Özümüzü Allahın sözünə uyğunlaşdıraq !
İdris Azəri - Özümüzü Allahın sözünə uyğunlaşdıraq !
Ef. 5:1-11: "Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün. Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz. Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun. Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq. Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir. Buna görə də onların şəriki olmayın. Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün. Çünki nurun bəhrəsi[4] hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür. Rəbbi razı salan şeyləri ayırd edin, qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin."