Alov.az - Alov Kilsələr Birliyi » Blog » Müqəddəs Kitaba əsasən günahdan azad olunma

Müqəddəs Kitaba əsasən günahdan azad olunma

24.02.2025

Müqəddəs Kitaba əsasən günahdan azad olunma 

Günah- bu mövzü bütün dövrlərdə aktualdır. Müqəddəs Kitabda dəfələrlə günahdan azad olmaq, günahın nəticəsindən azad olmaq, təkrarən günah işlətməmək barədə yazılmışdır.
Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində “günah” və onun törəmələri, məsələn, “günahlar”, “günah işlətmək”, “günahkar” sözləri təxminən 879 dəfə qeyd olunur.
Bildiyimiz kimi, Əhdi-Ətiq İbrani dilində, Əhdi-Cədid isə Qədim Yunan dilində yazılmışdır. Buna görə də, günah anlayışını ifadə etmək üçün müxtəlif sözlərdən istifadə edilmişdir.

Əhdi-Ətiqdə (ibranicə):

  • Xatta’a (חַטָּאָה) — hərfi mənada hədəfdən yayınma, Allahın yolundan kənara çıxmağı bildirir.
  • Avon (עָוֹן) — ədalətsizlik, pozğunluq və ya bükülmüş yol.
  • Peşa (פֶּשַׁע) — Allaha qarşı üsyan, itaətsizlik və ya qəsdən edilən günah mənasında işlədilir. Allaha qarşı şüurlu bir itaətsizlik ifadə edir.

Əhdi-Cədiddə (qədim yunan dili):

  • Hamartiya (ἁμαρτία) — ən çox istifadə olunan termin, “hədəfi vurmamaq” və ya Allahın standartına uyğun olmamaq deməkdir.
  • Anomiya (ἀνομία) — qanunsuzluq, Allahın qanununa qarşı çıxmaq.
  • Paraptoma (παράπτωμα) — səhv və ya büdrəmə.

Günahın hansı forması olursa olsun, o, Yaradan Allah ilə insan arasında bir qala divarı yaradır. İnsan bu çəpəri aradan qaldıra bilməyəcək və bu qala divarını özü aşaraq keçə bilməyəcəkdir.
Yeşaya peyğəmbər 59:2 - Lakin sizin günahlarınız Allahınızla sizin aranızda ayrılıq saldı.
Romalılara 3:23 - Çünki hamı günah işlətdi və Allahın izzətindən məhrum oldu.

Müqəddəs Kitabın təliminə əsasən, bilirik ki, Günah işlətmək istəyindən azad olmaq insan iradəsindən xaricdir. Günah işlətmək istəməyən və özlərini Allah qarşısında müqəssir sayanlar – təqsirlərinin bağışlanması üçün qurban təqdimatı verirlər... Niyə? Çünki insanın işlətmiş olduğu günahları bağışlamaqla onu müqəssirlik hissindən və yeni günah işlətmək istəyindən azad etmək səlahiyyəti yalnız Rəbb Allahın ixtiyarındadır.

Müqəddəs Kitabın ilk səhifələrindən görürük ki, Adəm övladları Allaha qurban təqdimatı verir.

Müqəddəs Kitabda adları qeyd edilmiş peyğəmbərlər və saleh adamlar da öz növbələrində Allaha qurban təqdimatını müxtəlif təyinatla təqdim edirdilər və qurban təqdimatlarından biri də özlərinin və İsrail xalqının günahlarını bağışlanması üçün idi...

Maraqlı və düşündürən tərəfdə bundadır ki, günahının bağışlanması üçün qurban təqdim edən insan, günah işlətmək istəyindən azad ola bilmirdi, qurban təqdimatından sonra əvvəlki həyat tərzinə qayıdır və təkraran günah işlətməyə davam edirdi.

Buna təsdiq olaraq bu ayəyə diqqət verək:

İbranilərə məktub 10:4 - Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.

Qurban təqdim etməklə yanaşı, Rəbb Allaha ehtiramlarını göstərmək istəyənlər, özlərini Yaradana aid hesab edərək, mənsub olduqları dinin mərasim və tapşırıqlarını icra edirlər. Bununla da, onlar həm müqəssirlik hissindən azad olmaq, həm də Yaradana məqbul bir həyat yaşamaqla Onu razı salmaq niyyətindədirlər. İsrail xalqı da Yaradanı razı salmaq üçün Musa peyğəmbər vasitəsi ilə verilən QANUNA ƏMƏL etməklə vicdanlarını Allah qarşısında pak saxlamaq niyyətində olublar. Musa Peyğəmbər vasitəsi ilə verilən bu QANUNLAR Dünya dövlətlərinin qanunvericiliyində yer tutaraq vətəndaş məsuliyyətini tənzimlədiyinə baxmayaraq, bu QANUN insan və Allah münasibətlərini tənzimlək iqtidarında olmadı, bu ayəyə diqqət verin:

İbranilərə məktub 10:1-3 - Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz. Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı. Çünki ibadət edənlər birdəfəlik təmizlənəndən sonra artıq günahlarına görə vicdan əzabı çəkməzdilər. Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına salır.

Beləliklə, nə QANUNA əməl etmək nə də QURBAN təqdim etmək insanı günah işlətmək istəyindən və müqəssirlik hissindən azad edə bilmir. Bu məqsədlə, insanla Allah arasında yaradılmış qala divarını aradan qaldırmaq üçün Rəbb Allah Müqəddəs Kitabın ilk səhifələrində Təyin Olunmuş şəxsin gələcəyini vəd edir və bu Şəxs İsa Məsihdir.

Matta 9:6 - Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!»

Yeşaya 53:5 - Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əminamanlığımız üçün o cəza aldı,Onun yaraları ilə biz şəfa tapdıq.

İnsanı işlətdiyi günahları bağışlamaqla müqəssir hissindən və yenidən günah işlətmək istəyindən azad etmək səlahiyyəti yalnız Rəbb Allahın ixtiyarındadır. Bunun üçün, işlətdiyi günaha görə peşmanlıq hiss edən və müqəssir olmaq hissi ilə yaşayan insan, Rəbb Allahdan bağışlanma dilədiyini sübut edən şərtlərə əməl etməklə Ona müraciət etməlidir ki, dilədiyi bağşlanmaya nail olsun,

1 Yəhya 1:8-9 - Əgər günahımız yoxdur desək, özümüzü aldadırıq və bizdə həqiqət yoxdur. Lakin əgər günahlarımızı etiraf etsək, O, sədaqətli və adil olduğu üçün günahlarımızı bağışlayar və bizi bütün haqsızlıqdan təmizləyər.

Məsih İsaya iman edən şəxs günah işlədə bilər ya yox?!

Bu sual da aktualdır və müzakirə mövzusudur. Bəzi insanlar hələ də “biz hələ də günahkarıq və Allahın lütfünə ehtiyacımız var” fikrinə əsaslanaraq, işlətdikləri günaha bəraət qazandırır, digərləri isə “biz günah işlətmirik” şüarı ilə işlətdikləri günahları gizlətməyə çalışırlar. Gəlin bu məsələyə yaxından nəzər salaq.
Müqəddəs Kitab Məsih İsaya iman etməklə günahda yaşamağa davam etməyin bir-biri ilə uyğun olmadığını açıq şəkildə öyrədir. Məsih İsaya iman edən şəxs özünə sual verməlidir ki, onun İsa Məsihə iman etməsi – onun üçün nə məna kəsb edir və günahda yaşamağa davam etmək – nə deməkdir?

Həqiqi iman yalnız İsa Məsihə olan sevgi ilə deyil, həm də həyatın dəyişməsi, müqəddəsliyə can atmaq və tövbə etməklə müşayiət olunmalıdır. Müqəddəs Yazılarda İsa Məsihə iman etməklə nail olunan yeni həyatın, günahla uyğun olmadığı aydın şəkildə bildirilir.

Romalılara 6:1-2 - Bəs nə deyək? Lütf çoxalsın deyə günahda qalaq? Əsla! Biz günaha ölmüşüksə, necə yenə də günahda yaşaya bilərik?

Həvari Paul bildirir ki, Məsih ilə birləşənlər artıq günah üçün “ölmüşdür”, yəni günah artıq onların həyatını idarə etməməlidir.

2 Korinflilərə 5:17 - Kim Məsihdədirsə, o, yeni bir yaradılışdır; köhnə şeylər keçdi, indi hər şey yeniləndi.

Məsih İsaya iman edən şəxs barədə yazılır ki, o artıq yenidir: onun köhnə düşüncə tərzi, həyat dəyərləri, prioritetləri, münasibətləri və davranış nümunələri dəyişir və bu onu yeni bir yaradılışa çevirir. Bu dəyişilik necə baş verir? İnsan iradəsi ilə idarə edilir, yoxsa Allah möcüzəli şəkildə bu dəyişiliyi edir?

Məsih İsaya imanımızın təməl qoyucu iqrarı ancaq “Ya Rəbb Səni sevirəm” ifadəsi ilə deyil, eyni zamanda “Mənə görə çarmıxda axıtdığın qana görə, məni günahdan azad emək üçün Özünü cəzalandırmağa və ölümə təslim etdiyinə görə minnətdaram” ifadəsi tövbə etməyə səbəb olur.

Müqəddəs Kitaba görə, TÖVBƏ insanın günahlarından imtina etməsi, öz günahlarını dərk edib Allaha tərəf dönməsi və Onun iradəsinə uyğun yaşamaq qərarıdır. Tövbə birdəfəlik edilən hərəkət deyil:o, həm günahın etirafı həm də həyatın dəyişdirilməsi və Allahın müqəddəsliyi yolunda davamlı irəliləyiş deməkdir.

Qədim Yunan dilində TÖVBƏ sözü “μετάνοια” (metanoia) şəklindədir. Bu söz iki hissədən ibarətdir:
- “meta” — dəyişiklik, dönüş, dəyişmə anlamını verir.
- “noia” (və ya “nous”) — ağıl, düşüncə, niyyət mənasını daşıyır.

Birlikdə, “metanoia” sözünün mənası “ağlın, düşüncənin və ürəyin dəyişməsi” kimi başa düşülür. Tövbə yalnız davranışların dəyişməsi deyil, eyni zamanda insanın daxili düşüncə və baxışlarının köklü şəkildə dəyişməsi deməkdir.

Beləliklə, “metanoia” insanın Allah qarşısında öz günahlarını dərk edib, düşüncə və həyat tərzini dəyişməsini bildirir.

Deməli, Məsih İsaya iman edən şəxs yalnız öncədən işlətdiyi günahlara görə səmimi peşmanlıq duyub tövbə etməklə kifayətlənməməlidir. O eyni zamanda işlətdiyi günahların əsas səbəbi olan, yəni Allahsız həyat tərzindən üz döndərməldir. Allahsız həyat tərzindən üz döndərmək üçün Müqəddəs Kitabın təliminə uyğun ömür yaşamaq həm gözlənilir, həm də tələb edilir.

Əgər biri, Məsih İsaya iman edərək, keçmişdə işlətdiyhi günahlara görə səmimi peşman olub tövbə edərsə LAKİN edilən günahın Allah ilə onun arasında qala divar olduğunu dərk etməyib düşüncə və həyat tərzini dəyişməsi üçün Müqəddəs Yazılara uyğun ömür yaşamağa can atmırsa TÖVBƏ sözünün tam mənasını icra etməmiş olur.

1 Yəhya 1:9 - Əgər günahlarımızı etiraf etsək, O, sədaqətli və adil olduğu üçün günahlarımızı bağışlayar və bizi bütün haqsızlıqdan təmizləyər.

Həqiqi bir xristian öz günahlarını qəbul edir, müqəssir olduğunu boynuna alır, tövbə edir və müqəddəs həyata can atır. Burada yalnız iman deyil, həm də günahı tərk etməyin vacibliyi vurğulanır ki, günah işlədən insan günahına nə bəraət vermiş, nə də gizlətmiş olsun.

Süleymanın Məsəlləri 28:13 - Kim günahlarını gizlədir, uğur qazanmaz, lakin onları etiraf edən və tərk edən mərhəmət tapar.

Məsih İsaya iman edən şəxs, əgər bilə-bilə və şüurlu şəkildə günahını davam etdirirsə, bu, onun həqiqi imana sahib olmadığını göstərir. Aşağıda qeyd olunan iki ayə, günahla dolu bir həyatı dəyişmədən, davamlı olaraq günahda yaşayan insanın Məsihi tanımadığını göstərir.

1 Yəhya 3:6-9 - Kim Onda qalırsa, günah etmir; kim günah edirsə, Onu görməyib və tanımayıb. Beləcə, Allahın övladları və iblisin övladları bəlli olur: kim salehliyi etmirsə, Allahdan deyil.

İbranilərə 10:26-27 - Çünki həqiqəti bildikdən sonra bilərək günah işləyiriksə, artıq günahlar üçün qurban qalmır, ancaq dəhşətli bir mühakimə gözləntisi qalır.

Məsihi qəbul etdikdən sonra bilərək və qəsdən günah işlətmək ciddi bir məsələdir. Bu, Məsihə iman edən şəxsin TÖVBƏ sözünün tam mənasını icra etməməsini göstərir. Və bu vəziyyət bəzi vaizlərin qeyd etdiyi kimi, insanın imandan dönməsinin və ya səmimi iman etmədiyinin göstəricisidir.

Bütün bu yazılanlara davam olaraq, Məsih İsaya iman edən şəxs nə etməlidir ki, günahlı həyatı yaşamağa
davam etməsin?

İlk olaraq, öz həyat tərzini yenidən qiymətləndirməli, münasibətlərini yenidən dəyərləndirməli, həyat dəyərlərini bir daha gözdən keçirtməlidir. O, bütün bunların Müqəddəs Yazıların təliminə uyğun olması üçün məsuliyyət daşıyır. Bu, iman edən şəxsin fərdi məsuliyyəti və öhdəliyidir. Eyni zamanda, bu məsuliyyət və öhdəlik, onun aid olduğu yerli Məsihçi cəmiyyəti önündədir.

İbranilərə 10:26-27 - Çünki həqiqəti bildikdən sonra bilərək günah işləyiriksə, artıq günahlar üçün qurban qalmır, ancaq dəhşətli bir mühakimə gözləntisi qalır.

Qalatiyalıra 5:16-21 - Mən bunu deyirəm: Müqəddəs Ruha görə həyat sürün, o zaman siz cismani təbiətin ehtirasını əsla icra etməzsiniz. Çünki cismani təbiət Ruha zidd və Ruh cismani təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı durur ki, siz istədiyinizi etməyəsiniz. Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanun altında deyilsiniz. Cismani təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq, murdarlıq, pozğunluq, bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, hiddət, özünü göstərmə, nifaq, təfriqələr, paxıllıq, sərxoşluq, eyş-işrət və buna bənzər şeylərdir. Sizə əvvəllər xəbərdarlıq etdiyim kimi indi də xəbərdarlıq edirəm ki, bunları edənlər Allahın Padşahlığını irs almayacaqlar.

Həyat dəyərləri iman etdiyimiz Müqəddəs Kitabın təliminə fokuslanmaqla və səy göstərməklə mümkün olur Qalatiyalılar 5:22-26 - Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur. Məsih İsaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti çarmıxa çəkdilər. Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək. Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.

Rəbb Allah günahı məğlub etməyimiz üçün bizə Müqəddəs Ruhu verir və Məsih Özü bizim Vəsatətçimizdir. Lakin bu bizi həyat tərzimizə diqqət yetirmək və məsuliyyət daşımaq öhdəliyindən azad etmir.

İbranilərə 10:22-27 - Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq. Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir. Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək. Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq. Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır.

Nəticə:
Məsih İsaya iman edənlər kamil deyil və günah işlədə bilər, lakin şüurlu şəkildə günahda davam etmək məsihçi imanı ilə ziddiyyət təşkil edir.

Həqiqi iman - səmimi tövbədə, ürəkdəki istək və niyyətlərin dəyişməsində və Allahın iradəsinə uyğun yaşamaqda özünü göstərir. Kim günahda yaşamağa davam edirsə, Allah qarşısındakı vəziyyəti barədə ciddi düşünməli və tövbə edərək Ona dönməlidir.

Əlavə məlumat - Bu məqalədə istifadə edilən ibrani və qədim yunan dilində olan sözlərin mənbəyi 

Bu məqalədə istifadə edilən ibrani və qədim yunan dilində olan sözlərin mənbəyi:
Bu sözlər, əsasən, Müqəddəs Kitabın orijinal dillərindən (ibrani və yunan dilləri) götürülmüşdür və teoloji mənbələrdə geniş şəkildə izah edilir. Aşağıda hər birinin mənşəyi və istinad mənbələri haqqında məlumat verilir:

(Xatta’a) - חַטָּאָה

Bu söz Əhdi-Ətiqin (Tövrat, Zəbur və Peyğəmbərlərin Kitabları) orijinal ibrani dilində istifadə olunur. Bu söz günahı "hədəfdən yayınma" kimi təsvir edir.

Məsələn:
Yaradılış 4:7 - "Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah (חַטָּאָה) qapının ağzında durub. Onun meyli sənədirdir, ancaq sən ona üstün gəlməlisən."

Etimoloji mənalar üçün istinad mənbələri:

  • Brown-Driver-Briggs Lexicon (BDB): İbrani və arami leksikonları.

  • Strong’s Concordance (H2403): Xatta’a sözünün “günah, günah qurbanı və ya günahkar vəziyyət” mənaları ilə bağlı təhlilləri.

(Avon) - עָוֹן

Bu söz ibrani dilində “ədalətsizlik, pozğunluq və ya bükülmüş yol” mənasında işlənilir. Günahın insanı əxlaqi və ruhani cəhətdən əyilmiş hala gətirdiyini təsvir edir.

Məsələn:
Yeşaya 53:6 - "Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin (עֲוֹן) yükünü onun üzərinə qoydu."

İstinad mənbələri:

  • Strong’s Concordance (H5771): Avon sözünün mənası “qeyri-düzgünlük, təqsir, günah” kimi göstərilir.

  • Theological Wordbook of the Old Testament (TWOT): Bu mənbədə sözün teoloji dəyəri ətraflı izah olunur.

(Peşa) - פֶּשַׁע

Bu söz ibrani dilində “üsyan, itaatsizlik və ya qəsdən edilən günah” mənasında işlənilir. Allaha qarşı şüurlu formada itaatsizlik etmək kimi təsvir olunur.

Məsələn:
Yeşaya 1:2 - "Ey göylər, eşidin, Ey yer üzü, dinləyin! Çünki Rəbb belə söylədi: «Övladlar yetişdirib böyütdüm, Amma onlar Mənə qarşı üsyan etdilər."

İstinad mənbələri:

  • Strong’s Concordance (H6588): Peşa sözünün mənası “üsyan, təqsir” kimi izah edilir.

  • Brown-Driver-Briggs Lexicon (BDB): Sözün “şüurlu şəkildə Allaha və ya qanuna qarşı gəlmək” mənası geniş izah edilir.

“Hamartiya” - ἁμαρτία

“Hamartiya” qədim yunan dilində “hədəfi vurmamaq”, “çatışmazlıq”, “Allahın standartına uyğun olmamaq” mənalarını verir. Bu söz günahın ümumi bir təsviridir və insanın Allahın iradəsindən uzaqlaşdığını bildirir. Bu termin Əhdi-Cədiddə tez-tez işlənilir və günahın əsas təsvirlərindən biridir.

Məsələn:

  • Romalılar 3:23: "Çünki hamımız günah (ἁμαρτία) edib, Allahın izzətindən məhrum olduq."

  • 1 Yəhya 3:4: "Günah edən hər kəs Qanunu da pozar, çünki günah Qanunu pozmaqdır (qanunsuzluqdur - ἀνομία)."

İstinad mənbələri:

  • Strong’s Concordance (G266): Hamartiya sözü “günah, Allahın qanunlarını pozmaq” kimi izah olunur.

  • Thayer’s Greek Lexicon: Bu mənbə “hamartiya”nın mənasını “Allahın iradəsinə uyğun olmayan hərəkətlər” kimi təsvir edir.

“Anomiya” - ἀνομία

“Anomiya” qədim yunan dilində “qanunsuzluq”, “Allahın qanununa qarşı çıxmaq” deməkdir. Bu termin Allahın qanunlarına qarşı məqsədli itaətsizlik və ya rədd etməni ifadə edir. Bu termin xüsusilə İsanın peyğəmbərliklərində günahkar dünyanı təsvir etmək üçün istifadə olunur.

Məsələn:

  • Matta 7:23: "Onda Mən onlara bildirəcəyəm: 'Ey qanunsuzluq (ἀνομία) edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!'"

İstinad mənbələri:

  • Strong’s Concordance (G458): “Anomiya” Allahın qanunlarına itaətsizlik və ya açıq üsyan deməkdir.

  • Thayer’s Greek Lexicon: Bu mənbədə “qanunsuzluq” və “Allahın iradəsinə qarşı qəsdli davranış” mənaları vurğulanır.

“Paraptoma” - παράπτωμα

“Paraptoma” qədim yunan dilində “büdrəmə”, “səhv etmək”, “qəflətlilik nəticəsində günaha düşmək” mənasını verir. Bu termin, adətən, qəsdən olmayan və ya zəiflikdən qaynaqlanan günahları təsvir etmək üçün işlənilir. Bu söz Əhdi-Cədiddə qəsdən olmayan büdrəmələri izah etmək üçün istifadə olunur.

Məsələn:

  • Efeslilər 2:1: "Siz bir zamanlar təqsirləriniz və günahlarınız (büdrəmələriniz - παράπτωμα) üzündən ölü idiniz."

  • Matta 6:14-15: "Əgər başqa insanların təqsirlərini (büdrəmələrini - παράπτωμα) bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz."

İstinad mənbələri:

  • Strong’s Concordance (G3900): “Paraptoma” “qəza nəticəsində səhv etmək, büdrəmək” kimi təhlil edilir.

  • Thayer’s Greek Lexicon: Bu mənbədə “paraptoma”nın qəsdən olmayan səhvlər üçün işlədildiyi izah olunur.

Onlayn resurslar:

İdris Məmmədov
Alov Xristian Dini İcmasının pastoru

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Введите сюда:
Gündəlik çörək
Gözlə görünənə deyil, imana görə həyat sürürük.



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
İsa Məsihin “İnsan Oğlu” adlandırmasının əsaslandırılması
10.03.2025
İsa Məsih çox vaxt “İnsan Oğlu” (**בֶּן־הָאָדָם – Ben ha-Adam ivrit dilində, ὁ υἱὸς τοῦ ἀνθρώπου – ho huios tou anthropou yunan dilində) ifadəsini işlədirdi. Bu ifadənin Bibliyadakı əsaslarını və onun ivrit və yunan mənasını araşdıraq.
Müqəddəs Kitaba əsasən günahdan azad olunma
24.02.2025
Günah- bu mövzü bütün dövrlərdə aktualdır. Müqəddəs Kitabda dəfələrlə günahdan azad olmaq, günahın nəticəsindən azad olmaq, təkrarən günah işlətməmək barədə yazılmışdır
BİZİM BLOG