Alov.az - Alov Kilsələr Birliyi » Blog » Suallar & Cavablar » Romalıların xilas yolu nə deməkdir?

Romalıların xilas yolu nə deməkdir?

30.07.2024

Romalıların xilas yolu - Müqəddəs Kitabın Romalılara məktubundakı ayələrdən istifadə etməklə xilas Müjdəsini bölüşmək yoludur. Bu nə üçün bizim xilasa ehtiyac duyduğumuzu, Allahın xilası necə təmin etdiyini, xilası necə qəbul etməyi və xilasın nəticələrini izah etmək üçün sadə, lakin güclü bir metoddur.

Romalıların xilas yolunun birinci ayəsi Romalılara 3:23-dür, “Hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışdır.” Biz hamımız günah işlətmişik. Biz hamımız Allahı narazı salan şeylər etmişik. Günahsız insan yoxdur. Romalılara 3:10-18 günahın bizim həyatımızda necə göründüyünü təfərrüatı ilə təsvir edir. Romalıların xilas yolunun ikinci ayəsi olan Romalılara 6:23 bizə günahın nəticələrini öyərdir - “Çünki günahın əvəzi ölüm, Allahın ənamı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır.” Günahlarımıza görə qazandığımız cəza ölümdür. Yalnız fiziki ölüm yox, həm də ruhani ölüm!

Romalıların xilas yolunun üçüncü ayəsi Romalılara 6:23-ün ikinci hissəsidir. Romalılara 5:8 bəyan edir, “Lakin Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü.” İsa Məsih bizim uğrumuzda öldü! İsa Məsihin ölümü bizim günahlarımızın əvəzini ödədi. Onun dirilməsi sübut edir ki, Allah İsanın ölümünü bizim günahlarımızın əvəzi kimi qəbul etdi.

Romalıların xilas yolunun dördüncü ayəsi Romalılara 10:9-dur, “Əgər sən ağzınla “İsa Rəbbdir,” - deyə iqrar etsən və Allahın Onu ölülərdən diriltdiyinə ürəyinlə inansan xilas olacaqsan.” İsa bizim uğrumuzda öldüyü üçün biz ona inanmalı, Onun ölümünün günahlarımızın əvəzi olduğuna etibar etməliyik - onda biz xilas olarıq! Romalılara 10:13 bunu yenidən deyir, “Hər kim Rəbbin adını zikr etsə, xilas olacaqdır.” İsa günahlarımızın əvəzini ödəmək üçün öldü və bizi əbədi ölümdən azad etdi. Xilas, günahların bağışlanması, İsa Məsihə Rəbb və Xilaskar kimi iman edən hər kəs üçün həqiqidir.

Romalıların xilas yolunun sonuncu aspekti xilasın nəticələridir. Romalılara 5:1-də bu gözəl mesaj var, “Beləliklə, imanla saleh sayıldığımız üçün, Rəbbimiz İsa Məsih vasitəsi ilə Allah qarşısında bizim sülhümüz var.” İsa Məsih vasitəsilə bizim Allahla sülhümüz var. Romalılara 8:1 bizə öyrədir, “Deməli, indi Məsih İsaya aid olanlar üçün heç bir məhkumiyyət yoxdur.” İsa bizim uğrumuzda öldü, ona görə də biz heç vaxt günahlarımıza görə məhkum olunmayacağıq.” Sonda, Romalılara 8:38-39-da Allahın bizim üçün qiymətli vədi var, “Çünki mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə rəyasətlər, nə qüdrətlər, nə indiki, nə gələcək şeylər, nə hündürlük, nə dərinlik, nə də başqa məxluq bizi Rəbbimiz Məsih İsada olan Allahın məhəbbətindən məhrum etməyə qadir olmayacaqdır.”

Romalıların xilas yolunu izləmək istərdinmi? Əgər belədirsə, burada sənin edə biləcəyin bir dua nümunəsi var. Bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə və əfvinə görə minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Введите сюда:
Gündəlik çörək
Gözlə görünənə deyil, imana görə həyat sürürük.



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
İsa Məsihin “İnsan Oğlu” adlandırmasının əsaslandırılması
10.03.2025
İsa Məsih çox vaxt “İnsan Oğlu” (**בֶּן־הָאָדָם – Ben ha-Adam ivrit dilində, ὁ υἱὸς τοῦ ἀνθρώπου – ho huios tou anthropou yunan dilində) ifadəsini işlədirdi. Bu ifadənin Bibliyadakı əsaslarını və onun ivrit və yunan mənasını araşdıraq.
Müqəddəs Kitaba əsasən günahdan azad olunma
24.02.2025
Günah- bu mövzü bütün dövrlərdə aktualdır. Müqəddəs Kitabda dəfələrlə günahdan azad olmaq, günahın nəticəsindən azad olmaq, təkrarən günah işlətməmək barədə yazılmışdır
BİZİM BLOG