Alov.az - Alov Kilsələr Birliyi » Blog » Suallar & Cavablar » Xilas yalnız imanla mümkündür, yoxsa iman üstəgəl əməllərlə?

Xilas yalnız imanla mümkündür, yoxsa iman üstəgəl əməllərlə?

04.07.2024

Yəqin ki, bu bütün Məsihçilik nəzəriyyəsində ən vacib sualdır. Bu sual intibaha - Protestant və Katolik kilsələri arasındakı ayrılmaya səbəb olmuşdu. Bu sual Biblik Məsihçilik və “Məsihçi” ayinləri arasındakı fərqin açarıdır. Xilas yalnız imanla mümkündür, yoxsa iman üstəgəl əməllərlə? Mən yalnız İsaya iman etməklə xilas oluram, yoxsa İsaya inanmaqla yanaşı müəyyən şeyləri də etməliyəm?

Yalnız imanla, yoxsa iman üstəgəl əməllərlə sualı Müqəddəs Kitabın bəzi mübahisəli fəsillərini çətinləşdirir. Romalılara 3:28, 5:1 və Qalatiyalılara 3:24-ü Yaqub 2:24-lə müqayisə et. Bəziləri Pavel (yalnız imanla xilas) və Yaqub (iman üstəgəl əməllərlə xilas) arasında fərq görür. Həqiqətdə isə Pavel və Yaqub bir-biri ilə razı idilər. Bəzi insanların razılaşmadığı yeganə fikir iman və əməllər arasındakı münasibətdir. Pavel qəti şəkildə salehliyin yalnız imanla olduğunu (Efeslilərə 2:8-9) dediyi halda, Yaqub salehliyin iman üstəgəl əməllərlə olduğunu deyir. Bu problemə Yaqubun dəqiq nə demək istədiyini nəzərdən keçirəndə cavab tapmaq olar. Yaqub yaxşı əməlləri olmadan iman edən insanı təkzib edirdi (Yaqub 2:17-18). Yaqub bu fikri vurğulayır ki, Məsihdə həqiqi iman həyatı dəyişdirir və yaxşı əməlləri hasil edir (Yaqub 2:20-26). Yaqub demir ki, salehlik yalnız iman üstəgəl əməllərlə mümkündür, lakin onu nəzərdə tutur ki, imanla həqiqətən saleh olan insanın həyatında yaxşı əməllər olur. Əgər insan imanlı olmaq istəyirsə, lakin həyatında yaxşı əməlləri yoxdursa - onda Onun Məsihdə həqiqətən imanı yoxdur (Yaqub 2:14, 17, 20, 26).

Pavel də öz yazılarında eyni şeyi deyir. Yaxşı bəhrə verən imanlıların həyatında Qalatiyalılara 5:22-23-ün sıyahısındakılar olmalıdır. Bizim əməllərlə deyil, imanla xilas olduğumuzu dedikdən dərhal sonra Pavel, bizim yaxşı əməllər etmək üçün yaradıldığımızı söyləyir (Efeslilərə 2:10). Pavel də Yaqub kimi insanlardan dəyişilmiş həyat gözləyir “Buna görə kim Məsihdədirsə, yeni məxluqdur; köhnə şeylər keçdi, indi hər şey yeni oldu!” (2Korinflilərə 5:17) Pavel və Yaqub öz xilas haqqındakı təlimlərində bir-birindən narazı deyildilər. Onlar eyni mövzuya müxtəlif perspektivlərdən yanaşırdılar. Pavel sadəcə salehliyin imanla mümkün olduğunu vurğuladığı halda, Yaqub Məsihdəki imanın yaxşı əməllər hasil etməsi faktını vurğulayır.

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Введите сюда:
Gündəlik çörək
ALOV Cəmiyyətlər Əməkdaşlığı 2010-cu ildə yaradıldı. Azərbaycanda və Azərbaycandan kənarda Isa Məsih haqqında xoş xəbəri yaymaq və iman edənlər ilə birgə Məsihin cəmiyyətlərini yaratmaq. Mövcüd olan və yeni yaranmış Məsihi cəmiyyətlərinə ruhanı, mənəvi dəstək verərək təyinatlarını icra etmələrinə, müjdə xidmətlərinin təşkil edilməsinə dəstək vermək, seminatlar, konfranslar təşkil etmək, xidmətlərinin icra edilməsi məqsədi ilə təciz etmək, cəmiyyətlər arası dostluq və əməkdaşlıq yaratmaq üçün əməkdaşlıqdır



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
Məsihə birləşmiş insan kimi yaşayaq
21.10.2024
Məsihə birləşmiş insan kimi yaşayaq - Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Açılan hər sabahda Rəbb Allahın sözü haqqında düşünürük. Çünki hər açılan sabah bizim üçün yeni fürsət və imkan gətirir. Ona görə də hər vəziyyətdən istifadə edək, Rəbb Allahın bizə verdiyi hər günü sevinclə,alqışla başlayaq və gün boyu Onun
Davud Peyğəmbərin hər hal üçün duaları (Zəburları)
11.10.2024
Uşaq doğulması üçün Zəburlar Hisslər. Qorxu. Davranış Sürgünün sonu / Məsih Ümumi dualar Xəstəliklər Tərif / İnam Qorunma üçün Zəburlar Tövbə, Bağışlanma və Tövbə üçün Zəburlar Uğur üçün Zəburlar Səyahət zamanı Zəburlar
BİZİM BLOG