Müqəddəs Kitab məsihçi ondabiri haqda nə deyir?
Ondabir vermək bir çox məsihçilərin mübarizə apardığı mövzudur. Bir çox cəmiyyətlərdə ondabirə həddindən artıq məna verirlər. Eyni zamanda, çox məsihçilər Müqəddəs Kitabın Rəbbə verməklə əlaqədar olan vədinə itaət etməkdən boyun qaçırırlar. Ondabir vermək sevinclə və xeyir-dua kimi verilməlidir. Təəssüf ki, bu gün bu cəmiyyətlərdə olan nadir haldır.
Ondabir Əhdi-Ətiq anlayışıdır. Bu bütün israillilərin əməl etdiyi, yəni qazandıqları hər şeydən ondabir vermək və Çadırı / Məbədi genişləndirmək qanununun tələbi idi (Levililər 27:30; Saylar 18:26; Qanunun Təkrarı 14:24; 2 Salnamələr 31:5). Bəziləri Əhdi-Ətiqdə ondabir verməyi kahinlərin və levililərin ehtiyaclarını təmin etmək üçün vergi metodu kimi başa düşürdülər. Əhdi-Cədiddə heç bir yerdə məsihçilərin qanuni ondabir vermək sisteminə tabe olması barədə əmr və ya məsləhət yoxdur. Pavel təsdiq edir ki, cəmiyyəti saxlamaq üçün hər bir məsihçi qazancının bir hissəsini ayırmalıdır (1Korinflilərə 16:1-2).
Əhdi-Cədiddə heç bir yerdə qazancının dəqiq müəyyənləşdirilmiş bir hissəsini ayırmaq təyin edilməyib, lakin sadəcə “gəlirinin bir hissəsini ayırmaq” deyilib (1Korinflilərə 16:2). Məsihçi cəmiyyətləri Əhdi-Ətiqdəki ondabir qaydasını əsas götürüb və məsihçilərin verməsi üçün bunu “minimum zəmanət” kimi tətbiq edib. Müqəddəs Kitab verəcəyin məbləği və ya faizi dəqiq göstərməsə də, lakin o verməyin vacibliyindən və faydalarından danışır. Məsihçilər “öz gəlirlərinin bir hissəsini,” nə qədər bacarırlarsa o qədər də verməlidirlər. Bəzən bu ondabirdən çox, bəzən də ondabirdən az vermək mənasını verir. Bu məsihçinin qabiliyyətindən və cəmiyyətin ehtiyaclarından asılıdır. Hər bir məsihçi ianə vermək işində iştirak edəndə, nə qədər verəcəyini dəqiq bilməsi üçün Allaha səylə dua etməli və Onun hikmətini axtarmalıdır (Yaqub 1:5). “Hər kəs ürəyində niyyət etdiyi kimi versin, kədərlə, yaxud məcburi yox; çünki Allah gülər üzlə verəni sevir” (2Korinflilərə 9:7).
Daha çox
Mattanın Nəql Etdiyi Müjdə 24:35