Alov.az - Alov Kilsələr Birliyi » Blog » Suallar & Cavablar » Allahın mənim həyatım üçün olan iradəsini nəcə öyrənə bilərəm?

Allahın mənim həyatım üçün olan iradəsini nəcə öyrənə bilərəm?

04.07.2024

Verilmiş vəziyyətə uyğun olaraq, Allahın iradəsini öyrənməyin iki yolu var:

1) Nə istədiyinə diqqət et və ya Kəlamın qadağan etdiyi şeyi etməməyi nəzərə al.

2) Nə istədiyinə diqqət et və ya Allahın iradəsini yerinə yetirmək Allahı izzətləndirəcək və sənin ruhani inkişafına kömək edəcək. 

Əgər bu iki şey həqiqətdirsə və Allah hələ də istədiyin şeyi sənə vermirsə - demək istədiyin şeyi almaq Rəbbin iradəsi deyil. Yaxud da sən bir az daha gözləməlisən. Bəzən Allahın iradəsini bilmək çətindir. İnsanlar Allahın onlara nə etməli olduqlarını deməsini istəyir - harada işləməyi, harada yaşamağı, kiminlə ailə qurmağı və s. Romalılara 12:2 bizə deyir: “Və bu zəmanəyə uyğunlaşmayın, ancaq Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün ağlınızın yeniləşməsi ilə kökündən dəyişin.”

Allah nadir hallarda insanlara birbaşa və xüsusi məlumat verir. Allah bizə həmin şeylər haqqında seçim etmək imkanı verir. Allahın bizim etməyimizi istəmədiyi yeganə şey günah etməyimiz və Onun iradəsinə qarşı müqavimət göstərməyimizdir. Allah istəyir ki, biz elə seçimlər edək ki, bu Onun iradəsinə uyğun olsun. Beləliklə, sənin üçün Allahın iradəsinin nə olduğunu necə öyrənə bilərsən? Əgər sən Rəbblə yeriyirsənsə və həqiqətən Onun həyatın üçün olan iradəsini bilmək istəyirsənsə - Allah Öz istəklərini Sənin ürəyinə qoyacaqdır. Bunun açarı öz iradəni deyil, Allahın iradəsini arzulamaqdadır. “Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq” (Zəbur 37:4). Əgər Müqəddəs Kitab buna qarşı deyilsə və bu həqiqətən sənin ruhən faydalanmağın üçündürsə - onda Müqəddəs Kitab sənə qərar verməyə və ürəyinin səsini dinləməyə “icazə” verir.

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Введите сюда:
Gündəlik çörək
Gözlə görünənə deyil, imana görə həyat sürürük.



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
İMAN və SÜLH anlayışlarına dərin baxış
05.02.2026
Etimologiya vasitəsilə Müqəddəs Kitabı daha doğru anlamaq Dəfələrlə Müqəddəs Kitabda İsa Məsihin bizə bəxş etdiyi vədlərlə rastlaşırıq. Onun adına iman edənlərə Rəbb İsa bu imanın nə qədər böyük, geniş və dərin olduğunu izah edir. Bu izaha isə bizim ciddi ehtiyacımız var. Çünki biz Müqəddəs Kitabda rastlaşdığımız bir çox
Niyə Allahın standartlarını öz standartlarımızla əvəz etmişik?
16.07.2025
Rəbb naminə etdiyimiz xidmətin ölçü vahidi var. Bu barədə Müqəddəs Kitabda açıq və aydın şəkildə yazılıb. Lakin biz Allahın standartlarını öz standartlarımızla əvəz etmişik və çox vaxt bu əvəzləməni özümüz belə dərk etmirik. Bu təhlükə qaçınılmazdır. Buna görə də həyatımızı sığortalamaq məqsədilə özümüzü mütəmadi olaraq
BİZİM BLOG