Alov.az - Alov Kilsələr Birliyi » Blog » Suallar & Cavablar » Müqəddəs Kitab spirtli içkilər / şərab içmək barədə nə deyir? Məsihçinin spirtli içki / şərab içməsi günahdır?

Müqəddəs Kitab spirtli içkilər / şərab içmək barədə nə deyir? Məsihçinin spirtli içki / şərab içməsi günahdır?

30.07.2024

Müqəddəs Kitabda spirtli içkilər haqqında bir çox xəbərdarlıqlar var (Levililər 10:9; Saylar 6:3; Qanunun Təkrarı 29:6; Hakimlər 13:4,7,14; 1Şamuel 1:15; Süleymanın Məsəlləri 20:1; 31:4,6; Yeşaya 5:11,22; 24:9; 28:7; 29:9; 56:12; Mikeya 2:11; Luka 1:15). Baxmayaraq ki, Kəlam məsihçiyə pivə, şərab və ya spirtli içkilər içməyi qadağan etmir. Yeri gəlmişkən bəzi ayələr spirtli içkiləri müsbət cəhətdən müzakirə edir. Vaiz 9:7 təlimat verir, “Şərabını şən ürəklə iç.” Zəbur 104:14-15 qeyd edir ki, Allah elə şərab verir ki, o “ürəkləri xoşhal edir.” Amos 9:14-də müzakirə edir ki, öz üzüm bağından şərab içmək Allahın xeyir-dua əlamətidir. Yeşaya 55:1 “Gəlin, şərabı və südü alın” deyə bizi ruhlandırır.

Allahın içki haqqında xəbərdarlığı bundan ibarətdir ki, sərxoşluqdan boyun qaçırın (Efeslilərə 5:18). Müqəddəs Kitab sərxoşluğu və onun təsirlərini mühakimə edir (Süleymanın Məsəlləri 23:29-35). Həmçinin məsihçilərə əmr olunub ki, heç bir şeyin onların bədənlərinə “hakim” kəsilməsinə imkan verməsinlər (1Korinflilərə 6:12; 2Peter 2:19). Həddindən artıq spirtli içki içmək şübhəsiz ki, asılılıqdır. Kəlam məsihçilərə başqalarını büdrətməyi və günah etməsinə səbəb olmağı qadağan edir (1Korinflilərə 8:9-13). Bu prinsipin işığı altında çox çətin ki, hansısa bir məsihçi spirtli içkini Allahın izzəti üçün içdiyini deyə bilər (1Korinflilərə 10:31).

İsa suyu şəraba çevirdi. Elə görünür ki, hətta İsa özü də bəzi hallarda şərab içirdi (Yəhya 2:1-11; Matta 26:29). Əhdi-Cədid vaxtında su çox da təmiz deyildi. Müasir sanitariya nailiyyətləri olmadığından, sular bakteriya, virus və hər cür yoluxucularla dolu olurdu. Bu indiki üçüncü dünya ölkələrində də belədir. Nəticədə, insanlar tez-tez şərab içirdilər (və ya üzüm şirəsi), çünki o daha təmiz idi. 1Timoteyə 5:23-də Pavel Timoteyi su əvəzinə (ehtimal ki, onun mədə probleminə səbəb olan su idi) şərab içməyi tövsiyə edirdi. O dövrdə şərabı qıcqırdırdılar (şərabın tərkibində spirt olurdu), lakin spirtin səviyyəsi bugünkü şərabda olduğundan az idi. Bunun üzüm şirəsi olduğunu demək səhv olardı, amma həmçinin onun bugünkü şərabla eyni olduğunu demək də yanlışdır. Yenə də, Kəlam məsihçilərə pivə, şərab və ya tərkibində spirtli içkilər olan hər növ içkini içməyi qadağan etmir. Spirtli içki özü insanı günaha aparmır. Bizim çəkinməli olduğumuz şey sərxoşluq və içkidən olan asılılıqdır (Efeslilərə 5:18; 1Korinflilərə 6:12).

Çox az miqdarda spirtli içki qəbul etməyin özü zərərli və asılılıq deyil. Yeri gəlmişkən bəzi həkimlər sağlamlıq, xüsusilə ürək üçün bir az qırmızı şərab içməyi məsləhət görürlər. Az miqdarda spirtli içki qəbul etmək məsihçinin azadlığıdır. Sərxoşluq və içkidən asılılıq isə günahdır. Baxmayaraq ki, Müqəddəs Kitabın spirtli içkilər və onun effektləri haqqındakı fikirlərini çox içki qəbul edənin tez sınağa düşməsinə, başqalarına sataşmasına və incitməsinə səbəb olduğunu nəzərə alsaq, məsihçinin özünü spirtli içkilər içməkdən tamamilə saxlaması onun üçün daha yaxşıdır.

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Введите сюда:
Gündəlik çörək
Gözlə görünənə deyil, imana görə həyat sürürük.



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
İsa Məsihin “İnsan Oğlu” adlandırmasının əsaslandırılması
10.03.2025
İsa Məsih çox vaxt “İnsan Oğlu” (**בֶּן־הָאָדָם – Ben ha-Adam ivrit dilində, ὁ υἱὸς τοῦ ἀνθρώπου – ho huios tou anthropou yunan dilində) ifadəsini işlədirdi. Bu ifadənin Bibliyadakı əsaslarını və onun ivrit və yunan mənasını araşdıraq.
Müqəddəs Kitaba əsasən günahdan azad olunma
24.02.2025
Günah- bu mövzü bütün dövrlərdə aktualdır. Müqəddəs Kitabda dəfələrlə günahdan azad olmaq, günahın nəticəsindən azad olmaq, təkrarən günah işlətməmək barədə yazılmışdır
BİZİM BLOG