Alov.az - Alov Kilsələr Birliyi » Blog » Suallar & Cavablar » Müqəddəs Kitab homoseksuallıq haqda nə deyir? Homoseksuallıq günahdır?

Müqəddəs Kitab homoseksuallıq haqda nə deyir? Homoseksuallıq günahdır?

30.07.2024

Allah bizə aydın deyir ki, homoseksual hərəkət günahdır (Yaradılış 19:1-13; Levililər 18:22; Romalılara 1:26-27; 1Korinflilərə 6:9). Romalılara 1:26-27 xüsusilə öyrədir ki, homoseksuallıq Allahı inkar etmək və Ona itaətsizlik etməkdir. Müqəddəs Kitab bizə deyir ki, insan günah və imansızlıq etməyə davam edirsə, Allah əxlaqsız və natəmiz günah üçün “daha çox fürsət” verir ki, onlara Allahdan kənar olan həyatın mənasızlığını və ümidsizliyini göstərsin. 1Korinflilərə 6:9 elan edir ki, homoseksuallar Allahın səltənətini miras almayacaqlar.

Allah insanı homoseksual ehtiraslarla yaratmayıb. Müqəddəs Kitab bizə deyir ki, insan günahın nəticəsində (Romalılara 1:24-27) və öz seçimi ilə homoseksual olur. İnsanlar homoseksuallığa qarşı həddindən artıq həssas doğula bilərlər, necə ki, bəziləri zorakılığa və digər günahlara meylli olurlar. Bu o demək deyil ki, insan öz günahlı ehtiraslarına uyğun olaraq günah etməyi seçməlidir. Əgər insan qəzəbə / kinə həssasdırsa, bu o deməkdirmi ki, o bu hisslərə tabe olmalıdır? Əlbəttə ki, yox! Bu homoseksuallıq üçün də eynidir.

Baxmayaraq ki, Müqəddəs Kitab homoseksuallığı digər günahların “ən böyüyü” kimi təsvir etmir, lakin Allah üçün bütün günahlar eynidir. Homoseksuallıq 1Korinflilərə 6:9-10-da verilmiş siyahıdakı günahlardan biridir, hansı ki, insanı Allahın səltənətini miras almaqdan saxlayır. Müqəddəs Kitaba görə bağışlanma zinakarlar, bütpərəstlər, qatillər və oğrular üçün mümkün olduğu kimi homoseksuallar üçün də mümkündür. Allah günah üzərində qələbə qazanmaq üçün gücü homoseksuallar da daxil olmaqla, xilası üçün İsa Məsihə iman edən hər kəsə vəd edir (1Korinflilərə 6:11; 2Korinflilərə 5:17).

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Введите сюда:
Gündəlik çörək
Gözlə görünənə deyil, imana görə həyat sürürük.



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
İMAN və SÜLH anlayışlarına dərin baxış
05.02.2026
Etimologiya vasitəsilə Müqəddəs Kitabı daha doğru anlamaq Dəfələrlə Müqəddəs Kitabda İsa Məsihin bizə bəxş etdiyi vədlərlə rastlaşırıq. Onun adına iman edənlərə Rəbb İsa bu imanın nə qədər böyük, geniş və dərin olduğunu izah edir. Bu izaha isə bizim ciddi ehtiyacımız var. Çünki biz Müqəddəs Kitabda rastlaşdığımız bir çox
Niyə Allahın standartlarını öz standartlarımızla əvəz etmişik?
16.07.2025
Rəbb naminə etdiyimiz xidmətin ölçü vahidi var. Bu barədə Müqəddəs Kitabda açıq və aydın şəkildə yazılıb. Lakin biz Allahın standartlarını öz standartlarımızla əvəz etmişik və çox vaxt bu əvəzləməni özümüz belə dərk etmirik. Bu təhlükə qaçınılmazdır. Buna görə də həyatımızı sığortalamaq məqsədilə özümüzü mütəmadi olaraq
BİZİM BLOG