Alov.az - Alov Kilsələr Birliyi » Blog » Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsi

Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsi

31.08.2024

Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Müqəddəs Kitab dünyada birinci yeri tutur. Beş əsr bundan əvvəl Müqəddəs Kitab yalnız 33 dilə tərcümə edilmiş, XIX əsrin əvvəllərində isə 70 dilə tərcümə edilmişdir.

Müəyyən edilmişdir ki, 2007-ci ilin sonunadək Müqəddəs Kitab dünyada mövcud olan 6900 dildən tam surətdə 438 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1168 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir. Orta hesabla hər on gündən bir yeni tərcümə nəşr olunur. Planetimizdə yaşayan insanların 6 faizinin hələ öz ana dilində Müqəddəs Kitabı yoxdur.

Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsi XIX əsrin ortalarından başlamışdır. 1878-ci ildə Əhdi-Cədid bütövlüklə tərcümə olundu. 1891-ci ildə Əhdi-Ətiq nəşr olundu. Bu kitablar əski ərəb əlifbası ilə nəşr olunmuşdur. 1982-ci ildə Əhdi-Cədid yenidən tərcümə olunub kirill əlifbası ilə nəşr olunmuşdur. 1995-ci ildən başlayaraq Əhdi-Ətiqin Azərbaycan dilinə yenidən tərcüməsi başlandı. Əhdi-Ətiqin ayrı-ayrı kitabları tərcümə edilərək qismən çap olundu: 1999-cu ildə Rut və Yunus, 2000-ci ildə Yaradılış və Süleymanın Məsəlləri kitabları, 2004-cü ildə Zəbur və Əhdi-Ətiq Kitabı bütünlüklə nəşr olunmuşdur.

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Введите сюда:
Gündəlik çörək
Gözlə görünənə deyil, imana görə həyat sürürük.



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
İMAN və SÜLH anlayışlarına dərin baxış
05.02.2026
Etimologiya vasitəsilə Müqəddəs Kitabı daha doğru anlamaq Dəfələrlə Müqəddəs Kitabda İsa Məsihin bizə bəxş etdiyi vədlərlə rastlaşırıq. Onun adına iman edənlərə Rəbb İsa bu imanın nə qədər böyük, geniş və dərin olduğunu izah edir. Bu izaha isə bizim ciddi ehtiyacımız var. Çünki biz Müqəddəs Kitabda rastlaşdığımız bir çox
Niyə Allahın standartlarını öz standartlarımızla əvəz etmişik?
16.07.2025
Rəbb naminə etdiyimiz xidmətin ölçü vahidi var. Bu barədə Müqəddəs Kitabda açıq və aydın şəkildə yazılıb. Lakin biz Allahın standartlarını öz standartlarımızla əvəz etmişik və çox vaxt bu əvəzləməni özümüz belə dərk etmirik. Bu təhlükə qaçınılmazdır. Buna görə də həyatımızı sığortalamaq məqsədilə özümüzü mütəmadi olaraq
BİZİM BLOG