Alov.az - Alov Kilsələr Birliyi » Blog » Qadınlar üçün » Qadınlara məsləhət

Qadınlara məsləhət

19.06.2024

Müqəddəs Kitab, 27-ci Məzmur  1-2 ayələr Davudun məzmuru. Rəbdir nurum,qurtuluşum! Mən kimdən qorxum?  Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?

Zəbur 27, Məzmur 27

“Davudun məzmuru.”

1Rəbdir nurum, qurtuluşum!

Mən kimdən qorxum?

Rəbdir ömrümün qalası,

Mən kimdən vahimələnim?

2Ətimi yemək üçün hücum edən şər adamlar –

Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar.

3Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz,

Mənimlə döyüşsələr də, arxayınam.

4Rəbdən bir arzum, bir istəyim var:

Bütün ömrüm boyu Rəbbin evində yaşayım,

Məbədində Rəbbin camalına baxım,

Ona pərəstiş edim.

5Dar gündə məni çardağında gizlər,

Çadırının örtüyü ilə örtər,

Qaya başındakı yüksək yerə gətirər.

6İndi ətrafımdakı düşmənlərimin üzərində

Qələbələr çalacağam,

Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm,

Onu ilahilərlə tərənnüm edəcəyəm.

7Ya Rəbb, dinlə, Səni çağırıram,

Lütf edib mənə cavab ver.

8Sən dedin: «Üzümü axtarın».

Ya Rəbb, mən Sənin üzünü axtarıram.

9Üzünü məndən gizlətmə,

Qulunu qəzəblə qovma.

Mənə Sən kömək etmisən,

Məni atma, tərk etmə,

Ey məni qurtaran Allahım!

10Ata-anam məni atsa belə,

Rəbb məni qəbul edər.

11Ya Rəbb, yolunu mənə öyrət,

Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et.

12Məni düşmənlərin əlinə salma,

Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar.

13Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm,

Buna şübhəm yoxdur.

14Rəbbə ümid bağla!

Möhkəm və cəsarətli ol!

Rəbbə ümid bağla!

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Введите сюда:
Gündəlik çörək
Gözlə görünənə deyil, imana görə həyat sürürük.



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
İMAN və SÜLH anlayışlarına dərin baxış
05.02.2026
Etimologiya vasitəsilə Müqəddəs Kitabı daha doğru anlamaq Dəfələrlə Müqəddəs Kitabda İsa Məsihin bizə bəxş etdiyi vədlərlə rastlaşırıq. Onun adına iman edənlərə Rəbb İsa bu imanın nə qədər böyük, geniş və dərin olduğunu izah edir. Bu izaha isə bizim ciddi ehtiyacımız var. Çünki biz Müqəddəs Kitabda rastlaşdığımız bir çox
Niyə Allahın standartlarını öz standartlarımızla əvəz etmişik?
16.07.2025
Rəbb naminə etdiyimiz xidmətin ölçü vahidi var. Bu barədə Müqəddəs Kitabda açıq və aydın şəkildə yazılıb. Lakin biz Allahın standartlarını öz standartlarımızla əvəz etmişik və çox vaxt bu əvəzləməni özümüz belə dərk etmirik. Bu təhlükə qaçınılmazdır. Buna görə də həyatımızı sığortalamaq məqsədilə özümüzü mütəmadi olaraq
BİZİM BLOG