Əbədi həyatı almaq olar?
Müqəddəs Kitab əbədi həyat yolunu aydın göstərir. Biz ilk növbədə bilməliyik ki, Allaha qarşı günah işlətmişik: “Hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışdır” (Romalılara 3:23). Biz hamımız Allahı narazı salan şeylər etmişik, hansı ki, əvəzində cəza qazanmışıq. Bizim günahlarımız əbədi Allaha qarşı olduğundan, yalnız əbədi cəza bizə kifayətdir. “Çünki günahın əvəzi ölüm, Allahın ənamı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır” (Romalılara 6:23).
Lakin əbədi Allahın günahsız Oğlu İsa Məsih (1 Peter 2:22) insan oldu (Yəhya 1:1,14) və bizim cəriməmizi ödəmək üçün öldü. “Lakin Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü” (Romalılara 5:8). İsa Məsih çarmıxda ölərək (Yəhya 19:31-42), bizim çəkəcəyimiz cəzanı götürdü (2 Korinflilərə 5:21). Üç gündən sonra O, günahın və ölümün üzərində qələbə çalıb ölülərdən dirildi (1 Korinflilərə 15:1-4). “Rəbbimiz İsa Məsihin Allahı və Atasına həmd olsun ki, Öz böyük mərhəmətinə görə, İsa Məsihin ölülərdən dirilməsi ilə yenidən doğulmamızı təmin edib” (1 Peter 1:3).
Biz iman vasitəsilə günahdan üz döndərməli və xilasımız üçün Məsihə tərəf dönməliyik (Həvarilərin İşləri 3:19). Əgər Ona iman etsək, günahlarımızın əvəzini ödəmək üçün çarmıxdakı ölümünə güvənsək, onda biz bağışlanarıq və bizə əbədi həyat vəd olunar. “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 3:16). “Çünki əgər sən ağzınla “İsa Rəbbdir,” - deyə iqrar etsən və Allahın Onu ölülərdən diriltdiyinə ürəyinlə inansan xilas olacaqsan” (Romalılara 10:9). Yalnız Məsihin çarmıxda tamamlanmış işinə iman əbədi həyata aparan həqiqi yoldur! “Zira Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, Allahın ənamıdır. Əməllərdən asılı deyil ki, heç kim öyünməsin” (Efeslilərə 2:8-9).
Əgər sən İsa Məsihi öz Xilaskarın kimi qəbul etməyə razısansa, burada bir dua nümunəsi var. Yadda saxla ki, bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “Allahım, mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə və əfvinə - əbədi həyat ənamına görə çox minnətdaram! Amin!”
Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.
Daha çox
Mattanın Nəql Etdiyi Müjdə 24:35