Alov.az - Alov Kilsələr Birliyi » Blog » Suallar & Cavablar » Müqəddəs Kitab həqiqətən Allahın Sözüdürmü?

Müqəddəs Kitab həqiqətən Allahın Sözüdürmü?

07.07.2024

Bu suala olan cavabımız yalnız bizim Müqəddəs Kitaba olan baxışımızı və həyatımızdakı vacibliyini müəyyən etməyəcək, lakin həmçinin nəticə etibarı ilə bizim üzərimizdə əbədi təsiri olacaq. Əgər Müqəddəs Kitab həqiqətən Allahın Sözüdürsə, onda biz ona ümid bəsləməli, öyrənməli, tabe olmalı və inanmalıyıq. Əgər Müqəddəs Kitab Allahın Sözüdürsə, deməli biz onu özümüzdən uzaqlaşdırsaq, Allahın Özünü uzaqlaşdırmış oluruq.

Allahın Müqəddəs Kitabı bizə verməsi faktı Onun bizə olan məhəbbətinin sübutu və təsviridir. “Vəhy” ifadəsinin mənası - Allahın bəşəriyyətə Özünün necəliyini göstərməsi və Onunla necə düzgün ünsiyyətdə olmaq üçün əlaqə yaratmasıdır. Allah bu şeyləri bizə ilahi yolla Müqəddəs Kitabda açıqlamasaydı, biz bunları bilməzdik. Baxmayaraq ki, Allahın Özünü açıqlaması vəhyi Müqəddəs Kitabda təxminən 1500 il ərzində verilmişdir, O hər zaman insanın Allahla düzgün ünsiyyətdə olması üçün Allahı tanımağa ehtiyacı olduğunu bildirmişdir.

Bizim özümüzə verməli olduğumuz sual budur: mən Müqəddəs Kitabın sadəcə yaxşı bir kitab deyil, Allahın Sözü olduğunu necə öyrənə bilərəm? Müqəddəs Kitabı bu günə qədər yazılmış digər ruhani kitablardan fərqləndirən qeyri-adiliyi nədədir? Müqəddəs Kitabın həqiqətən Allahın Sözü olduğuna dair hansısa sübut varmı? Əgər biz Müqəddəs Kitabın Allahın Sözü olub-olmadığını dəqiqliklə yoxlasaq, bizdə bu tip suallar yaranacaq. Müqəddəs Kitab ruhdan ilhamlanmış, iman etmək və təcrübədən keçirmək üçün tamamilə kifayət edən Allahın həqiqi Sözüdür.

Müqəddəs Kitabın Allahın Sözü olması faktına heç bir şübhə olmamalıdır. Bu 2 Timoteyə 3:15-17-də aşkar görünür, “Müqəddəs Yazıları da uşaqlıqdan etibarən bilirsən. Bu Yazılar, Məsih İsaya iman vasitəsilə sənə xilas gətirən hikməti verməyə qadirdir. Hər Müqəddəs Yazı Allahdan ilham almış və təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin.”

Bu suallara cavab vermək üçün biz Müqəddəs Kitabın Allahın Sözü olması barəsindəki daxili və xarici sübutlara nəzər salmalıyıq. Daxili sübutlar o sübutlardır ki, Müqəddəs Kitab özü-özünün müqəddəsliyinə şəhadət edir. Müqəddəs Kitabın həqiqətən Allahın Sözü olmasına dair ilk daxili sübut onun birliyidir. Müqəddəs Kitab 66 ayrı-ayrı kitabdan ibarətdir. O üç kontinendə, üç ayrı dildə, təxminən 1500 il ərzində və 40-dan çox müəllif (müxtəlif həyat tərzinə malik olan insanlar) tərəfindən yazılmasına baxmayaraq, başlanğıcdan sonadək yeganə bir kitab kimi qalıb. Bu nadir birlik Müqəddəs Kitabı digər kitablardan fərqləndirir və sübut edir ki, bu kitab Allahın idarə etdiyi və ilhamlandırdığı insanlar tərəfindən yazılıb.

Müqəddəs Kitabın həqiqətən Allahın Sözü olduğunu göstərən digər daxili sübut, onun peyğəmbərliklərdən ibarət olmasıdır. Müqəddəs Kitabda, İsrail də daxil olmaqla, hər hansı bir xalqın gələcəyi, müəyyən bir şəhərin gələcək aqibəti, bəşəriyyətin gələcəyi, Məsihin yer üzündə doğulması və yalnız İsrailin deyil, bütün Ona iman edənlərin Xilaskarı olacağı haqqındakı peyğəmbərliklər təfərrüatı ilə verilmişdir. Digər ruhani kitablardan - Nostradamusun peyğəmbərliklərindən fərqli olaraq, biblik peyğəmbərliklər təfərrüatı ilə verilmiş və həmişə həyata keçmişdir. Təkcə Əhdi-Ətiqdə İsa Məsihlə əlaqədar olan 300-dən çox peyğəmbərliklər var. Yalnız onun doğulması və hansı ailədən gələcəyi haqqında deyil, həmçinin onun ölməsi və üç gündən sonra dirilməsi haqqında məlumatlar da qabaqcadan deyilmişdir. Müqəddəs Kitabın Allahdan olduğunu izah etmək üçün həyata keçmiş peyğəmbərliklərdən başqa məntiqi yol yoxdur. Heç bir başqa ruhani kitablarda Müqəddəs Kitabda olduğu kimi qabaqcadan söylənmiş peyğəmbərliklər mərhələlərlə verilməyib.

Müqəddəs Kitabın ilahiliyinin üçüncü daxili sübutu onun səlahiyyəti və gücüdür. Bu əvvəlki iki daxili sübutdan daha fərdi olduğu üçün, Müqəddəs Kitabın ilahiliyinə daha güclü şəhadətdir. Müqəddəs Kitab bu günə qədər yazılmış bütün kitablardan fərqli olaraq nadir səlahiyyətə malikdir. Bu səlahiyyət və güc özünü Müqəddəs Kitabı oxumaqla saysız həyatların dəyişilməsində göstərir. Müqəddəs Kitabı oxumaqla narkotik maddələrə alüdə olan insan şəfa tapır, homoseksual azad olur, atılmışlar, əldən düşmüşlər və qatı cinayətkarlar Onun vasitəsilə dəyişilir, günahkarlar məzəmmət olunur, nifrət məhəbbətə çevrilir. O təsiredici və dəyişdirici qüvvəyə malikdir, çünki O həqiqətən Allahın Sözüdür.

Müqəddəs Kitabın həqiqətən Allahın Kəlamı olmasına dair daxili sübutlardan başqa xarici sübutlar da var. Bu sübutlardan biri Müqəddəs Kitabın tarixiliyidir. Çünki Müqəddəs Kitabdakı tarixi hadisələrin detallarının həqiqiliyi və düzlüyü onu başqa tarixi sənədlərdən fərqləndirən sübutdur. Arxeoloji sübutlar və digər yazılı sənədlər vasitəsilə onun həqiqiliyi və düzlüyü dəfələrlə sübut olunmuşdur. Yeri gəlmişkən, bütün arxeoloji sübutlar və əlyazmalar Müqəddəs Kitabın qədim dünyadan olan ən yaxşı sənədləşdirilmiş kitab olduğunu müdafiə edir. Müqəddəs Kitabdakı tarixi hadisələrin dəqiqliyi onun həqiqiliyinə işarədir. Bu ruhani mövzu və doktrinlərə nəzərən onun həqiqətən Allahın Sözü olduğunu sübut edir.

Müqəddəs Kitabın həqiqətən Allahın Sözü olduğuna dair xarici sübutlardan biri də onun müəlliflərinin qətiyyətidir. Əvvəldə qeyd olunduğu kimi, Allah Öz Sözünü bizə çatdırmaq üçün müxtəlif həyat tərzinə malik olan insanlardan istifadə etmişdir. Bu müəlliflərin həyatları haqqında oxuyarkən onların düzgün və səmimi olmadıqlarına inanmaq üçün heç bir səbəb yoxdur. Onların həyatlarına və inandıqları şeyə görə ölməyə hazır olmaları faktına nəzər saldıqda, dərhal bu sadə və səmimi insanların Allahın onlarla həqiqətən danışdığına inandıqları məlum olur. Əhdi-Cədidin müəllifləri və yüzlərlə digər imanlılar öz mesajlarının həqiqiliyini bilirlər, çünki Onlar İsa Məsihi ölüb diriləndən sonra görmüş və Onunla vaxt keçirmişdilər (1 Korinflilərə 15:6). Məsihin dirilməsinin şahidi olmaq bu insanların həyatında çox böyük təkan olmuşdu. Müəlliflər Allahın onlara açıqladığı açıqlamalara görə ölməyə də hazır idilər. Onların həyatı və ölümü Müqəddəs Kitabın həqiqətən Allahın Sözü olduğuna sübutdur.

Müqəddəs Kitabın həqiqətən Allahın Sözü olduğuna dair sonuncu xarici sübut Müqəddəs Kitabın pozulmazlığıdır. Bu səbəbdən də o tarixdəki bütün kitablardan daha çox yanlış tənqidlərə məruz qalır və onu məhv etməyə cəhd göstərirlər. Müqəddəs Kitab - Roma imperatoru Diokletiandan tutmuş kommunist diktatorları və müasir günün ateistlərinə qədər onların tənqidlərinə müqavimət göstərmiş və davam gətirmişdir, bu günə qədər də dünyada ən çox çap olunan kitabdır.

Tarixboyu skeptiklər Müqəddəs Kitabın mifologiya olduğunu demişlər, lakin arxeologiya onun tarixiliyini təsdiqləmişdir. Tənqidçilər onun təlimini primitiv və köhnəlmiş hesab etmişdilər, lakin onun təlimi, mənəvi və qanuni anlayışları bütün dünya ictimaiyyətinə və mədəniyyətlərinə müsbət təsir etmişdir. O hələ də bir çox alimlər, psixoloqlar və siyasi hərəkatlar tərəfindən tənqidə məruz qalsa da, öz dəqiqliyini və müvafiqliyini yazıldığı ilk gündə olduğu kimi, bu gün də saxlamaqdadır. Bu kitab 2000 il ərzində saysız insanların həyat və mədəniyyətlərini dəyişmiş kitabdır. Tənqidçilər onu məhv etmək və nüfuzdan salmaq istəsələr də, o, hücumdan əvvəl olduğu kimi öz güclülüyünü, həqiqiliyini və müvafiqliyini qoruyub saxlamışdır. Ona olan bütün hücumlar şəhadət edir ki, o həqiqətən Allahın Sözüdür. Hücumlara məruz qalmasına baxmayaraq, onun dəyişilməz və toxunulmaz qalması bizi təəccübləndirməməlidir. Bütün bunlara baxmayaraq, İsa deyib, “Göy və yer keçib gedəcək, amma Mənim sözlərim keçib getməyəcəkdir” (Mark 13:31). Sübutlara baxandan sonra hər kəs şübhəsiz deyə bilər: “Bəli, Müqəddəs Kitab həqiqətən Allahın Sözüdür.”

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Введите сюда:
Gündəlik çörək
ALOV Cəmiyyətlər Əməkdaşlığı 2010-cu ildə yaradıldı. Azərbaycanda və Azərbaycandan kənarda Isa Məsih haqqında xoş xəbəri yaymaq və iman edənlər ilə birgə Məsihin cəmiyyətlərini yaratmaq. Mövcüd olan və yeni yaranmış Məsihi cəmiyyətlərinə ruhanı, mənəvi dəstək verərək təyinatlarını icra etmələrinə, müjdə xidmətlərinin təşkil edilməsinə dəstək vermək, seminatlar, konfranslar təşkil etmək, xidmətlərinin icra edilməsi məqsədi ilə təciz etmək, cəmiyyətlər arası dostluq və əməkdaşlıq yaratmaq üçün əməkdaşlıqdır



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
Məsihə birləşmiş insan kimi yaşayaq
21.10.2024
Məsihə birləşmiş insan kimi yaşayaq - Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Açılan hər sabahda Rəbb Allahın sözü haqqında düşünürük. Çünki hər açılan sabah bizim üçün yeni fürsət və imkan gətirir. Ona görə də hər vəziyyətdən istifadə edək, Rəbb Allahın bizə verdiyi hər günü sevinclə,alqışla başlayaq və gün boyu Onun
Davud Peyğəmbərin hər hal üçün duaları (Zəburları)
11.10.2024
Uşaq doğulması üçün Zəburlar Hisslər. Qorxu. Davranış Sürgünün sonu / Məsih Ümumi dualar Xəstəliklər Tərif / İnam Qorunma üçün Zəburlar Tövbə, Bağışlanma və Tövbə üçün Zəburlar Uğur üçün Zəburlar Səyahət zamanı Zəburlar
BİZİM BLOG