İsa cənnətə aparan yeganə yoldur?
“Ümumiyyətlə, mən yaxşı insanam, ona görə də cənnətə gedəcəyəm.” “Düzdür, bəzən mən pis şeylər edirəm, lakin etdiklərim arasında yaxşı şeylər daha çoxdur. Ona görə də mən cənnətə gedəcəyəm.” “Allah Müqəddəs Kitaba uyğun yaşamadığım üçün məni cəhənnəmə göndərməyəcək. Artıq vaxt dəyişilib!” “Yalnız çox pis insanlar, yəni uşaq oğruları və qatillər cəhənnəmə gedəcəklər.”
Bunlar insanlar arasında deyilən ümumi ağlabatan fikirlərdir, həqiqət isə burasındadır ki, onların hamısı yalan danışır. Dünyanın rəisi olan şeytan bu fikirləri bizim beynimizdə əkir. O və onun yolunu izləyənlər Allahın düşmənidir (1Peter 5:8). Şeytan həmişə özünü yaxşı göstərir (2Korinflilərə 11:14), lakin O bütün zehinləri Allaha məxsus olmaması üçün idarə edir. “Bu əsrin tanrısı imansızların zehinlərini kor etmişdir ki, /görünməz/ Allahın surəti olan Məsihin izzəti haqqındakı Müjdənin nuru onları aydınlatmasın” (2Korinflilərə 4:4).
Allahın kiçik günahlara fikir vermədiyinə və cəhənnəmi “pis insanlar” üçün saxladığına inanmaq yalandır. Bütün günahlar bizi Allahdan ayırır, hətta “kiçik ağ yalan” belə. Hamı günah işlədib və heç kim öz gücünə cənnətə getməyə qadir deyil (Romalılara 3:23). Bizim cənnətə getməyimiz yaxşı əməllərimizin pis əməllərimizi üstələməsinə əsaslanmır, belə olsa biz hamımız məhv olarıq. “Lakin əgər lütf ilədirsə, artıq əməllərdən asılı deyildir; yoxsa lütf artıq lütf olmaz. Və əgər əməllərdən asılı isə, bu artıq lütf deyildir; yoxsa əməl artıq əməl olmaz” (Romalılara 11:6). Biz cənnəti qazanmaq üçün heç bir saleh iş görə bilmərik (Titus 3:5).
“Dar qapıdan girin; çünki həlaka aparan qapı geniş və yol enlidir; və ondan girənlər çoxdur” (Matta 7:13). Hətta insanlar günahlı həyat yaşayırlarsa da və Allaha inanmaq dəbdə olmasa da, Allah bunu bağışlamayacaq. “Bir zamanlar bu günahlara görə hərəkət etdiniz, bu dünyanın gedişinə, havadakı hakimiyyətin, yəni indi itaətsiz insanlarda fəal olan ruhun hökmranına uydunuz” (Efeslilərə 2:2).
Allah dünyanı yaradanda o, kamil idi. Hər şey yaxşı idi. Sonra O Adəm və Həvvanı yaratdı və onlara azad iradə verdi. Onların Allahı izləmək və ya Ona itaət etmək seçimi var idi. Lakin Allahın yaratdığı ilk insanlar olan Adəm və Həvva Allaha itaətsizlik etməyi seçdilər və günaha batdılar. Bu onlarla Allah arasındakı yaxın ünsiyyəti kəsdi (onlardan sonra gələn hər kəsin, biz də daxil olmaqla). O kamildir, müqəddəsdir və günahı cəzalandırmalıdır. Günahkar olduğumuz üçün biz özümüz bunu edə bilmərik. Ona görə də Allah cənnətdə Onunla birgə olmağımız üçün bir yol yaratdı. “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 3:16). “Çünki günahın əvəzi ölüm, Allahın ənamı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır” (Romalılara 6:23). İsa doğuldu ki, bu yolu bizə öyrədə bilsin və günahlarımıza görə öldü ki, biz ölməyək. Üç gündən sonra ölüm üzərindəki qələbəsini sübut etməklə, ölülərdən dirildi (Romalılara 4:25). O, Allahla insan arasında körpü yaratdı, biz yalnız iman etməklə Onunla şəxsi ünsiyyətə malik ola bilərik.
“Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəhya 17:3). Çox insanlar Allaha inanır, hətta şeytanın özü də. Lakin biz xilası qəbul etmək üçün şəxsi ünsiyyətimizi bərpa etməli, Allaha dönməli, günahlarımızdan tövbə etməli və Onu izləməliyik. Malik olduğumuz və etdiyimiz hər şeydə Allaha etibar etməliyik. “Allah bu bəraəti, İsa Məsihə olan iman vasitəsilə, iman gətirənlərin hamısına qazandırmışdır; çünki insanlar arasında heç fərq yoxdur” (Romalılara 3:22). Müqəddəs Kitab öyrədir ki, xilasa Məsihdən başqa yol yoxdur. Yəhya 14:6-da İsa deyir, “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz.”
Xilasa yeganə yol İsadır, çünki O günahlarımızın əvəzini ödəyə bilən yeganə Şəxsdir (Romalılara 6:23). Başqa heç bir din günahın dərinliyi və nəticələri haqqında öyrətmir. Başqa heç bir din İsa Məsihin təmin edə biləcəyi günahın sonsuz qarşılığını ödəməyi təklif etmir. Başqa heç bir dinin “banisi” bəşər olmuş Allah (Yəhya 1:1, 14) olmayıb ki, - sonsuz borcları ödəyə bilsin. İsa Allah olmalı idi ki, bizim borclarımızı ödəyə bilsin. İsa insan olmalı idi ki, ölə bilsin. Xilas yalnız İsa Məsihə imanla mümkündür! “Və başqa heç kimdə xilas yoxdur; çünki səma altında insanlara verilmiş başqa bir ad yoxdur ki, onunla xilas ola bilək” (Həvarilərin İşləri 4:12).
Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.
Daha çox
Mattanın Nəql Etdiyi Müjdə 24:35