Alov.az - Alov Kilsələr Birliyi » Blog » Suallar & Cavablar » Məsihçi vəftizi nə qədər vacibdir?

Məsihçi vəftizi nə qədər vacibdir?

30.07.2024

Müqəddəs Kitaba əsasən, məsihçi vəftizi imanlının daxili həyatında baş verənlərin zahirən şəhadət olunmasıdır. Məsihçi vəftizi imanlının Məsihin ölümünə, dəfninə və dirilməsinə bənzərliyini təsvir edir. Müqəddəs Kitab bəyan edir, “Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsaya vəftiz olaraq, Onun ölümünə vəftiz olduq? Deməli, biz Onunla bərabər vəftiz vasitəsilə ölümə gömüldük ki, Atanın izzəti ilə Məsih ölülərdən dirildiyi kimi, biz də eyni cür yeni həyat yolunda yeriyək” (Romalılara 6:3-4). Məsihçi vəftizində suya batırılma hərəkəti Məsihin dəfn olunmasını, sudan çıxarılma hərəkəti isə Məsihin dirilməsini təsvir edir.

Məsihçi vəftizində bir kəsin vəftiz olması üçün iki tələb var: (1) Vəftiz olan şəxs İsa Məsihə Xilaskar kimi iman etməlidir və (2) insan vəftizin mənasını dərk etməlidir. Əgər bir kəs İsa Məsihə Xilaskar kimi iman edirsə, vəftizin Məsihə iman olduğunu itaətkarlıqla elan edirsə və vəftiz olmaq istəyirsə - onda həmin şəxsi vəftiz olmaqdan saxlayan heç bir səbəb yoxdur. Müqəddəs Kitaba əsasən, məsihçi vəftizi itaətkarlıq addımı və xilas üçün yalnız Məsihə etibar etməyin açıq elan olunmasıdır. Məsihçi vəftizi vacibdir, çünki bu itaətkarlıq addımıdır - Məsihə olan imanını açıq bəyan etmək, Onunla əhd bağlamaq və Onun ölümünə, dəfn olunmasına və dirilməsinə bənzəməkdir.

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Введите сюда:
Gündəlik çörək
Gözlə görünənə deyil, imana görə həyat sürürük.



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
İsa Məsihin “İnsan Oğlu” adlandırmasının əsaslandırılması
10.03.2025
İsa Məsih çox vaxt “İnsan Oğlu” (**בֶּן־הָאָדָם – Ben ha-Adam ivrit dilində, ὁ υἱὸς τοῦ ἀνθρώπου – ho huios tou anthropou yunan dilində) ifadəsini işlədirdi. Bu ifadənin Bibliyadakı əsaslarını və onun ivrit və yunan mənasını araşdıraq.
Müqəddəs Kitaba əsasən günahdan azad olunma
24.02.2025
Günah- bu mövzü bütün dövrlərdə aktualdır. Müqəddəs Kitabda dəfələrlə günahdan azad olmaq, günahın nəticəsindən azad olmaq, təkrarən günah işlətməmək barədə yazılmışdır
BİZİM BLOG