“Qorxma, sənə kömək esəcəyəm” deyən Allahın Rəbb Mənəm.
Yeni gündə qarşınıza Rəbb Allahın sözü ilə gəlirəm. İstəyirəm ki,Rəbbin sözü günün başlanğıcında sizə cəsarət,hünər və sevgi dolu gün bəxş etsin. Bu arzunu mən Müqəddəs Kitabda görürəm. Rəbb Allahın arzusu hər gün üçün səni təmin etməkdir,Onun arzusu səni qorxmayan,sıxılmayan insana çevirməkdir. Rəbb Allah səni Ona güvənərək,etibar edərək,sarsılmaz ümidə malik olan insan etmək istəyir. Bu,Rəbb Allahın sənə olan istəyidir. Yaradan sənə bu sözləri deyir.
Yeşaya 41:10:"Qorxma, çünki Mən səninləyəm. Dəhşətə gəlmə, çünki Allahın Mənəm." Bax sənin Yaradanın sənə nə deyir: Sənin yanında duran Mənəm,qorxma. Sənə dəstək verən Mənəm. Mənə güvən,Mənə etibar et,Mənim yanımda təhlükəsizsən, Mənim yanımda qorunursan. Mənə sığın,mənə sarı gəl." Mənim yanımda sən dəhşətə gələ bilməyəcəksən,çünki Var Olan Rəbb Allahın sənin yanında dayanıb səni qüvvətləndirir. Bu gözəl deyilmi? Bax Onun sənə göndərdiyi sözünə,bu söz sənin üçün qüvvətdir,bu söz səni azad yaşamağa sövq edir. Bu söz hər bir çətinlik qarşısında səni güclü edir. Ona görə də sığın Rəbb Allahına,yaxınlaş Ona,gündəlik Onun sözünü həyatına qəbul et. Sadəcə həyat axınının tamaşaçısı olma,həyat sürətlə gedir. Vaxt çox sürətlə getdiyi halda qoy bu söz səni təlaşa,çaşqınlığa,tərəddüdə salmasın. Nə olursa olsun, hər gün gəl Rəbb Allahın qarşısına.
Yeşaya 41:10:"Səni qüvvətləndirəcəyəm,
Sənə kömək edəcəyəm.
Sadiq sağ əlimlə Sənə dayaq olacağam." Rəbb əlinin sadiq olduğunu,bu əllə sənə dayaq olduğunu deyir. Sənə kömək edib, qüvvətləndirəcək. Bu güc sadəcə fiziki deyil, güc Rəbbə sığınmaqdadır. Sənin həyat çətinlikləri qarşısında dəhşətə gəlib qorxmamağın sənin Rəbb Allaha güvənməkdədir. Odur sənin ümidin və gücün. Yaxınlaş Rəbbə,etibar et. Sev səni sevən Rəbb Allahı. Çünki sənin sağ əlindən tutub sənə kömək edən Allahın Rəbdir. Əgər bu cür sənə yanaşırsa,əgər Onun sözü sənə bu cür bəyan edilirsə,Odur sənin şəfan,təminatın,qüvvət verənin,sən hələ də düşünürsən Ona inanım yoxsa yox? Görəsən duama cavab verəcək yoxsa yox? Hələ də tərəddüd edirsən? At üzərindən bunu,inkar et şübhələrini. Olduğun yerdə əllərini qaldır və de:"Qüvvətli Rəbb Allahım, inanıram sözünə,qəbul edirəm sən dediyin sözləri və sığınıram sənə,olduğum yerdə üzümü Sənə tərəf tuturam. Sənə etibar edirəm,bütün qorxularımı Sənə verirəm. Bədənimdə olan ağrılarımla qarşına gəlirəm,bilirəm ki,sən şəfa verənsən. Bilirəm ki,bütün qorxularımı sən götürənsən. Məni müdafiə edənsən. Sənə güvənirəm,Allahımsan. Sənin qarşına gəlirəm və Sənin üçün ürəyim açıqdır. Danış hər gün mənimlə. Həyatımda hansı insanlarla mənim sülhüm yoxdursa,Sənin yanında deyirəm:bağışlayıram,sevməyə davam edirəm,Sən mənə rəhm etdiyin kimi mən də rəhm edirəm." Rəbb Allah bizim həyatımıza gələrək deyir:"Mənim sözüm azadlıq verir. Sadəcə Mənim adıma inanmaqla azad olmursan,Yerin və Göyün Yaradanına Onun Müqəddəs Kitabına inanaraq iman etdikdə azad olursan. Onun sözünə inan və qəbul et. Bu söz ona görə qorunub saxlanıb ki,bizi qorxudan, dəhşətdən azad etsin,bizi qüvvətləndirsin,kömək olsun və dayaq olsun. Ona görə Rəbb Allahın sözünü gündəlik qəbul et və bu sözün icraçısı ol. Həyatında icra et Rəbb Allahın dediklərini.
1 Peter 4:7:" Hər şeyin sonu yaxındır. Beləliklə,ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun." Rəbb Allah sənə ağıl,hikmət verənin Yaradan Allah olduğunu deyir. O,Öz sözünü,Müqəddəs Kitabını ondan ötrü verib ki,Onun kəlamı vasitəsi ilə müdrik insan olasan. Hər işi ətraflı,dərindən görərək yaşayaraq Onun sözü vasitəsi ilə qorunasan,qüvvətlənəsən. Oxu Müqəddəs Kitabı. İncildə Rəbb Allahın qüdrətinin açıldığını,Rəbb Allahın xoş niyyətini və həyatda necə yaşamalı olduğumuzu görəcəksən. Rəbb Allah duada ayıq olmağımızı,ürəyimizin açıq olmasını istəyir. Gizlətmə düşüncələrini Rəbb Allahın qarşısında. Ondan kömək istə,ürək niyyətinin dəyişilməsini istə. Öz oğlunu günahlarının bağışlanmasına görə əsirgəməyən Rəbb Allah sənin dualarına cavab verməyə ləng olacaq? Əsla.
1 Peter 4:8-9:"Hər şeydən əvvəl,bir-birinizi can-dildən sevin,çünki «məhəbbət çox günahı örtər». Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin." Rəbb Allahın qarşısına gəldikdə ürəyini hazırla. Qoy sənin dilin insanlara məhəbbəti ötürən olsun,ittiham,mühakimə,dedi-qodu edən olma – Rəbb Allah bunu istəmir. Şikayətçi, deyingən olmaq səni Rəbdən uzaqlaşdırır. Səni Rəbb Allahın hüzurunda azad edən Onun sözünü səmimi,canı-dildən icra etməyindir. Gedib kiminsə yanına onun yanında şikayət edən,pisliyi yayan olma. Xeyir-dua yayan ol,bu,sənin üçün həyatdır. Bu,sənin təminatın,gücündür. Ümid, sevinc, barışıq Müjdəsini yayan ol.
1 Peter 4:10:"Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət etsin." Rəbb Allah bizə ənam verir,təmin edir,Öz nəcib ailəsinə daxil edir. O,bizə qabiliyyət verdi ki, ətrafdakı insanlara xidmət edək. Eyni əqidəni bölüşdüyün insanlara xidmət et. Rəbbin ailəsində,cəmiyyətdə xidmət etməyə can at. Yaxınlaş cəmiyyətdəki pastora və xidmət etmək istədiyini de. Bugün de,sonraya saxlama. Rəbb Allahın çoxcəhətli lütfünə nail olmuş insansan. Xidmət et öz ailə üzvlərin arasında. Tələb etmə. Ən gözəl xidmət üsulu heç bir əvəz gözləmədən,heç bir şərt qoymadan sevməkdir. Sevmək ən gözəl alətdir və xidmətdir. Sev öz ailəni, qonşularını, qohumlarını. Rəbb yaxşıdır. Rəbb Allahın səndən ətrafındakı insanlara bunu etməyini istəyir.
1 Peter 4:11:"Kim danışırsa,Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə, Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlənəcək. İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin!" Sənin hər sözün və münasibətin Məsih İsanın izzətini əks etdirməlidir,onun izzətlənməsinə səbəb olmalıdır. Bu izzət insanların həyatına sevinc gətirir,sülh gətirir,barışıq gətirir. İsa Məsih haqqında Müjdə xoş xəbərdir,barışıq Müjdəsidir,sevgi Müjdəsidir. Bunu Müqəddəs Kitab belə deyir. Sən bu Müjdənin carçısı ol. Rəbb Allah səni buna çağırır. Qoy Rəbb hər birinizə xeyir-dua versin. Necə ki yazılıb:"İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin."
Müəllif: İdris Azəri
Daha çox
Mattanın Nəql Etdiyi Müjdə 24:35