Alov.az - Alov Kilsələr Birliyi » Blog » Müqəddəs Kitab Allahın Kəlamıdır!

Müqəddəs Kitab Allahın Kəlamıdır!

31.08.2024
ÖN SÖZ

Əhdi-Ətiq Ya Rəbb mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, Qoy Sənin ismindən qorxum. Məzmur 86:11-12

Əziz oxucu!
Sizin əlinizdəki Müqəddəs Kitab Allahın Kəlamıdır.
Bu Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur. Allah Müqəddəs Kitabda insanlara əbədi həyata malik olmaq üçün həqiqət yolunu göstərir. Siz bu kitabdan hikmət, əxlaqi və mənəvi dəyərlər əldə edə bələcəksiniz. Bu kitab keşməkeşli həyat yollarında Allahın iradəsini öyrənməkdə sizə kömək edəcək.

Müqəddəs Kitab iki hissədən ibarətdir: Əhdi-Ətiq  Əhdi-Cədid.

Əhdi-Ətiq Allah tərəfindən bütün millətlər üçün İsrail, yəni Yəhudi xalqına nazil olan Müqəddəs Yazılardır. Əhdi-Ətiq 39 kitabdan ibarət olub, qədim ibrani və arami dillərində yazılmışdır. Əhdi-Ətiq dörd hissəyə bölünür. Tövrat – Musanın Qanun kitabı (ilk 5 kitab), Tarixi kitablar (Yeşua Kitabı ilə başlayaraq, cəmi 12 kitab), Poetik kitablar (Zəbur və digər 4 kitab), Peyğəmbərlərin kitabları (Yeşaya Peyğəmbərin Kitabı ilə başlayaraq, cəmi 17 kitab). Bu kitablar xəbər verir ki, bəşər övladları üçün dünyaya Xilaskar gələcək.

Əhdi-Cədid, yaxud İncil 27 kitabdan ibarət olub, qədim yunan dilində yazılmışdır. İlk dörd kitab İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri Kitabı İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. İncil kitabına daxil olan məktublar İsa Məsihin həvariləri və yaxın ardıcılları tərəfindən yazılmışdır. Bu məktublar ilk imanlılar cəmiyyətlərinə (kilsələrə) yol göstərmək, İsa Məsihin təliminə uyğun həyat tərzi yaşamaq və qarşılaşdıqları çətinliklərin öhdəsindən necə gəlməyi öyrədir. İncilin Vəhy adlanan son kitabı isə insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayır.

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Введите сюда:
Gündəlik çörək
Gözlə görünənə deyil, imana görə həyat sürürük.



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
İsa Məsihin “İnsan Oğlu” adlandırmasının əsaslandırılması
10.03.2025
İsa Məsih çox vaxt “İnsan Oğlu” (**בֶּן־הָאָדָם – Ben ha-Adam ivrit dilində, ὁ υἱὸς τοῦ ἀνθρώπου – ho huios tou anthropou yunan dilində) ifadəsini işlədirdi. Bu ifadənin Bibliyadakı əsaslarını və onun ivrit və yunan mənasını araşdıraq.
Müqəddəs Kitaba əsasən günahdan azad olunma
24.02.2025
Günah- bu mövzü bütün dövrlərdə aktualdır. Müqəddəs Kitabda dəfələrlə günahdan azad olmaq, günahın nəticəsindən azad olmaq, təkrarən günah işlətməmək barədə yazılmışdır
BİZİM BLOG