Alov.az - Alov Kilsələr Birliyi » Blog » Suallar & Cavablar » Məsihçilər hansı müqqəddəs kitabları rəhbər tuturlar?

Məsihçilər hansı müqqəddəs kitabları rəhbər tuturlar?

31.08.2024
Məsihçilər hansı müqqəddəs kitabları rəhbər tuturlar?

Dostum! İndi isə sizin müqqəddəs kitablar haqqında suallarınıza cavab verəcəyəm. Lap qədim zamanlarda yəhudilərə və məsihçilərə “kitab əhli” deyirmişlər. Bu ad onlara həm yaraşır həm də layiqdir. Bəli istər yəhudilər istərsədə məsihçilər öz müqqəddəs kitablarının qorunub saxlanılmasına dərin maraq göstərdiklərindən onlar qazandıqları bu ada layiqdirlər.

Məsihçilər hansı kitabları “müqqəddəs” sayırlar?

Bunlar 66 kitabdır.
Həmin kitablar Müqqəddəs Kitab (Tövrat və İncil) adı ilə bir kitabda birləşdirilmişdir. Onlar adətən “Әhdi-Әtiq” və “Әhdi-Cədid” adı ilə iki hissəyə bölünür. Mən onların hər biri haqqında ayrı-ayrılıqda söhbət açacağam.

Әhdi-Әtiq

(Müqqəddəs Kitabın Məsihdən əvvəlki qədim hissəsi)
Müqqəddəs Kitabın bu hissəsi ayrı –ayrı 39 kitabdan ibarətdir. İstər yəhudilər istərsədə məsihçilər onların hamısını “Müqqəddəs kitab” sayırlar. Bu kitablar ibrani dilindədir. Onlar ən azı iki min il ərzində Müqqəddəs ruhun rəhbərliyi altında müxtəlif müəlliflər tərəfindən yazılmışlar.

Birinci kitab “Yaradılış” adlanır. O Allahın dünyanı yaratması təsviri ilə başlanır, Adəm və Həvvadan, Nuhdan və Nuh tufanından söhbət açır. Bu kitabda eləcədə Allahın göstərişi ilə İbrahimin Mesapatomiyadan çıxıb Haranda yerləşməsindən danışılır. Orada İshaq və Yaqub həmçinin qardaşları tərəfindən Misirə qul kimi satılmış, sonralar Fironun sağ əli olmuş Yusifdən söz açılır. Tövratın digər dörd kitabında Yaqubun on iki oğlunun nəsilindən Musa vasitəsilə İsrail xalqını Misirdən çıxaran Allahın gücündən danışılır. Bu kitablar Allahın bütün qanunlarını əhatə edir. Həmin qanunları isə Allah Musaya Sina dağında İsrail xalqı üçün vermişdir.

Sonrakı kitablar tarixi kitablardır. Bu kitablarda Nun oğlu Yeşuanın rəhbərliyi ilə İsraillilərin Fələstini istila etməsindən danışılır. Bu kitablarda məsihçilikdən 1000 il əvvəl İsrailə hökmdar olmaq üçün Allahın Şamuel peyğəmbəri Davudun yanına göndərməsindən və ona xeyir-dua verərək yağ ilə məsh etməsindən danışılır. Həmçinin bu kitablarda peyğəmbər və hökmdar olan Davudun düşmənləri necə dəf etməsindən və onun oğlu Süleymanın Yerusəlimdə məbəd tikdirməsindən də danışılır. Süleymandan sonra padşahlıq parçalandı.

B.e. əvvəl 586-cı ildə Babil ordusu Yerusəlimi işğal edənə qədər Süleymanın nəsli orada yəhudi nəslini idarə etdi. İşğal zamanı xeyli yəhudi əsir tutulub İraq və İrana aparıldı. 50 ildən sonra fars hökmdarı Kir Babili işğal etdi., yahudi əsirlərini Yerusəlimə qayıtmağa və orada dağıdılmış məbədi yenidən tikib başa çatdırmağa imkan vermişdir. Onlar bu məbədi bərpa etdilər. Lakin b.e. əvvəl 586-cı ildən bəri Davudun nəslindən heç kəs yəhudilərin padşahı olmadı. Fələstin yadellilərin nəzarəti altında idi.

Әhdi-Әtiqdə tarixi kitablardan sonra poetik kitablar gəlir. Bunlar Eyyubun kitabı, Davudun Zəburu, Süleymanın Məsəlləri və s. Daha sonra isə Yeşaya, İrməya, Yəxezqel, Daniel, Mika, Zəkəriyyə, Məlaki kimi peyğəmbərlərin yazdıqları 16 kitabdır. Bu peyğəmbərlərin əksəriyyəti Rəbb İsa Məsihin doğulmasından əvvəl 800-cü illə 400-cü il arasında Yəhudeyada yaşamışlar.Görünür ki, Məlakidən sonra (b.e. əvvəl 430-cu ilə yaxın), Vəftizçi Yəhyaya qədər Allah peyğəmbər göndərməmişdir.

Әhdi – Cədid (İncil)

Әhdi – Cədid 27 kitabdan ibarətdir. Bu kitablar əlli il müddətində, yunan dilində yazılmışdır. Bu, İsa Məsihin ölümü, dirilməsi və göyə qaldırılmasından sonra olmuşdur. Ə hdi – Cədid” termini Allahın öz İsrail xalqına Musa vasitəsilə çatdırdığı vəsiyyəti (əhd – peyman, təntənəli və’d) ilə əlaqədardır (Çıxış 24:1-8). Rəbb Musaya dedi:(Sən, Harun, Nadav, Avihu və Israil ağsaqqallarından yetmiş nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin. Sonra yalnız sən, ey Musa, Rəbbin hüzuruna yaxınlaş; o biriləri yaxınlaşmasınlar; xalq isə səninlə buraya çıxmasın).
Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi:(Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik). Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi:(Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik). Musa Rəbbin bütün sözlərini yazdı. O səhər erkən durub dağın ətəyində qurbangah və Israilin on iki qəbiləsinə görə on iki sütun qurdu. Sonra Musa Israilin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi.
Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər:(Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!) Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi:(Budur, bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı). Әhdi-Cədid yeni xalqa – yalnız İsa Məsihə iman edənlərə Allahın vəsiyyətidir (İrməya 31:31-34; Luka 22:30). Rəbb bəyan edir: Israil və Yəhuda xalqı ilə yeni bir əhd bağlayacağım günlər yaxınlaşır.

Bu əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular)) Rəbb belə bəyan edir. ((O günlərdən sonra Israil xalqı ilə bağlayacağım əhd belədir: Qanunumu onların içinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq)) Rəbb belə bəyan edir. ((Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını (Rəbbi tanıyın) deyib öyrətməyəcək. Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Bəli, təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam)) Rəbb belə bəyan edir. Mənim Səltənətimdə süfrəmdə yeyib-içəsiniz və Israilin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.)
Әhdi-Cədidin ilk dörd kitabı “İncil” adlanır. “İncil” yunan sözü olub “Xoş Xəbər” deməkdir. Bu kitabları dörd müxtəlif müəllif yazmışdır. Bu kitablar İsa Məsihin həyat və tə’limi haqqında müstəqil təsvirlərdir. Onlar bir-birinə zidd deyildir. Әksinə, eyni adamın müxtəlif vəziyyətlərdə çəkdirdiyi fotoşəkillər kimi, bu dörd kitab da bir-birini tamamlayır. Çox zaman Әhdi-cədidin bütün kitabları “İncil” adlandırılır.

Әhdi-Cədidin beş kitabı Həvarilərin işləri haqqındadır. Burada İsa Məsihin göylərə qalxmasından sonra 30-cu illərdə Yerusəlimdən Romaya kimi məsihçiliyin yayılma tarixindən bəhs edilir. Әsas mövzu Həvari Peter və Həvari Pavelin işləridir. Daha sonra Həvari Peter, Pavel və Yəhyanın məktublarıdır. Bu məktublar Roma imperiyasının bir çox şəhərlərinin məsihçi qəbillərinə və ayrı-ayrı məsihçilərə yazılmışdır.

Həvarilər itaət emək və yaşamaq yollarını göstərirdilər. “Vəhy” adlanan son kitabda Həvari Yəhyanın gördüyü röyaların təsviri verilmişdir. Bu kitabda inamsızlara veriləcək cəzalar İsa Məsihin tam qələbəsi və əbədi Allah Səltənətinin şöhrəti verilir. Yəhudilər yalnız Әhdi-Әtiq kitablarını müqqəddəs sayırlar, məsihçilər isə həm Әhdi-Әtiq kitablarını həm də Әhdi-Cədid kitablarını müqqəddəs sayırlar.

Yəqin siz məndən soruşmaq istəyirsiniz ki, məsihçilər bunlara “Müqqəddəs” və “Allahın kitabı” deyəndə nəyi nəzərdə tuturlar. Biz nəzərdə tutmuruq ki, Allah çoxsaylı müəlliflərə bu kitabı hər hansı bir müdürün öz katibəsinə yazdırdığı kimi diqtə etmişdir. Bu kitabların hər birini oxuduqca böyük üslubi fərqlər görünür. Nə Davud Süleyman kimi nə də Pavel Yəhya kimi yazmamışlar. Şəxsiyyətcə bir-birinə bənzəmədikləri kimi onların yazıları da xeyli fərqlənir. Maraqlana bilərsiniz ki, onların yazdıqları kitablar insanların yazdıqları kitablar kimi səhvləri və həqiqətləri olan yalnız bəşəri sənədlər idimi?

Әsila! Bu kitabları insanlar yazsalar da məsihçilər onların hamısını Allah kəlamı hesab edirlər. Biz inanırıq ki, Allah Müqqəddəs ruhu ilə bu kitabların müəlliflərinə rəhbərlik etmişdir. Onların yazdıqları isə həqiqətdir. Biz inanırıq ki, Allah öz həqiqətini öz iradəsini bu kitabları yazmaq üçün seçdiyi adamlara açmışdır. Hər bir müəllif də Allahın Kəlamını bizim üçün yazmışdır. İncildə və ya Әhdi-Cədiddə yazılmışdır: “Peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın müqqəddəs insanları , Müqqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar”. (2 Peter 1:21). Çünki peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar.Onlar Allahdan danışdıqları kimi də yazmışdılar. Allah Kəlamı Allahın yazılmış Sözüdür.

Buna görədə biz məsihçilər Müqqəddəs Kitabı dünyanın başqa kitablarına bərabər tutmuruq. Biz inanırıq ki, Allah barəsində Onun və insanlar qarşısındakı məsuliyyətimiz barəsində hər şeyi bu kitabdan öyrənəcəyik. Bu kitab bizə günahkar adamları dəyişdirən və dünyanı özünün istədiyi kimi etmək qüdrətinə malik olan Xilaskar İsa Məsih haqqında danışırlar:

a)Birincisi dünyada bir sıra Məsih təriqətləri vardır.
Onların hamısı bu 66 kitabı həqiqət kimi qəbul edir, onları həyatda və elmdə yeganə bələdçi bilirlər.

b)Məsihçilər sonrakı kitabların əvvəlki kitabları əvəz və ya rədd etdiklərini heç də fikirləşmirlər.
Məsələn, biz elə hesab etmirik ki, İncil Tövratı əvəz edir. İsa Məsih demişdir: “Sanmayın ki, Mən Müqqəddəs qanunu və peyğəmbərlərin yazılarını pozmağa gəldim: Mən pozmaq üçün yox, icra etmək üçün gəldim” (Matta 5:17).

Orta məktəbin 10-cu sinif kitabları aşağı siniflərin kitablarına zidd olmayıb, onları təkzib etmədiyi kimi, Allahın sonrakı kitabları da əvvəlkiləri rədd etməyib, əksinə insana Allah həqiqətlərinin daha mükəmməl anlayışını verir. Biz məsihçilər ona görə də Allahın bizə verdiyi bütün dərsləri öyrənmək üçün bu kitabların hamısını oxuyuruq. Әgər kimsə Allahın Müqəddəs Kitabında dedikləri ilə razılaşmayan kitab yazırsa biz həmin kitabın Allaha məxsus olmadığını bilirik. Çünki Allah özünə qarşı çıxmır.

c)Məsihçilərin Müqəddəs Kitablarına xəyanət etdiklərini və indiki kitablarımızın etibar qazanmadıqlarını nə vaxtsa eşitsən inanma.
Bu, tamamilə səhvdir. Məsihçilər öz Müqəddəs Kitablarını sevdiklərindən günahkarların bu kitabları məhv etməsinə eləcədə orada bir sözü belə dəyişmələrinə heç bir vaxt yol verməzlər. Allahın Kəlamı bütün bəşəriyyət üçündür.

Hamının öz ana dilində oxuya bilməsi üçün məsihçilər Müqəddəs Kitabı bütünlüklə və ya qismən bütün dünya dillərinə tərcümə etməyə çalışmışlar. Müqəddəs Kitab və ya onun bəzi ayrı-ayrı kitabları 1400-dən artıq dilə çevrilmiş və nəşr edilmişdir. Müjdə isə hər bir dildə eynidir.

Müqəddəs Kitab nüsxələrinin hər il başqa dünya kitablarından daha çox yayıldığını bilirsinizmi? Yəqin ki, insanlar bu kitabları saxta hesab etsəydilər belə olmazdı. Axı öz Kəlamını insanlara rəhbərlik üçün göndərən Allahın onu dəyişdirməsi, bununla da insanları çaşdırması, yolundan azdırması qeyri-mümkündür. Yox! Allah özü öz Müqəddəs Kəlamının Müdafiyəçisidir və Allah özü Öz Müqəddəs Kəlamını onu məhv edəcək hər şeydən qorumuşdur. Deməli, Allah Kəlamı etibara layiqdir.

ç)Müqqədəs Kitabın 66 kitabının 1500 il ərzində müxtəlif müəlliflər tərəfindən yazılmasına baxmayaraq, eyni hadisədən bəhs etməsi də diqqətə layiqdir. Həmin kitablarda Allahın kamilliyi, Onun insanlardan nə tələb etməsi, günahkar insanların nicatı üçün Allahın nə etməsi barəsində danışılır. Bu da onu göstərir ki, bütün bu kitabların həqiqi müəllifləri onları yazanlar yox, Allah özüdür.

d)Müqqədəs Kitabın asan başa düşülməsi də onun nəzərə çarpan xüsusiyyətidir. O, çox illər bundan əvvəl qədim dillərdə yazılmasına baxmayaraq, bu gün dünya dillərinin hər hansı birinə tərcümə oluna bilər və savadsız adamlar belə onun məzmununu başa düşə bilərlər. Dünyanın ən ucqar yerlərində belə kişi və qadınlardan tez-tez eşitmişəm ki, Müqəddəs Kitabı, sadəcə olaraq, müəllimsiz oxüyan hər bir kəs Allahı dərk etmiş və günahlarından xilas olmuşdur.

Әlbəttə, ilahiyyatçıların yazdıqları kitablar da Allahın Kəlamını daha mükəmməl anlamaqda köməyimizə çatır, Müqqədəs Kitabın əsas həqiqətlərini öyrədilməsi üçün Məsih Cəmiyyətlərinin tərtib etdikləri vəsaitlər də haqq yoluna düşmüş imanlılar üçün bələdçi ola bilər. Lakin Müqəddəs Kitabı öyrənən hər kəs bilir ki, o, özü –özünü izah edir. Allah və nicat, Allah və insana borcumuz – bunların hamısı barəsində Müqəddəs Kitab bizə söz açır. Buna görə də Müqəddəs Kitabı öyrənmək hər bir məsihçinin borcu və üstünlüyüdür. Başqa məsihçilərin köməyi və Müqəddəs Ruhun rəhbərliyi ilə Müqqədəs Kitabdan parçalar oxuyub, onun məzmunu üzərində fikirləşmək, Müqqədəs Kəlamı araşdırmaq məsihçinin adəti olmuşdur.

Bəlkə də maraqlanacaqsan ki, mən nə üçün İncilin İsa tərəfindən yazılması və ya İsa Məsihə Allah tərəfindən verilməsindən söz açmadım. Bildiyimizə görə həqiqət budur ki, O, kitab yazmamışdır, Allah Onun əlinə kitab verməmişdir. Bir qədər sonra izah edəcəyim kimi O, özü Allahın Canlı Kəlamıdır. O , özü Allahın kamil təzahürüdür. Deməli, Allah Matta , Yəhya və Paveli, eləcədə başqalarını İsa Məsihi təsvir edən kitabları yazmağa sövq etmişdir. Bu bizə Onu görməyə və Onun vasitəsilə Allah Müjdəsini eşitməyə kömək edir.

Dostum! Ona görə də sizə yazdıqlarımdan başa düşərsiniz ki, Müqəddəs Kitab olduqca əhəmiyyətli kitabdır. Hamı üçün onu oxuyub məzmununu mənimsəmək necə də vacibdir! Məsihçilik və nicat yolu haqqında düzgün anlayışı yalnız Müqəddəs Kitabdan öyrənmək olar. Әminəm ki, siz Müqəddəs Kitabı əldə edib Onu oxuyacaqsınız. Qoy Allah öz Sözünü onun hər səhifəsindən sizə desin.

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Введите сюда:
Gündəlik çörək
ALOV Cəmiyyətlər Əməkdaşlığı 2010-cu ildə yaradıldı. Azərbaycanda və Azərbaycandan kənarda Isa Məsih haqqında xoş xəbəri yaymaq və iman edənlər ilə birgə Məsihin cəmiyyətlərini yaratmaq. Mövcüd olan və yeni yaranmış Məsihi cəmiyyətlərinə ruhanı, mənəvi dəstək verərək təyinatlarını icra etmələrinə, müjdə xidmətlərinin təşkil edilməsinə dəstək vermək, seminatlar, konfranslar təşkil etmək, xidmətlərinin icra edilməsi məqsədi ilə təciz etmək, cəmiyyətlər arası dostluq və əməkdaşlıq yaratmaq üçün əməkdaşlıqdır



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
Məsihə birləşmiş insan kimi yaşayaq
21.10.2024
Məsihə birləşmiş insan kimi yaşayaq - Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Açılan hər sabahda Rəbb Allahın sözü haqqında düşünürük. Çünki hər açılan sabah bizim üçün yeni fürsət və imkan gətirir. Ona görə də hər vəziyyətdən istifadə edək, Rəbb Allahın bizə verdiyi hər günü sevinclə,alqışla başlayaq və gün boyu Onun
Davud Peyğəmbərin hər hal üçün duaları (Zəburları)
11.10.2024
Uşaq doğulması üçün Zəburlar Hisslər. Qorxu. Davranış Sürgünün sonu / Məsih Ümumi dualar Xəstəliklər Tərif / İnam Qorunma üçün Zəburlar Tövbə, Bağışlanma və Tövbə üçün Zəburlar Uğur üçün Zəburlar Səyahət zamanı Zəburlar
BİZİM BLOG