildə yazıldığı kimi: ‘Heç kim Müqəddəs Ruh ilə olmadan İsanı Rəbb adlandıra bilməz’ (1Kor. 12:3). Buna görə də təəccüblü deyildir ki, Müqəddəs Ruhu olmayanlar İsanı ‘Rəbb və Allahın Oğlu’ adlandıra bilməzlər.

Müqəddəs Ruh imanlılara yenidən doğulma vasitəsilə İsanın kamilliyi haqqında əsl bilik verdiyi üçün, O, qəlbimizin günahkarlığını görməyə gözlərimizi açır, bağışlanmağımıza imkan yaradır və günahlarımızdan keçir. Biz İsa Məsihə iman edərkən, Allah bizi Öz övladları kimi bağışlayır, qəbul edir və bizə yeni ürək verir. Şeytan isə Allaha itaətsizliyimizlə bizi yoldan çıxarmağa həmişə hazırdır. Lakin daxilimizdəki Müqəddəs Ruh iblisə qarşı durmaqda bizə kömək edir və varlığımızda Allahın istədiyi məhəbbət, təmizlik, sevinc və sülh kimi müqəddəs keyfiyyətləri yaradır (Qal. 5:22:24). Müqəddəs Ruhun bu gözəl işi, yer üzündə yaşadıqca, Ona itaət edənləri tədricən dəyişdirərək get-gedə öz Müəllimləri İsa Məsihə oxşar etməkdə davam edir. Allahın bizə münasibətdə əsas məqsədi Onun yeganə Oğlu kimi, bizim də kamil olmağımızdır. Lakin biz Məsihin zühurunda İsa kimi olacağıq (1Yəhya 3:2). Müqəddəs Ruh müxtəlif yollarla bizə kömək edir: bizə dua etməyi öyrədir, İsaya qulluq edəndə bizə rəhbərlik edir və bizə qüvvət verir (Rom. 8:26; Həv. İş. 13:2,4; 16:6-7).

Bütün bu faktlardan nəyi öyrənirik? İmanlılarda olan Müqəddəs Ruh – həqiqətən, onların içindəki Allahdır. Böyük və Müqəddəs Allahın insanın daxilində Müqəddəs Ruh kimi yaşaması necə də əvəzsiz imtiyazdır. Doğrudan da, Allahın Özünü bəxş etməsi, bu, insanlara verə biləcəyi ən böyük bəxşişdir. Bu vergi kimə verilir? Biz bilirik ki, qədim zamanlarda Allah Müqəddəs Ruhu Öz peyğəmbərlərinə və müqəddəs insanlara verirdi. Lakin Allah Öz Oğlunu dünyanın Xilaskarı olmaq üçün verəndə, O, İsa Məsihə iman edənlərə, əgər onlar diləyərlərsə, Müqəddəs Ruhu daha qəti şəkildə verəcəyini vəd etdi. Bu barədə İsa dedi: ‘Beləliklə, madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!’ (Luka 11:13) Allah sədaqətlidir. İnsanlar Məsihə inanıb Ona Öz Rəbbləri kimi itaət edəndə və onlara Müqəddəs Ruhu verməyi xahiş edəndə O həmişə verir. Nə qədər ki, yaşayırıq, hər gün bizə çörək verməyi xahiş etdiyimiz kimi, biz də Allahdan Müqəddəs Ruhla zənginləşməyimizi həmişə istəməliyik. İsa dedi: ‘Dinləyin, sizə veriləcəkdir’.

Günah nədir?

Әziz dost! Mən elə burada günahın nə olduğunu aydınlaşdırmalıyam. Günah heç də oğurluq, xəyanət, qatillik, sərxoşluq kimi sadəcə olaraq bir əməl deyildir. Allahdan tamamilə ayrılma və Allahın müqəddəs iradəsinə qarşı olan hər şey günahdır. Günah yalnız pis hərəkət deyildir: təkəbbürlük, paxıllıq, nifrət, ehtiras, şəhvət – bunlar da günahdır. İsa Məsih demişdir ki, Allahın iki çox böyük əmri vardır: bütün qəlbinlə Allahı sev və qonşunu özün kimi sev (Matta 22:36-40). Bunlar Allahın ən böyük əmrləri olduğundan, Allahı bütün varlığımızla və qonşumuzu özümüz kimi sevə bilməyimiz ən böyük günahdır. Bu əmrləri tam yerinə yetirən varmı? Xeyr! İsa Məsihin məsum şəxsiyyətindən başqa, hamı bu əmrləri pozmuşdur. İsa Məsihin həyatı Allahın bizdən tələb etdiyi kamil həyat olmuşdur. Onun əmri budur: ‘Səmavi Atanız kamil olduğu kimi, siz də kamil olun’ (Matta 5:48).

Lakin ürəkləri bədniyyətli biz günahkarlar Allahın əmr etdiyi kimi, necə tamamilə xeyirxah və pak ola bilərik? Xərçəng xəstəliyinə düçar olmuş insanın sağlamlığını qoruması barəsində xeyirxah məsləhətə ehtiyacı olmur. Onu müalicə edə biləcək təcrübəli həkimin olması lazımdır. Günaha batmış adam da belədir. Ona da davranış barədə gözəl qanunlar, əxlaq qaydaları, öyüd-nəsihətlərdən çox, onun əqlini və qəlbini təmizləyən, iradə və arzusunu yeniləşdirən, Allahın ondan etdiyi tələbi yerinə yetirmək üçün ona güc və qüvvə verə bilən mənəvi həkim lazımdır. Yəqin ki, hər yerdə bütün insanlara onları günahlardan xilas edib Allahın övladları edə biləcək kimsə lazımdır. Mən bir azdan Allahın Öz mərhəmət və şəfqəti ilə dünyaya göndərdiyi Xilaskardan danışacağam.

İnsan kimdir?

Әziz dost! Məsihçilərin hansı Allaha inandıqlarını qısa və natamam olsa da izah etdim. İndi isə sizə məsihçilərin insan təbiəti haqqında düşündüklərinizdən söz deməyə çalışacağam. İnsan haqqında düzgün anlayışımızın olması Allah haqqında düzgün anlayışa malik olduğumuz qədər əhəmiyyətlidir. İnsanın kimliyi barəsində düzgün təsəvvürümüz əsasən Müqəddəs Kitabdan irəli gəlir.

Tövratın əvvəlində (Yaradılış 1 və 2) yazılmışdır ki, Allah göyü, yeri, bütün bitki və heyvanlar aləmini yaradıb başa çatdırmış, sonra isə Allah insanı Öz surətində və bənzəyişində yaratmışdır. Bu, heç də Allahın bədəninin olması və ona görə də insan üçün bədən yaratması demək deyildir. Bu hər şeydən əvvəl o deməkdir ki, insan mənəvi baxımdan Allaha bənzər sayılır. Allah insana düşünmək üçün ağıl, məhəbbət üçün ürək, xeyirlə şəri bir-birindən seçmək üçün vicdan, ədalətli olmaq üçün iradə, danışmaq üçün dil, Allahla ünsiyyət də olmaq üçün ruh vermişdir. Beləliklə, Allaha bənzər yaradılmış insan Allahı tanıya və Onunla əlaqə yarada bilərdi. Deməli, insan ən müqəddəs məxluqdur.

Bəzilərinin yanlış olaraq iddia etdikləri kimi, insan heç də Allah olmamışdır. Fəqət o, Allaha çox yaxın olmuşdur. Niyyətində yamanlıq və pis niyyət olmadığından insan xeyirxah və mərhəmətli olmuşdur.

O, cansız maşın deyildir. Allah insana müstəqil seçmə imkanı vermişdir. Allah insanı elə yaratmışdır ki, o öz azad iradəsilə onu yaradana itaəti, ibadəti və sevgini seçə bilsin.

Allah istəmişdir ki, Yer üzündə yerləşdirdiyi insanlar Onu öz ataları kimi, bir-birini isə qardaşları kimi sevən, Allahın işini yerdə sevinclə yerinə yetirən əsl övladlar olsunlar. Bu gün dünyada insanlar müxtəlif irqə mənsub olub, dərisinin rəngi və cizgiləri, dillərinə görə fərqlənirlər. Lakin onların hamısı eyni qandan olmaqla bir ailəyə mənsubdurlar. Allah da onların hamısını sevir, çünki onları O yaratmışdır.

Lakin təəssüf ki, öz azad iradəsini Allaha ibadət və itaət üçün istifadə etmək əvəzinə, Yaradılış kitabının 2 və 3-cü fəsillərində deyildiyi kimi, insan Allaha qarşı çıxdı. Allah əcdadlarımız Adəm və Həvvaya buyurdu ki, xeyir və şərin idrak ağacının meyvəsindən yeməsinlər. Bu ağac Allahın onların yerləşdirdiyi Edem bağında idi. Allah Adəmə demişdir ki, əgər sözə baxmayıb bu meyvədən yesə, öləcək. İlan şəklində bağa girən şeytan Həvvanı bu meyvəni yeməyə vadar etdi. Sonra Həvva həmin meyvəni Adəmə verdi və o da onu yedi. Əcdadlarımızın bu hərəkəti yalnız adi bir səhv deyil, onların hökmdar Allaha qarşı olan şüurlu üsyanları idi. Başqa sözlə desək, onlar Allah kimi olmaq istəmişdilər. Onlar Allahın iradəsinə tabe olmaq istəmədilər. Bəs nəticəsi nə oldu? Allah onları ciddi cəzalandırdı və Edem bağından qovdu ki, onlar əzab-əziyyət dünyasında yaşasınlar.

Әn pisi budur ki, Adəmlə Həvva Allahla əlaqəni itirdilər, nəticədə isə tamamilə dəyişdilər. Әvvəllər onlar pak və təmiz idilər, indi isə onlar natəmiz olmuşlar. Allaha itaətsizlik etməzdən əvvəl onlar Allahın hər bir əmrinə əməl edə bilirdilər, indi isə onlar xeyirə nifrət etməyə, şəri isə sevməyə başladılar. Allaha qarşı bu üsyan Müqəddəs Kitabda günah adlandırılmışdır. Bu günahın cəzası isə ölümdür.

Bu ilkin günahla bağlı əhvalat bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki bəşəriyyətin indiki vəziyyətini məhz o nöqteyi-nəzərdən daha aydın başa düşərik. Dünyanın adamları, sözsüz ki, Allahın Adəm və Həvvanı yaratdığı vaxtdakı kimi təmiz və pak deyildilər. Bunu dərk etmək üçün biz başqalarına deyil, öz ürəyimizə nəzər salmalıyıq. Biz çox zaman bilərəkdən düzgün iş görmürük. Biz bilirik ki, məhəbbət nifrətdən üstündür, lakin çox vaxt başqalarına nifrət edirik. Bəs nə üçün belə edirik? Çünki əcdadlarımızın təqsirkarlığı bizim qanımıza hopub, irsən təbiətimizə çökmüşdür. Biz də onların hər ikisi (Adəm və Həvva) kimi Allaha mükəmməl şəkildə itaət etmək istəmir və bacarmırıq.

Uşaq dünyaya göz açanda pak və günahsız görünür, lakin o böyüdükcə onda şər, yamanlıq və pislik görürük. Davud peyğəmbərin özü haqqında dediyi kimi:
‘Doğulandan bəri mən günah içindəyəm, ana bətnindən belə təqsirkaram mən’ (Məz. 50:7).

Beləliklə, biz etiraf etməyə məcburuq ki, bütün insanlar günahkardılar. Belə bir Allah Kəlamı ilə razılaşmalıyıq ki, ‘İnsan ürəyi hər şeydən hiyləgərdir, sağalmaz xəstəliyi var. Onu kim başa düşə bilər?’ (Yeremya 17:9). İsa Məsih dedi: ‘Bəd düşüncələr, zinakarlıq, cinsi əxlaqsızlıq, qatillik, oğurluq, tamahkarlıq, pislik, hiylə, şəhvət, pis göz, küfr, qürur və ağılsızlıq insanların ürəyindən, içindən çıxar. Bütün bu pis işlər daxildən çıxır və insanı murdar edir’ (Mark 7:21-23). Lakin insan ürəyinin bilicisi Allah demişdir: ‘Bir nəfər də olsa, saleh yoxdur’ (Rom. 3:10). Ancaq insandan daha böyük müstəsna bir şəxsiyyət vardır ki, mən sizə ondan bir qədər sonra danışacağam.

İnsanın vəziyyəti necə də dəhşətlidir! Öz itaətsizliyi ilə Allahla bütün münasibətlərini darmadağın etməklə o, çöldə azmış tənha qoyun kimi fəlakətli ölümə tərəf gedir. İnsan Allah övladı olmaqdan əlini üzdü və Allaha düşmən kəsildi, günahın və şeytanın qulu oldu (Rom. 6:17). Müqəddəs Allahın yolu ilə gedə bilməyən insan, doğrudan da günahları ucbatından ölüdür (Efes. 2:1). Allahın Adəmə dediyi kimi, günahın nəticəsi həm cismani, həm də mənəvi ölümdür.