Həyatın mənası nədir?
Həyatın mənası nədir? Həyatda məqsədi, tamamlanmanı və məmnunluğu necə tapa bilərəm? Məndə nəyisə uzunmüddətli tamamlamaq potensialı olacaqmı? Bir çox insanlar həyatın mənasının nə olduğunu tapmağa çalışıblar. Həyatda istədikləri bir çox şeylərə nail olduqlarına baxmayaraq, onlar illər öncəyə baxıb, münasibətlərinin nə üçün belə zəiflədiyini və nə üçün belə boşluq hiss etdiklərini düşünürlər. Bir məşhur beyzbolçudan soruşdular: “İlk dəfə beyzbol oynamağa başlayanda, insanların sənə hansı sualı vermələrini istəyərdin? O isə cavab vermişdi: “İstəyərdim mənə desinlər ki, sən zirvəni fəth edəndə görəcəksən ki, orada heç nə yoxdur.” Bir çox məqsədlərin boşluğu o zaman görünür ki, ona illər sərf olunur.
Bizim humanist cəmiyyətimizdə insanlar bir çox işlərlə məşğul olurlar və bundan hansısa mənanı tapacaqlarını düşünürlər. Bu məşğuliyyətlərə daxildir: biznes uğurları, var-dövlət, yaxşı münasibətlər, seks, əyləncə, başqalarına yaxşılıq etmək və s. İnsanlar şəhadət edirlər ki, onlar var-dövlət, münasibətlər və məmnunluq əldə etsələr də, hələ də onların ürəklərində elə bir boşluq var ki, onu heç nə doldura bilmir.
Vaiz kitabının müəllifi bunu belə təsdiq edir, “Hər şey puçdur, puçdur, tamam puçdur!” Bu müəllifin ölçüyə gəlməz var-dövləti, nə öz, nə də bizim dövrümüzdə heç kimdə olmayan müdrikliyi, yüzlərlə kənizi, bir sıra padşahlıqların həsəd apara biləcəyi saray və bağları, ən yaxşı yemək və şərabları və sarayında əyləncənin hər növü var idi. O, ürəyi istədiyi hər şeyə nail olduğunu demişdi. Buna baxmayaraq, o, bir sözlə demişdi, “səma altındakı həyat” boşdur! Bu boşluğun səbəbi nədir? Çünki Allah bizi hal-hazırda yaşadığımız şeylərdən daha böyük məqsəd üçün yaratmışdır. Süleyman Allaha demişdi, “...Allah əbədiyyəti də insanların ürəyinə qoydu.” Biz ürəyimizdə bilirik ki, həyat yalnız “indi burda” olanlardan ibarət deyil.
Müqəddəs Kitabın ilk kitabı olan Yaradılışda Allahın bizi Öz surətində yaratdığını görürük (Yaradılış 1:26). Bunun mənası odur ki, biz digər şeylərdən fərqli olaraq, Allaha daha çox bənzəyirik (digər həyat formalarından daha çox). Biz həm də görürük ki, bəşəriyyət günaha batmışdır və yer üzünə lənət gəlməmişdən öncə aşağıdakılar həqiqət idi: (1) Allah insanı ünsiyyətcil etdi (Yaradılış 2:18-25); (2) Allah insana iş verdi (Yaradılış 2:15); (3) Allahın insanla ünsiyyəti var idi (Yaradılış 3:8); və (4) Allah insana yer üzündə olan hər şeyə hökmranlıq etmək səlahiyyəti verdi (Yaradılış 1:26). Bu bəndlərin mənası nədir? Mən inanıram ki, Allah bunları bizə verməklə həyatımızı tamamlamaq niyyətində idi, lakin bütün bunlar (xüsusilə də insanların Allahla ünsiyyəti) insanın günaha düşməsinə pis təsir etdi və nəticədə yer üzü lənətləndi (Yaradılış 3).
Müqəddəs Kitabın son kitabı olan Vəhydə, axır zamanda baş verən hadisələrin sonunda Allah indiki göyü və yeri məhv edəcəyini, yeni göy və yer yaradacağını açıqlayır. O zaman Rəbb xilas olmuş insanlarla Öz ünsiyyətini bərpa edəcəkdir. Bəzi insanlar cəzalandırılacaq və Odlu gölə atılacaqlar (Vəhy 20:11-15). Günahın lənəti götürüləcək; artıq nə günah, nə kədər, nə fəryad, nə ölüm, nə də ağrı olacaqdır (Vəhy 21:4). İmanlılar hər şeyi miras alacaqlar; Allah onlarla səltənət sürəcək və onlar Allahın övladları olacaqlar (Vəhy 21:7) Beləliklə, Allah bizi Özü ilə ünsiyyət üçün yaradıb; insan günah edib, bu ünsiyyəti qırıb; Allah bu ünsiyyəti Ona layiq olanlar üçün tamlığı ilə bərpa edib. İndi həyatda hər şeyə nail olsan da öldükdən sonra Allahdan ayrı düşsən, bunlar hamısı faydasızdır. Lakin Allah nəinki əbədi bəxtiyarlıq üçün yol açıb (Luka 23:43), lakin indiki həyatımızın da mənalı və qənaətbəxş olmasını təmin edib. Bəs indi bu əbədi bəxtiyarlığı və “yer üzərində olan cənnəti” necə əldə etmək olar?
İSA MƏSİH VASİTƏSİLƏ BƏRPA OLUNMUŞ HƏYATIN MƏNASI
Yuxarıda qeyd olunduğu kimi, həm indiki vaxtın, həm də əbədiyyətin mənası özünü Allahın insanlarla olan ünsiyyəti bərpasında tapır, hansı ki, Adəm və Həvvanın vaxtında günaha batmaq vasitəsilə itirilmişdi. Bu gün, Allahla həmin ünsiyyət Onun Oğlu, İsa Məsih vasitəsilə mümkündür (Həvarilərin İşləri 4:12; Yəhya 14:6; Yəhya 1:12). Əbədi həyat bir kəsin öz günahlarından tövbə etdiyi zaman qazanılır (bir daha günahda yaşamaq istəməyən, İsa Məsihin onu dəyişməsini və yeni məxluq etməsini istəyən kəsin) və İsa Məsihə Xilaskar kimi etibar etməkdən başlayır (əlavə məlumat üçün “Xilas planı nə deməkdir?” sualına bax).
İndiki real həyat özünü İsa Məsihə Xilaskar kimi inanmaqda tapmır. Həyatın real mənası özünü İsanın şagirdi kimi Məsihi izləməkdə, Ondan öyrənməkdə, Onun Kəlamı olan Müqəddəs Kitabla vaxt keçirməkdə, Onunla duada birləşməkdə və əmrlərinə itaətdə tapır. Əgər sən iman etməmisənsə, (yaxud yeni imanlısansa) yəqin ki, özünə bu sualı verirsən, “Bu çox da cəlbedici səslənmir!” Lakin zəhmət olmasa bir az daha oxu. İsa aşağıdakı fikirləri deyib
“Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür” (Matta 11:28-30). “Mən isə gəldim ki, qoyunlarımda həyat, bol həyat olsun” (Yəhya 10:10b). “Kim ardımca gəlmək istəyirsə, özünü inkar etsin və çarmıxını götürüb Məni izləsin. Çünki kim canını xilas etmək istərsə, onu itirəcək; amma kim canını Mənim uğrumda itirsə, onu qazanacaqdır” (Matta 16:24-25). “Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq” (Zəbur 37:4).
Bu ayələr onu demək istəyir ki, bizim seçimimiz var. Biz öz həyatımızı idarə etməyi davam edə bilərik (nəticəsi isə boş həyat yaşamaqdır) yaxud biz Allahı izləməyi və bütün qəlbimizlə Onun həyatımız üçün olan iradəsini seçə bilərik (nəticədə mənalı həyat yaşaya, ürəyimizin arzularına çata bilərik və razılıq və məmnunluq taparıq). Bu belədir, çünki bizim Yaradanımız bizi sevir və bizim üçün ən yaxşısını arzulayır (asan həyat yox, lakin mənalı həyat).
Sonda mən bir pastor dostumdan götürdüyüm analogiya ilə bölüşmək istəyirəm. Əgər sən idmanı sevirsənsə və peşəkar idmançı olmağı qərara almısansa, onda sən qanayan burunla stadionun ən axrıncı cərgəsindəki oturacağı əldə edəcək yaxud da yüz dollarlarından keçib, ayağa qalxıb oyuna qoşulmalısan. Məsihçi həyatı da belədir. Allahın işini öz təcrübəsindən keçirmək Rəbbin Günü məsihçiləri üçün deyil. Onlar bunun dəyərini ödəmirlər. Allahın işini öz təcrübəsindən keçirən şəxs bütün ürəyilə Məsihin şagirdi olan və öz arzularını deyil, Allahın məqsədlərini izləməyi qərara alan şəxsdir. Onlar bunun dəyərini ödəmişlərdir; onlar həyatı təcrübədən keçirmiş, özləri ilə üz-üzə qalmış və öz Yaradanlarını heç bir təəssüf etmədən izləyənlərdir! Sən bunun bahasını ödəmisənmi? Ödəmək niyyətindəsənmi? Əgər belədirsə, sən artıq məna və ya məqsəd axtarışında olmayacaqsan.
Daha çox
Mattanın Nəql Etdiyi Müjdə 24:35