Məsihçilər hansı gələcəyə inanırlar?
Bu uzun məktubun əvvəlində dediyim kimi, məsihçilər qadir Allaha inanırlar. Onun bu dünya üçün məqsədi var və bu məqsəd, şübhəsiz ki, əldə olunacaqdır. İnsan Allaha qarşı çıxıb günaha batanda Allah dünyanın nicatı üçün Öz Oğlunu göndərdi (Yəh. 3:16-19). Allaha iman edənlər nicat tapır, Ondan üz çevirənlər isə lənətlənirlər. ’srin sonunda Allah bütün düşmənlərini fəth edəcək və heç bir şərə yer olmayan Öz əbədi Səltənətini quracaqdır. Müqəddəs Kitabda bu gələcək hadisələrə dair çoxlu peyğəmbərliklər vardır, lakin Allah hər şeyi tamamilə bizə açmağı lazım bilmir. Ona görə də məsihçilər gələcək haqqında əvvəlcədən deyilmiş bu xəbərləri müxtəlif cür izah edirlər. Mən burada gələcək barədə yalnız vacib olan hadisələrə toxunmaq istəyirəm.
İsa Məsihin ikinci zühuru
Məsih göyə qalxmazdan əvvəl yenə də onların yanına qayıdacağı barəsində Öz şagirdlərinə dəfələrlə demişdi və məsihçilər Onun təkrar gəlişini gözləyirlər. Onun yerə birinci gəlişi insanların xilası üçün zəruri idi, ikinci gəlişi isə hökm və Allah Səltənətinin tam qurulması üçündür. Bir dəfə şagirdləri İsadan Onun nə vaxt qayıdacağını soruşduqda O, cavab verdi ki, Onun gəlişinin vaxtı yalnız Allaha məlumdur və onları əmin edirdi ki, onlar görüşə hər zaman hazır olmalıdırlar, çünki O, insanların gözləmədiyi bir vaxtda gələcək. İsa onlara dedi ki, O mələklərlə izzətdə gələcəkdir. Onun gəlişini hamı görəcəkdir. O öz şagirdlərinə insanları aldatmağa gələcək Məsihin əleyhdarı və yalançı peyğəmbərlər haqqında xəbərdarlıq etdi. Biz bilirik ki, 1900 il ərzində çoxlu belə yalançılar meydana gəlmişdir, lakin əsl məsihçilər onlara inanmamışlar. Məsih aydın deyirdi ki, əgər Məsihin gəldiyini və Onun belə bir yerdə olduğunu desələr, inanmayın. Əsl Məsih gələn zaman, o an bütün dünya bu barədə xəbər tutacaq və kimsənin bu barədə xəbər verməsinə ehtiyac qalmayacaq.
İsa göyə qalxan zaman, Onun ardınca baxan şagirdlərinə iki mələk görünüb belə dedi: ‘Sizdən göyə aparılan bu İsa göyə qaldığını necə gördünüzsə, eyni cür geri qayıdacaqdır’ (Həv. İş. 1:11). Deməli, İsa artıq qadından doğulan körpə kimi Yerdə insan şəklində yaşamaq və bu birinci dəfə olduğu kimi, ölmək üçün gəlməyəcəkdir. Müqəddəs Kitab deyir ki, İsa bir dəfə bizim günahlarımız üçün öldü və dirildi. Lakin O daha heç bir vaxt ölməyəcəkdir, belə ki, ölüm Onun üzərində heç bir hakimiyyətə malik deyildir (Rom. 6:9).
Məsih ölülərdən dirilən zaman, Onun cismani bədəni ölümə məruz olmayan ruhani bədənlə əvəz olundu. O, Ruhda görünüb və mələklər kimi yox ola bilir. İndi O, göylərdə ruhani bədəndədir və biz inanırıq ki, Onu adamlar görə biləcəklər. Biz hamımız elə yaşamalı və Rəbbə elə xidmət etməliyik ki, Rəbbin istənilən vaxt gəlişində Onu qarşılamağa hazır olaq (Matta 24 və 25).
Ölülərin dirilməsi
Bir dəfə İsa dedi: ‘Buna təəccüblənməyin, çünki elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar. Yaxşılıq edənlər dirilib həyata qovuşacaqlar, pislik edənlər isə dirilib hökmə düçar olacaqlar’ (Yəhya 5:28-29). Necə ki, bir dəfə yerdə yaşayarkən bir neçəsini ölülərdən diriltdiyi kimi, məhz O hamını həyata qaytaracaqdır. Ölülər hansı bədəndə diriləcəklər? Həvari Pavel dedi ki, torpağa əkilmiş toxum ölüb bitki kimi necə qalxırsa, fiziki bədən də elə, dirilmə zamanı dəyişiləcəkdir. Təbii cisim əkilir, ruhani cisim qalxır (1Kor. 15) Ondan soruşanlara isa dedi: ‘ölülər diriləndə, nə evlənirlər, nə də ərə gedirlər. Ancaq Allahın göydəki mələkləri kimi olurlar’ (Matta 22:30).
Qiyamət günü
Məsih yalnız ölüləri diriltməyəcəkdir. O, həm də bütün insanları mühakimə edəcəkdir (Yəh. 5:22; Həv. İş. 17:31; 2Kor. 5:10). O, ədalətli Hakimdir. O Öz ədaləti və mərhəmətilə hökm edəcəkdir. O dedi ki, bütün xalqlar Onun qarşısına yığışacaq və çoban qoyunlarını keçilərdən ayırdığı kimi, O da insanları bir-birindən ayıracaq. Xəstə və möhtaclara məhəbbət və qayğı göstərənlərə deyəcək: ‘Atamın mübarəkləri, gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Səltənəti miras alın!’ Məhəbbət və qayğı göstərməyənlərə isə deyəcək: ‘Ey lənətə gəlmişlər, Mənim yanımdan iblis ilə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın!’ Onlar əbədi cəzalanacaq, möminlər isə əbədi həyata qovuşacaqlar. Bəli, Allah Öz Oğlu İsa Məsih vasitəsilə bütün insanları mühakimə edəcəkdir. Biz hamımız – dinimizdən və əqidəmizdən asılı olmayaraq, bir gün Məsihin qarşısında durub, yer üzərində yaşayarkən buraxdığımız səhvlər, etdiyimiz günahlar üçün mühakimə olunacağıq.
Elə bir adam vamı ki, o vahiməli Qiyamət günündən qorxmasın? Bəli, var! Xilaskar Məsihə qəlbdən iman edənlər Hakim Məsihdən qorxmayacaqlar. Ona görə də O dedi: ‘Sizə doğrusunu, doğrusunu deyirəm: Mənim sözümü dinləyib Məni Göndərənə iman edənin əbədi həyatı vardır və məhkum edilməz, lakin ölümdən həyata keçmişdir’ (Yəhya 5:24). Bəli, Məsihə iman edənləri Allah qəbul edəcəkdir, çünki uğurlarında Öz canını fəda verən Məsihə itaət etmişlər. Qiyamət günü itaətkarlar öz sədaqətlərinə uyğun şəkildə mükafatlandırılacaqlar (Matta 25:14-30; 1Kor. 3:12-15).
Bəs Allahın Oğluna itaət etməkdən imtina edənlərin taleyi necə olacaq? Onlar lənətlənəcəklər və cəzalanacaqlar. İsanın dediyi kimi: ‘Ona iman edən məhkum olunmur; iman etməyən isə qabaqcadan məhkum olunmuşdur, çünki Allahın Vahid Oğlunun adına iman etməmişdir və hökm ona görədir ki, dünyaya Nur gəldi və insanlar qaranlığı Nurdan çox sevdilər, çünki əməlləri pis idi’ (Yəhya 3:18-19). Allahın Oğlunu qəbul etməyən Allahın Özünü də qəbul etmir. Bundan böyük günah yoxdur. Dostum, indi siz basa düşərsiniz ki, biz məsihçilər nə üçün dünyanın bütün insanlarının Məsihi tanımasını çox istəyirik, çünki insanlar Ondan imtina etsələr, Allah da onları rədd edəcəkdir.
Cənnət və cəhənnəm
Dediklərimdən gələcək həyat məsələsi barəsində məsihçiliyimizdən çöx şey başa düşəcəksiniz. Məsihin qəbul etdiklərinin hamısı Allahın Dərgahına gedib, məhəbbət və sevincdə əbədi olaraq Onunla birlikdə yaşayacaqlar. İsa dedi: ‘Atamın evində çox otaqlar vardır; elə olmasaydı sizə deyərdim. Çünki sizə yer hazırlamağa gedirəm. ’gər gedib hazırlasam, təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız’ (Yhəya 14:2,3).
Müqəddəs Kitabın lap axırında həvari Yəhya Allahın dərgahındakı həyatı belə təsvir etmişdir: ‘Mən yeni bir səma və yeni bir yer gördüm. Taxtdan yüksək bir səs eşitdim. Deyirdi: ‘Budur, Allahın məskəni insanlarla bərabərdir və O, onlarla bərabər yaşayacaqdır. Onlar Onun xalqı olacaq və Allahın Özü onlarla olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi. Qalib gələn, hər şeyi miras alacaq; Mən ona Allah olacağam və o, Mənə oğul olacaq’ (Vəhy21:1-7). Bu səma Allahın övladları üçün hazırlanmışdır. O bizim təsəvvür etdiyimizdən də dözəldir. Müqəddəs Kitabın dediyi kimi: ‘Allahın Onu sevənlər üçün hazırladığı şeyləri nə göz görmüş, nə qulaq eşitmiş və nə də insanın ürəyi düşünmüşdür’ (1Kor. 2:9).
Bəs Allahın övladları olmayanlar nə alacaqlar? Allah deyir: ‘Qorxaqların, imansızların, məkruhların, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların isə aqibəti od və kükürdlə yanan göldədir; bu, ikinci ölümdür’ (Vəhy 21:8). Cəhənnəm – Allahın məhəbbət və nurundan tamamilə ayrılmaqdır. Bu vəziyyətin dəhşətini heç bir sözlə ifadə etmək olmaz. Kaş ki, belə əbədi cəza əvəzinə insanlar əbədi həyat seçəydilər!
İmanlıların ölümə münasibəti
İmanlılar ölümdən qorxurlarmı? Xeyr! Çünki Məsih söz vermişdir ki, onlar ölümdən sonra onunla olacaqlar (2Kor. 5:8). Həvari Pavel Romada edam olunmamışdan qabaq yazdı: ‘Mən ayrılmaq və Məsih ilə olmaq həsrətindəyəm, çünki bu daha yaxşıdır’ (Filip. 1:23). Öz əzizlərinin dəfnində məsihçilərin himn və ilahi oxumalarını eşidən insanlar təəccüblənirlər. Biz isə bilirik ki, onlar ölmədilər, lakin Məsihlə birlidə olmaq üçün bu dünyadan getdilər və buna sevinməliyik.
Nəticə
Dostum, sizə yazdığım bu məktubu bitirməliyəm. ’minəm ki, sizin bəzi suallarınıza cavab verə bildim. Sözsüz ki, mənim cavab verə bilmədiyim başqa suallarınız da vardır. Məsələn, sizi belə bir sual maraqlandıra bilər: ‘Elmi kəşflər mənim təsvir etdiyim imanı inkar etmirlərmi?’ ’sla yox! Allah bütün həqiqətlərin Yaradıcısıdır. İstər Müqəddəs Yazılarda olsun, istərsə də təbiətdə həqiqi elmlə əsl dini etiqad arasında ziddiyyətlər yoxdur. Böyük müasir alimlərin bəziləri sədaqətli məsihçidirlər. Alimlər kainatın möcüzələrini nə qədər çox açırlarsa, biz də bu möcüzələri yaratmış Allahın qüdrət və müdrikliyinin böyüklüyünü daha yaxşı dərk edirik.
Bəlkə də bir çoxları kimi, sizi də dünyanın müharibə, səfalət və ədalətsizlik problemləri və bütün bu pisliklərinin mövcudluğuna Allahın nə üçün imkan verməsi narahat edir. Buna Müqəddəs Kitabın cavabı belədir ki, bu pislikləri ’dalətli və Müqəddəs Allah deyil, günahkarlar edirlər. Allah elə indi də xalqları günahları üçün mühakimə edib cəzalandırır. Nəhayət, yuxarıda dediyimiz kimi, Allah hər kəsi öz əməllərinə görə mühakimə edəcəkdir. Allah kainatı idarə edir. Biz Onun yaratdığı dünyaya daxil olmuş şərə onun dözümünü bütünlükə başa düşməsək də bilirik ki, gec-tez O, iblisi cəhənnəmə atacaq və Özünün Müqəddəs ’bədi Səltənətini təsis edəcəkdir.
Әziz dostum, Sizdən artıq dərəcədə xahiş edirəm ki, Müqəddəs Kitabı diqqətlə öyrənib dua edəsiniz. Müqəddəs Kitabı dərk etməkdə, Xilaslkar İsa Məsihə iman etməkdə və Allah övladı olmaqda Allah sizə kömək etsin. İnanıram mki, siz onda Yer üzündə olan bütün həyatınız boyu Allaha və insanlara xidmət edəcəksiniz. Sonra isə əbədiyyən Məsihlə birlikdə olmaq üçün Allahın Səmavi evinə köçəcəksiniz.
Daha çox
Mattanın Nəql Etdiyi Müjdə 24:35